Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə4/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   ...   56

Akademik teatr tarixi hadisələrə çağdaş estetik münasibətlərini təcəssüm 
etdirmək, mövzuya yeni münasibət baxımından Abdulla Şaiqin “Nüşabə”, 
Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm”, Mehdi 
Hüseynin “Nizami”, “Cavanşir”, Süleyman Rüstəmin “Qaçaq Nəbi”, Zeynal 
Xəlilin “Qatır Məmməd”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran 
Qasımov və Həsən Scyidbəylinin “Uzaq sahillərdə”, Nəriman Həsənzadənin 
“Atabəylər”, Kamil Abdullayevin “Qeys və Leyli”, Kamal Abdullanın “Hərdən 
mənə mələk də deyirlər...” dramlarının, onların yaradıcılıqlarının dramaturji 
qolundan bəhrələnib. 
Qocaman kollektiv günümüzün aktual məsələlərinə cavab aramaq
müasirlərimizin ruhunu, duyğusunu, zövqünü, nəfəsini səhnəyə gətirmək niyyətilə 
Cabbar Məcnunbəyovun “İldırım”, Rəsul Rzanın “Vəfa”, Adil Babayevin “Dağlar 
qızı”, Məmmədhüseyn Təhmasibin “Bahar”, İmran Qasımovun “Arzu”, “Nağıl 
başlananda”, İslam Səfərlinin ”Göz həkimi”, “Yol ayrıcında”, Seyfəddin Dağlının 
“Mənziliniz mübarək”, Şıxəli Qurbanovun “Sənsiz”, Maqsud İbrahimbəyovun 
“Ümid”, “Kərgədan buynuzu”, Qeybulla Rəsulovun “Qarabağ əfsanəsi”, Ramiz 
Fətəliyevin “Vəkil neyləsin”, Əkrəm Əylislinin “Quşu uçan budaqlar”, “Yastı 
təpə”, Nahid Hacızadənin “Qisas qiyamətə qalmaz”, “Məhəbbət yaşadır”, Rüstəm 
İbrahimbəyovun “İstintaq”, Əli Əmirlinin “Ağqoyunlular və qaraqoyunlular”, 
“Varlı qadın”, Elçinin “Ah, Paris... Paris!..”, “Mənim ərim dəlıdir”, “Poçt 
şöbəsində xəyal” pyeslərinə müraciət edib. 
Lirik-psixoloji aktyor oyun-üslubunun milli teatrda təşəkkülü və inkişafı ilk 
növbədə İlyas Əfəndiyevin dramaturgiyası ilə bağlıdır. Yazıçı hələ 1940-1950-ci 
illərdə qələmə aldığı “Atayevlər ailəsində”, “Bahar suları”, “İşıqlı yollar” dramları 
ilə səhnəmizə realistik psixoloji iqlim gətirdi. “Sən həmişə mənimləsən” (1964) 
tamaşasının yaranışı ilə lirik-psixoloji oyun tərzinin işıqlı yolu başlandı. 
Qırx ilə yaxındır İlyas Əfəndiyev pyesləri Akademik teatrda ən çox 
oynanılan sənətkardır. Onun “Sən həmişə mənimləsən” (1964), “Mənim günahım” 
(1965), “Unuda bilmirəm” (1968), “Məhv olmuş gündəliklər” (1969), “Mahnı 
dağlarda qaldı” (1971), “Qəribə oğlan” (1973), “Bağlardan gələn səs” (1975), 
“Xurşid banu Natəvan” (1981), “Büllur sarayda” (1983), “Şeyx Xiyabani” (1986), 
“Bizim qəribə taleyimiz” (1988), “Sevgililərin cəhənnəmdə vüsalı” (1989), “Tənha 
iydə ağacı” (1991), “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1996) 
tamaşaları çağdaş aktyor nəslinin formalaşmasında mühüm rol oynayıb. 
Şair-dramaturqlardan Bəxtiyar Vahabzadənin “İkinci səs”, “Fəryad”, 
“Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən 
qılınc” (“Göytürklər”); Nəbi Xəzrinin çağdaş mövzulu “Sən yanmasan...”, “Əks-
səda”, tarixi keçmişimizi təcəssüm etdirən “Mirzə Şəfi Vazeh”, “Mənsiz dünya”, 
“Torpağa sancılan qılınc”, “Burla xatun”; nasir-dramaturq Anarın “Şəhərin yay 
günləri”, “Təhminə və Zaur”, “Səhra yuxuları”, “Sizi deyib gəlmişəm...”, “Adamın 
adamı” pyeslərinin tamaşaları rejissorların üslub axtarışlarında, janr və mövzu 
rəngarəngliyində əhəmiyyətli olmuşdur. 
 
* * * 
 


Ötən əsrin sonlarında səhnə sənətimizin öndərləri, maarifçi ziyalılarımız 
milli və əcnəbi mədəniyyətlərin qarşılıqlı təsirini gücləndirmək, repertuarda mövzu 
rəngarəngliyi, janr müxtəlifliyi yaratmaq, teatr həvəskarlarında aktyorluq 
vərdişlərini formalaşdırmaq üçün dünya klassiklərinin, çağdaş Qərb və rus 
yazıçılarının pyeslərini tərcümə etməyə başladılar. Tərcümə ilə təkcə yazıçılar, 
pedaqoqlar deyil, aktyor və rejissorlar da məşğul olublar. Bu ənənə indiyədək 
davam edir. Eyni əsəri, məsələn, “Otello”, “Hamlet”, “Müfəttiş”... pyeslərini 
dilimizə müxtəlif müəlliflər tərcümə ediblər. 
Əsrimizin əvvəllərindən başlayaraq Bakıda müxtəlif dilli, o cümlədən 
Azərbaycan teatr tamaşalarının repertuarına Dövlət ciddi nəzarət qoymuşdu. 
Oynanılmasına icazə verilmiş əsərlərin siyahısı hər il Peterburqdan və Tiflisdən 
xüsusi möhürlü icazə kağızında gəlirdi. Onlardan kənara çıxmaq çox müşkül idi. 
Tərcüməçilər də yalnız həmin siyahıdakı pyesləri dilimizə çevirə bilərdilər. Sərbəst 
tərcümə olanda, yəni siyahıdan kənar müəllifin əsərini azərbaycancaya çevirən 
şəxs və ya onu tamaşaya qoymaq istəyən teatr dəstəsi mütləq Bakıda oturan 
Qalabəyindən icazə almalıydı. Yalnız Qalabəyi pyesin bütün vərəqlərinə “icazə” 
möhürü vurandan sonra o əsər tamaşaya qoyula bilərdi. Qalabəyilər də bir qayda 
olaraq gəlmə ruslardan təyin edilirdi. Ümid qalırdı onun yanındakı azərbaycanlı 
dilmancın həmin əsəri (azərbaycanca mətni) Qalabəyiyə necə təqdim etməsinə. 
Bəzən razılıq almaq üçün aylarla vaxt gedirdi. 
Bütün bu çətinliklərə baxmayaraq, Akademik teatrın yaradıcılığının 
inkişafda olan bir şaxəsi məhz tərcümə pyeslərinin tamaşalarından ibarətdir. 
Tərcümələri Akademik teatrın səhnəsində uğurla oynanılan, müəyyən nailiyyətlərə 
səbəb olan müəlliflərin adını və əsərlərin siyahısını yığcam halda nəzərinizə 
çatdırıram: 
Haşım bəy Vəzirov: “Otello” (Vilyam Şekspir), “İvan Qroznının ölümü” 
(Aleksey Tolstoy). 
Nəcəf bəy Vəzirov: Jan Batist Molyerin “Xəsis” komediyasını 1902-ci ildə 
“Ağa Kərim xan Ərdəbili” adı ilə təbdil, fransız məzhəkəsi “Vəkil Pantaleni”ni 
iqtibas edib. 
Əbdürrəhim bəy Haqverdiyev: “Hamlet” (Vilyam Şekspir), “Soltan 
Osman” (Fransua Volter), “Qəzavat” (S.Lonskoy), “Qazmaçılar” (Emil Zolya), 
“Yəhudilər” (Yevgeni Çirikov). 
Sultanməcid Qənizadə: “Əvvəlinci şərabçı” (Lev Tolstoy); 
Abdulla Şaiq: “Maqbet” (Vilyam Şekspir). 
Nəriman Nərimanov: “Müfəttiş” (Qoqol). Bu əsəri Mehdi Məmmədov, 
M.Səlimbəyov, Sabit Rəhman, Kazım Ziya... da tərcümə ediblər. 
Süleyman Sani Axundov: “Dəmirçi Gavə” (Şəmsəddin Sami), “Kapitan 
Qrantın cocuqları” (Jül Vern), “Tom dayının koması” (Biçer Stou), “Kreçinskinin 
toyu” (Nikolay Suxovo-Kobılin). 
Ceyhun Hacıbəyli: “Pulsuzluq” (İvan Turgenev). 
Mehdi bəy Hacınski: “Qaçaqlar” (Fridrix Şiller), “Evlənmə” (Nokolay 
Qoqol). 
Əli Səbri: “Əl Mənsur” (Henrix Heyne), “Əvvəlinci şərabçı” (Lev Tolstoy). 
Hacıbaba Nəzərli: “Maqbet” (Vilyam Şekspir) 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə