Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə5/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   ...   56

Cəfər  Cabbarlı: “İntervensiya”  (Lev  Slavin),  “Hamlet”, “Otello” 
(Vilyam Şekspir), “Fiqaronun toyu” (Pyer Bomarşe), “Qorxu” (Aleksandr 
Afinogenov). 
Mustafa Mərdanov: “Özgə uşağı” (Vasili Şkvarkin), “Polad qartal” 
(Aleksandr Korneyçukun “Platon Kreçet” pyesi bu adla tərcümə edilib), 
“Dubrovski” (Aleksandr Puşkin). 
Əhməd Cavad: “Otello”, “Romeo və Cülyetta” (Vilyam Şekspir), “Hind 
qızı” (Əbdülhəq Hamid). 
Rza Təhmasib: “Günahsız müqəssirlər” (Aleksandr Ostrovski), “Qaliblər” 
(Boris Çirsikov). 
Əvəz Sadıq: “İki qardaş” (Mixail Lermontov).  
Mikayıl Rəfili: “Ögey ana” (Onore de Balzak), “Gizli döyüş” (Tur 
qardaşları və Lev Şeynin). 
Süleyman Rüstəm: “Vətən oğlu” (Georgi Mdivani).  
Nigar Rəfibəyli: “Məkr və məhəbbət” (Fridrix Şiller), “Vanya dayı” (Anton 
Çexov). 
Mehdi Hüseyn: “Vətən oğlu” (Konstantin Simonov), “Köç” (Cavad Fəhmi 
Başqut). 
Mirzə İbrahimov: “Kral Lir”, “On ikinci gecə”, “Heç nədən hay-küy” 
(Vilyam Şekspir), “Şeytanın şagirdi” (Bernard Şou), “Müdriklər” (Aleksandr 
Ostrovski). 
Rəsul Rza: “Rəqs müəllimi” (Lope de Veqa).  
Sabit Rəhman: “Romeo və Cülyetta” (Vilyam Şekspir), “Məzəli hadisə”, 
“Mehmanxana sahibəsi” (Karlo Haldoni), “Dərin köklər” (Ceyms Qou və Arno 
DNyusson). 
Mehdi Məmmədov: “Mariya Tüdor” (Viktor Hüqo), “Qaçaqlar” (Fridrix 
Şiller), “Prokuror qızı” (Yuri Yankovski), “Şadlıq sorağında” (Viktor Rozov). 
Mikayıl Rzaquluzadə: “Zıkovlar” (Maksim Qorki). 
 Ənvər Məmmədxanli: “Skapenin kələkləri” (Jan Batist Molyer), “Cehizsiz 
qız” (Aleksandr Ostrovski), “Şəxsi iş” (Aleksandr Şteyn), “Palata” (Samuil 
Alyoşin), “İkinci cəbhə arxasında” (Vadim Sobko), “Canlı meyit” (Lev Tolstoy), 
“Adsız ulduz” (Mixail Sebastian), “Gözəllik və sevgi adası” (Aleksandr Parnis). 
Tələt Əyyubov: “İki veronalı”, “Hamlet”, “Qış nağılı”, “Antoni və 
Kleopatra” (Vilyam Şekspir), “Orlean qızı” (Fridrix Şiller), “Sevilya ulduzu” 
(Lope de Veqa), “Xanuma” (Avkisenti Saqareli), “Gənc qvardiya” (Aleksandr 
Fadeyev). 
Adil Babayev: “Darıxma, ana!” (Nodar Dumbadze). 
Ənvər Ülvi: “Həyatın dibində” (Maksim Qorki). 
Tofiq Kazımov: “Nazirin xanımı” (Brotislav Nuşiç), “Bu qadın mənimdir” 
(Raymondo Juniyor), “Yad adam” (Leonqard Frank), “Falçı” (Stefan Kostof), 
“Çarəsiz dələduz” (Raffalle Viviani), “Qızıl” (Yucin ONil). 
İslam İbrahimov: “Şüşə heyvanxana” (Tennessi Uilyams), “Kəllə” və 
“Şöhrət və ya unudulan adam” (Nazim Hikmət). 
Ələkbər Seyfi: “Məhəbbət və azadlıq” (“Ezop”, Gilerma Fiqereydu). 
Hüseyn Şərif: “Füsunkar qız” (Mikolaş Dyarfaş). 


Ələsgər Şərifov: “Karıxmış sultan” (Taufıq əl Hakimi), “Görünməmiş toy” 
(Arkadi Arkanov, Qriqori Qorin). 
Teymur Elçin: “Ana torpağı” (Çingiz Aytmatov), “Dişi canavar”, “Qadın 
faciəsi” (Federiko Qarsia Lorka). 
Anar: “Fırtına” (Vilyam Şekspir). 
Tofiq Rüstəmov: “Böyük Romul” (Fridrix Dürrenmatt); 
Vaqif Səmədoğlu: “Üç quruşluq opera” (Bertolt Brext və Kurt Vayl). 
Rəfiq Zəka Xəndan: “Dəfn edilməmiş ölülər” (Jan Pol Sartr). 
Natiq Səfərov: “Medeya” (Jan Anuy). 
Bəhram Osmanov: “Qarağaclar altında ehtiraslar” (Yucin ONil). 
Rafiq Rəhimli: “Şah Edip” (Sofokl). 
... Bu tərcümə pyeslərinin tamaşaları müxtəlif dünya xalqlarının ictimai-
sosial, məişət həyatı ilə azərbaycanlı tamaşaçıların tanışlığı, aktyorların səhnə 
ədalarını, davranış tərzini, geyimini-kecimini, hərəkətlərinin ölçülərini dəyişmək, 
yeniləşdirmək baxımından da faydalıdır, davam etdirilməlidir. 
 
 
* * * 
 
Milli teatrımız hələ tam peşəkarlığa çatmamış onun fəaliyyətində sonradan 
qüdrətli sənətkarlar səviyyəsinə yüksələnlərlə yanaşı, özünü, ömrünü, taleyini 
səhnəyə həsr etmiş fədailər də səmərəli, o dövr üçün böyük işlər görürdülər. 
Onların zəhmətlərini, xidmətlərini, layiq olduqları qiymətlərini ehtiramla 
təsdiqləyirəm. Unudulmaz, əziz xatirələrini aşağıdakı siyahıda adlarını verməklə 
yad edirəm. 
Həbib bəy Mahmudbəyov, Cəlil Bağdadbəyov, Həbib Köçərli, Xəlil 
Hüseynov, Yunis Nərimanov, Ələkbər Hüseynzadə, Mərəndi, Əbülhəsən Anaplı, 
Hacağa Abbasov, Mir Paşa, Əbülfət Vəli, Mehdi bəy Hacıbababəyov, Əliabbas 
Rzayev, Sürəyya xanım, Lizina (Natalya İsmayılzadə), Mirmahmud Kazımovski, 
Mahmud Bədəlbəyli, Bədəl bəy Bədəlbəyli, Rüstəm Kazımov, Əhməd 
Qəmərlinski, Süleyman Səlimbəyov, Qəmər xanım Topuriya, Ələkbər Süheyli, 
Fərəc Süheyli, Musa Hacızadə, Ağabala Dadaşov (son üç nəfər müharibədə həlak 
olub), Murad Muradov, Mehdi bəy Hacınski, Ağalar Gəraybəyov (Ağasadıq 
Gəraybəylinin böyük qardaşı - İ.R.), Əlvendi (Məhəmməd bəy Məlikov), Kərim 
Məlikov, Rəhim Məlikov, Mirzə Muxtar Məmmədov, İsgəndər bəy Məlikov, Hacı 
bəy Axundov, Hənifə Terequlov, Yusif Ağayev, Hüseynağa Hacıbababəyov, 
Tamara Paşazadə... 
Teatr sənətinə həqarətlə baxıldığı, aktyorun “mütrüb”, “mürtəd”, “cüvəllağı” 
adlandırıldığı dövrdə bütün məşəqqətlərə dəyanətlə dözüb, “Realist aktyor 
məktəbi”ni yaradan Cahangir Zeynalov (xalq artisti Nəsibə xanım Zeynalovanın 
atası - İ.R.) və “Romantik aktyor məktəbi”nin banisi kimi tarixləşən Hüseyn 
Ərəblinski bütövlükdə bütün Azərbaycan səhnə mədəniyyətinin dühaları kimi 
xatırlanır və təsdiqlənirlər. 
Akademik Milli Dram Teatrı yüz otuz illik dövrdə nə qədər güclü 
rejissorlarla qarşılaşsa da, həmişə ilk növbədə “aktyor teatrı” olmuşdur və bu ənənə 


indi də ləyaqətlə davam etdirilir. Həmin məktəbin elə sənətkarları var ki, 
barələrində elmi-nəzəri əsərlər, monoqrafıyalar, kitablar, dissertasiyalar yazılıb, 
yaradıcılıqları ali məktəbdə tədris edilir. 
O dövrün ən böyük fəxri adı “SSRİ xalq artisti” ilə təltiflənən, ölkənin 
yüksək ordenlərinə layiq görülən aktyorlardan Mirzağa Əliyevin, Sidqi Ruhullanın, 
Mərziyə xanım Davudovanın, Hökümə xanım Qurbanovanın, Ələsgər 
Ələkbərovun, İsmayıl Osmanlının, İsmayıl Dağıstanlının, rejissorlardan Ədil 
İsgəndərovun, Mehdi Məmmədovun yaradıcılıqları gənclərə örnəkdir. 
 
* * * 
  
Bugünkü Akademik teatr 1901-ci ildə tamam dağılmaq təhlükəsi qarşısında 
qalmışdı. Onda iki il əvvəl Sankt-Peterburqda ali təhsil alıb doğma şəhəri Şuşada 
yaşayan Əbdürrəhim bəy Haqverdiyev Bakıya gəldi. O, bütün teatr həvəskarlarını 
bir dəstədə birləşdirdi və ilk milli baş rejissor funksiyasını üzərinə götürərək, 
Mirzə Fətəli Axundzadənin, Nəcəf bəy Vəzirovun, Nəriman Nərimanovun və 
özünün pyeslərini tamaşaya hazırladı. Dörd ildən çox teatr prosesinə rəhbərlik etdi. 
Artıq bu illərdə dünya dramaturgiyası nümunələri də tərcümə edilib milli 
səhnəmizdə oynanılırdı. 
1901-1919-cu illərdə Bakıda “Müsəlman (Azərbaycan - İ.R.) dram 
artistləri”, “Nicat” və “Səfa” mədəni-maarif cəmiyyətlərinin teatr dəstələri, 
“Həmiyyət” truppası, müəyyən fasilələrlə “Nəşri-maarif”, “İttihad” cəmiyyətinin 
teatr həvəskarları, “Müsəlman artistləri ittifaqı”, “Zülfüqar bəy və Üzeyir bəy 
Hacıbəyov qardaşlarının müdiriyyəti” truppaları fəaliyyət göstəriblər. Həmin 
truppalara baş rejissorluğu əsasən Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Cahangir 
Zeynalov, Üzeyir Hacıbəyov, Abbasmirzə Şərifzadə ediblər. 
1919-cu ildə Azərbaycan Demokratik Respublikası (Cümhuriyyəti) bütün 
truppaları birləşdirərək “Hökumət Teatrosu” yaratdı. Bəzi afişalarda adı “Dövlət 
Teatrosu” kimi də yazılan kollektiv ilk tamaşasını 24 oktyabr 1919-cu ilə göstərdi. 
Bu tamaşa Müsavat Partiyasının liderlərindən sayılan İsa bəy Aşurbəylinin 
“Azərbay - Can” dramı idi. Həmin kollektiv dram, opera və operetta tamaşaları 
göstərirdi. 
Bu kollektiv 2003-cü ilə qədər müxtəlif adlar daşıyıb. Tarixi dəqiqlik üçün 
həmin adları sıra düzümü ilə xatırlatmaq lazımdır. 1920-ci ilin mayında kollektiv 
Müstəqil Azərbaycan Hökumətinin Teatr Truppası adlandı. Bir il sonra teatra 
Dadaş Bünyadzadənin adı verildi. 1922-ci ildə Bakıdakı bütün teatrlar (rus, gürcü, 
yəhudi...) birləşdirildi və ona Birləşmiş Dövlət Teatrı adı verildi. Dadaş 
Bünyadzadə adına Türk (Azərbaycan - İ.R.) Dövlət Teatrosu onun nəzdinə keçdi. 
İki il sonradan ta 1933-cü ilə qədər teatr “Dövlət Türk Akademik Dram Teatrosu”, 
“Türk Bədaye Teatrosu” adlandı. 1933-cü ildə teatra Məşədi Əzizbəyovun adı 
verildi. 1959-cu ildən kollektiv Azərbaycan Dövlət Akademik Dram Teatrı 
adlandı. 1991-ci ildən isə sənət ocağı Akademik Milli Dram Teatrı kimi 
fəaliyyətdədir. 
 Dövlət statusu aldığı ilk illərdə teatra Abbasmirzə Şərifzadə, Aleksandr 
İvanov baş rejissorluq ediblər. Müxtəlif illərdə kollektivə Aleksandr Tuqanov 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə