Azərbaycan teatrı


Fira. “Şadlıq sorağında”, Viktor Rozov.  Şəfqət bacısı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə56/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   48   49   50   51   52   53   54   55   56

Fira. “Şadlıq sorağında”, Viktor Rozov. 
Şəfqət bacısı. “Mənim sevimli dəlim”, Elçin. 
Birinci alov. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), 
Çingiz Aytmatov və Muxtar Şahanov. 
Çiçək. “Burla xatun”, Nəbi Xəzri. 
Qız. “Mənim sevimli dəlim” (“Diaqnoz “D”), Elçin. 
Müxbir. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Tələbə. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
Qız. “Kəllə”, Nazim Hikmət. 
 
Aktrisa Dövlət Televiziyasında hazırlanmış Aqşin Babayevin “Dəvətnamə” 
(Katibə) pyesinin tamaşasında oynayıb. 
  
 
 
Elşən CƏBRAYILOV 
Aktyor 
   
Ucaboylu, mütənasib bədənli, dramatik səpkili aktyordur. Elşən Şahin oğlu 
Cəbrayılov 12 iyun 1977-ci ildə Bakıda doğulub. Atası Şahin Cəbrayılov uzun illər 
Akademik Milli Dram Teatrında aktyor və truppa müdiri işləyib. Elşən orta 
təhsilini Bakının Yasamal rayonundakı 35 saylı məktəbdə başa vurmuşdur. Həmin 
il Azərbaycan Dövlət İncəsənət Universitetinin dram və kino aktyorluğu 
fakültəsinə qəbul olunub. 1999-cu ildə xalq artisti, rejissor Cənnət Səlimovanın 
rəhbərlik etdiyi kursu bitirib. 
İncəsənət Universitetində təhsil ala-ala Musiqili Komediya Teatrında əvvəl 
balet artisti, sonra xor aktyoru işləyib. İkinci kursda oxuyanda Akademik Milli 
Dram Teatrına dəvət olunaraq Nahid Hacızadənin “Qisas qiyamətə qalmaz” 
əsərinin tamaşasında Nurlan rolunu ifa edib. Üçüncü kursda isə Cənnət 
Səlimovanın quruluş verdiyi Səməd Vurğunun “Fərhad və Şirin” mənzum 
məhəbbət dramının tamaşasında Şiruyə obrazını oynayıb. 
 


Elşən Cəbrayılov 16 sentyabr 1999-cu ildə Akademik teatrın truppasına 
aktyor qəbul olunub. O, Milli Dram Teatrında aşağıdakı rolları oynayıb. 
Nurlan. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə.  
Şiruyə. “Fərhad və Şirin”, Səməd Vurğun.  
Üçüncü ərizəçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
İlyas. “Aydın”, Cəfər Cabbarlı. 
İkinci aktyor və Kapitan. “Hamlet”, Vilyam Şekspir. 
Patrik. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu).  
Vəkil. “Varlı qadın”, Əli Əmirli. 
 
 
 
 
Fidan AXUNDOVA 
Aktrisa 
  
Teatrın ən gənc aktrisalarındandır. Cazibəli və şirin sifət cizgiləri, məlahətli 
səhnə görkəmi var. Hələlik axtarış yollarındadır. Oynadığı dramatik səpkili və 
yumor səciyyəli rollarda səmimi görünür. 
Fidan Elmar qızı Axundova 18 sentyabr 1977-ci ildə Bakıda ziyalı ailəsində 
doğulub. 1994-cü ildə Bakının Nəsimi rayonundakı 44 saylı məktəbi bitirib. Həmin 
il ölkəmizin paytaxtındakı 2 saylı tibb məktəbinə daxil olub. İkiillik təhsilini uğurla 
başa vuran Fidan 1998-ci ilə qədər müxtəlif səhiyyə ocaqlarında tibb bacısı işləyib. 
1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və 
kino aktyorluğu fakültəsinə daxil olub. Tələbə ola-ola Akademik Milli Dram 
Teatrına dəvət olunaraq Nəbi Xəzrinin “Burla xatun” dramının tamaşasında Banu 
Çiçək rolunu oynayıb. Tamaşanın premyerası 19 iyun 1999-cu ildə göstərilib. 
Tələbə-aktrisanın qabiliyyət və bacarığı nəzərə alınaraq 9 sentyabr 1999-cu il 
tarixdə Akademik teatrın truppasına götürülüb. 2002-ci ildə təhsilini başa vuran 
Fidan Axundova əsas iş yerini dəyişməyib. 
Fidan Axundova Akademik Milli Dram Teatının səhnəsində təravətli və 
gözoxşayan rollar ifa edib. Ən əsası isə odur ki, gənc aktrısaya öz həmyaşıdlarının 
 


obrazlarını oynamaq tapşırılır. Bunu təqdim olunan siyahıdan da açıq-aydın 
görmək olur. 
Banu Çiçək. “Burla xatun”, Nəbi Xəzri. 
Qəmər. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Aktrisa. “Hamlet”, Vilyam Şekspir. 
Müxbir və Narkoman qız. “Kəllə”, Nazim Hikmət. 
Zerbinetta. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
 
Hələ tələbə vaxtlarından özəl Azad Azərbaycan Televiziyasında (ATA) 
səhər musiqili-əyləncəli verilişinin aparıcısıdır. Müxtəlif özəl şirkətlərin çəkdikləri 
“Qız qalası” (Fidan), “Şərəf” (Jalə) telefilmlərində oynayıb. 
 
 
 
Samir QULAMOV 
Aktyor 
  
Ucaboyludur, təbiətən sakitdir və maraqlı səhnə 
görkəmi var. Yaradıcılıq imkanları baxımından realist teatr 
məktəbinin poetika göstəricilərinə daha yaxındır. 
Samir Ceyhun oğlu Qulamov 21 oktyabr 1977-ci 
ildə Bakıda doğulub. Yasamal rayonundakı 263 saylı 
məktəbin birinci sinfinə 1984-cü ildə gedib və doqquzuncu 
sinifdən texniki-peşə məktəbində təhsil alıb. Paralel olaraq 
30 saylı musiqi məktəbində nağara sinfində oxuyub. 1995-
ci ildə texniki-peşə məktəbini bitirərək Azərbaycan Dövlət 
Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino 
aktyorluğu fakültəsinə daxil olub. Üçüncü kursda bir il təhsildən uzaqlaşıb və 
sonra yenə universitetə qayıdaraq 2001-ci ildə ali savadlı aktyor diplomu alıb. 
Üçüncü kursda rejissor Eldar Quliyevin “Gözəl, gözəl, gözəl dünya” bədii 
kinolentində və dördüncü kursda Ramiz Həsənoğlunun çəkdiyi çoxseriyalı “Dədə 
Qorqud” telefilmində epizod rollara çəkilib. Ali məktəbdə sənət müəllimləri xalq 
artistləri rejissor Azər Paşa Nemət və aktyor Əliabbas Qədirov olublar. 
Akademik Milli Dram Teatrının aktyor ştatına hələ tələbə ikən, 6 sentyabr 
2000-ci ildə götürülüb. Samir Qulamovun peşəkar aktyor kimi oynadığı rollar 
illərin ardıcıllığı ilə verilir. 
Gözətçi. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 
Səfi bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Fortenbrans və Bernardo. “Hamlet”, Vilyam Şekspir. 
Müxbir. “Kəllə”, Nazim Hikmət. 
Gülməmməd. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Tələbə. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
Oyunçu. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
İkinci cangüdən. “Varlı qadın”, Əli Əmirli. 
Oqtay. “Afət”, Hüseyn Cavid. 
 


 
Samir Qulamov “Atillanın atlıları” (Sərkərdə), “Bəyaz həyat” (Akif) 
telefilmlərinə çəkilib. 
  
 
 
Məsmə ASLANQIZI 
Aktrisa 
    
Sısqa bədəni olmasına baxmayaraq, 
səhnədə diri görünür, cəld və çevikdir. Ən çətin 
plastik hərəkətləri asanlıqla, oynadığı obrazın 
psixoloji xarakterinə uyğun tərzdə tənzimləyə 
bilir. Zəhmətkeşdir və rol üçün xarakterik ştrixlər 
tapmağı xoşlayır. Səhnədəki vəziyyətin psixoloji 
ovqatına uyğun olaraq obrazın dəyişmə prosesini 
aydın, ifadəli və inandıncı göstərməyi bacarır. 
Bəzi afişa və proqramlarda adı “Məsməxanım” 
kimi yazılıb. Atasının adını özünə səhnə 
təxəllüsü götürüb. 
Məsmə Aslan qızı Ağaverdiyeva 11 fevral 1978-ci ildə Bakıda doğulub. 
Orta təhsilini Yasamal rayonundakı 158 saylı məktəbdə alan Məsmə oranı 1994-cü 
ildə bitirib və həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. Kurs rəhbəri, 
görkəmli rejissor Azər Paşa Nemət Akademik Milli Dram teatrında nasir-
dramaturq Elçinin “Ah, Paris... Paris!..” satirik komediyasını tamaşaya 
hazırlayanda Məsməni bu əsərdə Nurbəniz roluna dəvət edib. Teatrın bədii rəhbəri 
və direktoru Həsən Turabovun təklifi ilə o, 10 oktyabr 1996-cı ildə kollektivin 
aktyor truppasına aktrisa götürülüb. “Ah, Paris... Paris!..” tamaşasının premyerası 
isə bir qədər sonra, 1997-ci il fevral ayının 1-də göstərilib. 
 Satirik, komik və məsxərəli səhnə obrazlarını duzlu şövqlə oynayan aktrisa 
eyni zamanda Vilyam Şekspirin “Hamlet” faciəsində Ofeliya kimi psixoloji, 
dramatik, lirik və emosional xarakterli rolu da məharətlə ifa edib. Onun yeni-yeni 
inkişaf edən yaradıcılıq yolunda artıq müəyyən sanballı səhnə surətləri var. 
Nurbəniz. “Ah, Paris... Paris!..”, Elçin. 
Şahzadə. “Şıltaq şahzadənin nağılı”, nağıl-tamaşa. 
Vera Tretyakova. “Şadlıq sorağında”, Viktor Rozov. 
Katibə. “Mənim sevimli dəlim”, Elçin. 
İkinci alov və Nuri. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində 
məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov. 
Səhəriyyə. “Burla xatun”, Nəbi Xəzri. 
Falçı Ağabacı. “Mənim ərim dəlidir” (“Diaqnoz “D”), Elçin. 
Böcək. “Köhnə ev”, Əli Əmirli. 
Ofeliya. “Hamlet”, Vilyam Şekspir. 
Pioner qız. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 


Qiastina. “Skapenin kələkləri”, Jan Batist Molyer. 
 
Məsmə Aslanqızı bir sıra özəl telekanallarda əyləncəli və  musiqili-şou 
verilişlərin aparıcısı olub. 
 
 
 
Rəşad BƏXTİYAROY 
Aktyor 
 
Rəşad Bəhram oğlu Bəxtiyarov 25 dekabr 1978-ci 
ildə Bakıda doğulub. Nərimanov rayonundakı Mehdi 
Hüseynzadə adına 37 saylı məktəbdə doqquzuncu sinifə 
qədər oxuyub. Orta təhsilini isə 1995-ci ildə 193 saylı 
məktəbdə başa vurub. Həmin il də Bakı Mədəni Maarif 
Texnikumunun cizgi filmləri rejissoru fakültəsinə daxil 
olub. Bir ildən sonra Azərbaycan Dövlət Mədəniyyət və 
İncəsənət Universitetinin dram və kino aktyorluğu 
fakültəsinə daxil olduğuna görə texnikum təhsilini 
yarımçıq qoyub. 
Universitetin ikinci kursundan Akademik Milli Dram 
Teatının tamaşalarında kütləvi səhnələrdə çıxıb, sözsüz rollar ifa edib. 2000-ci ildə 
təhsilini başa vurduğuna görə bir il hərbi xidmətdə olmuşdur. 26 oktyabr 2001-ci 
ildən müqavilə ilə Akademik teatrın truppasına işə götürülüb. İndiyədək burada 
müqavilə ilə çalışan Rəşad Bəxtiyarov teatrın səhnəsində müəyyən epizod rollar 
oynayıb. 
Şəmsi bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. 
Müxbir. “Kəllə”, Nazim Hikmət. 
Qəzetsatan. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Kinto, Qarson və Rəssam. “Brüsseldən məktublar”, Həsən Həsənov 
(Əzizoğlu). 
Silvestr. “Skapenin kələkləri”, Jan Batist Molyer.  
Bədxəbər. “Varlı qadın”, Əli Əmirli.  
Orxan. “Afət”, Hüseyn Cavid. 
 
Rəşad Bəxtiyarov “Həqiqət işığında” (Mirzəyev) və “Bəyaz həyat” 
telefilmlərində (Sonanın oğlu) rollarına çəkilib. 
 
 
 
 
 
 
 
 
 


Saleh BAĞIROV 
Aktyor 
 
Cazibəli səhnə görkəmi, Cucaboyu,yapışıqlı 
sifət ifadələri var. Dramatik və lirik psixoloji aktyorluq ifadə vasitələri onun ilk 
axtarışlarında daha canlı görünür.  
Saleh Ramiz oğlu Bağırov 10 mart 1981-ci ildə Bakıda doğulub. Səbail 
rayonundakı 132 saylı orta məktəbi 1997-ci ildə bitirib. Həmin il Azərbaycan 
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu 
fakültəsinə daxil olub. O, 2001-ci ildə universitetin bokalavr üzrə tam kursunu 
bitirib. Sonra isə ikiillik magistratura şöbəsinə qəbul edilib. 
Saleh Bağırov 25 sentyabr 2001-ci ildə Akademik Milli Dram Teatrına 
aktyor götürülüb. Gənc aktyor qocaman kollektivdə illərin ardıcıllığı ilə aşağıdakı 
rolları ifa edib. 
Səməd bəy. “Lənkəran xanının vəziri”, Mirzə Fətəli Axundzadə. 
Qəzetsatan və Kommunist. “Hərənin öz payı”, Xeyrəddin Qoca. 
Aktyor. “Hamlet”, Vilyam Şekspir. 
Birinci çapar. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar 
Vahabzadə. 
Tələbə. “Brüsseldən məktublar”, Həsən Həsənov (Əzizoğlu). 
 
 


 
Sərdar RÜSTƏMOV 
Aktyor 
 
Hələlik kiçik epizod rollar oynayır. İlk addımlarından nəzərə çarpan cəhət 
odur ki, tipik dramatik və məsxərə özüllü yumorlu rollara uyğun xarakterik cizgilər 
tapmağa çalışır. 
Sərdar Mənsur oğlu Rüstəmov 20 avqust 1981-ci ildə Şamaxı rayonunun 
Göylər kəndində doğulub. 1998-ci ildə doğma kəndlərindəki 2 saylı orta məktəbi 
bitirib. Həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram 
və kino aktyorluğu fakültəsinə daxil olub. Bakalavr pilləsi üzrə xalq artisti, 
görkəmli sənətkar Həsən Turabovun kursunu 2002-ci ildə bitirib. Hazırda öz 
ixtisasını magistraturada davam etdirir. 
Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının tamaşalarında kütləvi 
səhnələrdə və sözsüz epizod rollarda çıxış edıb, eyni zamanda 15 oktyabr 1998-ci 
ildən burada səhnə fəhləsi işləyib. Çalışqanlığına və bacarığına görə teatrın 
direktoru və bədiı rəhbəri Həsən Turabovun təşəbbüsü ilə onu 11 dekabr 1999-cu 
ildə Akademik teatrın aktyor truppasına götürüblər. Sərdar Rüstəmov bu ulu sənət 
ocağında müəyyən rollar oynayıb. 
Mədənçi. “Aydın”, Cəfər Cabbarlı. 
Şikayətçi. “Lənkəran xanının vəziri”, Mirzə Fətəlı Axundzadə. 
Rəhman. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.  
Çapar, Aktyor və Kornelli. “Hamlet”, Vilyam Şekspir.  
Təlimçi. “Kəllə”, Nazim Hikmət.  
Birinci oğlan. “Hərənin öz payı”, Xeyrəddin Qoca.  
Qəzetsatan. “Brüsseldən   məktublar”,   Həsən  Həsənov (Əzizoğlu). 
  
 
 
 
 


 
İNZİBATİ   İŞÇİLƏR 
  
Natiq GÜLMƏMMƏDOV 
Baş inzibatçı 
  
İlham ƏSGƏROV 
Bədii quruluş hissə müdiri 
  
Kamal ŞIXƏLİYEV 
 
Dekorçu rəssam, əməkdar mədəniyyət işçisi 
 
Hüseyn MƏLİKOV 
Butaforçu rəssam, əməkdar mədəniyyət işçisi. 
 
  
Rasimə MƏMMƏDOVA 
Geyim sahəsinin rəisi, əməkdar mədəniyyət işçisi  
 
 
Cabbar CABBAROV  
Rekvizit sahəsinin rəisi, əməkdar mədəniyyət işçisi 
  
Rafael HƏSƏNOV 
 
İşıq sahəsinin rəisi 
 
Yekaterina MQALOVLİŞVİLİ 
Radio sahəsinin rəisi 
 
 
 
Telman YUNİSOV 
 
Rəssam qrimçi, 
əməkdar mədəniyyət işçisi 
  
 
İradə HEYDƏROVA 
Qrimçi 
 
Nəcəf HƏSƏNZADƏ   
Rejissor assistenti,  əməkdar mədəniyyət işçisi  
 
Rəfiqə MUSAYEVA  
Rejıssor assistenti, əməkdar mədəmyyət işçisi 
 
Dilbər İSMAYILZADƏ 
Rejissor assistenti 


  
Xanım HƏSƏNOVA 
Rejissor assistenti 
 
Yaqut ƏZİMOVA 
Kadrlar şöbəsinin rəisi 
  
Vəfa KAZIMOVA 
Redaktor 
  
 
 
KİTABIN İÇİNDƏKİLƏR 
 
Akademik Milli Dram Teatrı…………………………………………  3 
 
Rəhbərlik 
Əliabbas Qədirov……………………………………………………   24 
Ədalət Vəliyev……………………………………………………… 28 
İlham Rəhimli………………………………………………………     29 
Nazim  Bəykişiyev …………………………………………………... 31 
Cavanşir Quliyev…………………………………………………….. 36 
İsmayıl Məmmədov……………………………………………….,… 39 
Məmmədşah Atayev…………………………………………………..41 
 
Rejissorlar 
Ağakişi Kazımov ……………………………………………………   42 
Azər Paşa Nemət ……………………………………………………  48 
Mərahim Fərzəlibəyov………………………………………………  52 
Əsgər Əsgərov  ……………………………………………………..    56 
Bəhram Osmanov ……………………………………………………  59 
Mehriban Ələkbərzadə ………………………………………………   63 
 
Aktyorlar 
Səyavuş Aslan  ….…………………………………………………..   65 
Rafiq Əzimov………………………………………………………..   71 
Həsən Turabov……………………………………………………….   75 
Kamal Xudaverdiyev………………………………………………...  80 
Həsən Məmmədov……………………………………………………  84 
Safurə İbrahimova……………………………………………………  87 
Elxan Ağahüseynoğlu……………………………………………….. 90 
Ramiz Məlik………………………………………………………….  95 
Hacı İsmayılov………………………………………………………. 99 
Zərnigar Ağakişiyeva………………………………………………… 104 
İlham Namiq Kamal…………………………………………………. 108 


Yaşar Nuriyev………………………………………………………... 113 
Ramiz Novruzov……………………………………………………... 118 
Nurəddin Mehdixanlı………………………………………………… 122 
Zemfira Nərimanova…………………………………………………. 125 
Firəngiz Mütəllimova………………………………………………...  128 
Bəsti Cəfərova………………………………………………………... 131 
Laləzar Mustafayeva…………………………………………………. 134 
Məleykə Əsədova…………………………………………………….. 136 
Bürcəli Əsgərov……………………………………………………….138 
Firuz Xudaverdiyev…………………………………………………... 142 
Sadıq İbrahimov……………………………………………………… 145 
Rafael Dadaşov………………………………………………………. 149 
Telman Əliyev………………………………………………………... 152 
Əli Nur……………………………………………………………….. 157 
Kübrabəyim Əliyeva…………………………………………………. 161 
Pərviz Bağırov………………………………………………………... 164 
Cəfər Namiq Kamal………………………………………………….. 167 
Elxan Quliyev………………………………………………………… 170 
Sevil Xəlilova………………………………………………………… 173 
Telman Adıgözəlov…………………………………………………... 176 
Şükufə Yusupova…………………………………………………….. 179 
Səidə Quliyeva……………………………………………………….. 182 
Hicran Nəsirova……………………………………………………… 185 
İlham Əsgərov………………………………………………………... 188 
Sənubər İsgəndərova…………………………………………………. 191 
Sabir Məmmədov…………………………………………………….. 194 
Mətanət Atakişiyeva…………………………………………………. 197 
Sevinc Əliyeva……………………………………………………….. 199 
Mehriban Xanlarova…………………………………………………. 202 
Məzahir Cəlilov………………………………………………………. 204 
Əlvida Cəfərov……………………………………………………….. 208 
Tofiq Hüseynov………………………………………………………. 211 
İradə Ağasıbəyli……………………………………………………… 214 
Abbas Qəhrəmanov…………………………………………………... 217 
Almaz Amanova……………………………………………………… 220 
Kazım Həsənquliyev…………………………………………………. 222 
Aslan Şirinov…………………………………………………………. 224 
Mətləb Abdullayev…………………………………………………… 226 
Rövşən Kərimduxt…………………………………………………… 228 
Münəvvər Əliyeva……………………………………………………. 230 
Dilarə Nəzorova……………………………………………………… 232 
Rəşid Səməndər……………………………………………………… 234 
Anar Heybətov……………………………………………………….. 236 
Şəlalə Şahvələdqızı…………………………………………………... 238 
Elşən Cəbrayılov……………………………………………………... 240 


Fidan Axundova……………………………………………………… 242 
Samir Qulamov………………………………………………………. 244 
Məsmə Aslanqızı……………………………………………………... 246 
Rəşad Bəxtiyarov…………………………………………………….. 248 
Saleh Bağırov………………………………………………………… 250 
Sərdar Rüstəmov……………………………………………………... 251 
İnzibati işçilər………………………………………………………… 253 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
İlham ƏZİZ oğlu RƏHİMLİ 
AKADEMİK MİLLİ DRAM TEATRI 
 
                       Naşiri  
Qoşqar İsmayıloğlu 
 
                                  RƏSSAMl 
              Tərlan Qorçu
                                  BƏDİİ REDAKTORU 
            İlham İsmayılov, 
                                  TEXNİKİ REDAKTORU 
          Akif Dənzizadə, 
                                  OXUCULAR 
                   Cavid Rəhimli,  
              Daşqın Həmzəyev, 
                                   KORREKTORLARI 
             Gülər Məmmədova,  
               Rəfiqə Qənbərqızı,  
                                  OPERATORU 
               Məlahət Qurbanova,  
                                  ÇAPA MƏSUL 
                    Sərraf Mürsəlov, 
                    Anar Abdullayev
                         Azər Yunusov. 
 


 
 
Yığılmağa verilmiş 10.1.2001, 
çapa imzalanmış 16.6.2003, 
formatı 60x90 l/16, fıziki ç.v. 16,5, 
şərti ç.v. 16,5, ofset kağızı № l,  
tayms qarnituru,  sifariş 54, sayı 500. 
 
 
Kitab  
“QAPP-POLİQRAF” Korporasiyasının 
Nəşriyyatında nəşrə hazırlanmış və 
“QAPP-POLİQRAF” Korporasiyasının 
mətbəəsində çap olunmuşdur. 
 
 370025. Bakı şəhəri, N. Rəfiyev küçəsi, 24.   
Tel.: 902757, 989555, 937255 
 
 
 
 

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə