Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə6/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   ...   56

(1924-1931 və 1935-1937), Vladimir Lütse, Vladimir Uqryumi (Kasabov), 
Aleksandr Varşavski, Daşkovski, Yusif Yulduz, (1932-1934), Ədil İsgəndərov 
(1938-1960), Mehdi Məmmədov (1960-1963), Tofıq Kazımov (1964-1980), 
Hüseynağa Atakişiyev (1985-1988), Həsən Turabov (1988-2001) bədii rəhbərlik 
ediblər. Hazırda teatrın bədii rəhbəri xalq artisti Əliabbas Qədirovdur. 
Teatrın tarixinə silinməz səhifələrlə yazılmış yüzlərlə tamaşa içərisində 
Mirzə Fətəli Axundzadənin komediyalarını, Nəcəf bəy Vəzirovun “Müsibəti 
Fəxrəddin”, “Hacı Qəmbər”, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd 
şah Qacar”, “Bəxtsiz cavan”, “Pəri Cadu”, Nəriman Nərimanovun “Nadir şah 
Əfşar”, “Şamdan bəy”, Süleyman Sani Axundovun “Tamahkar”, Mirzə Cəlil 
Məmmədquluzadənin “Ölülər”, “Dəli yığıncağı”, Hüseyn Cavidin “Şeyx Sənan”, 
“İblis”, “Səyavuş”, “Knyaz”, “Xəyyam”, Cəfər Cabbarlının “Od gəlini”, “Solğun 
çiçəklər”, “Aydın”, “Oqtay Eloğlu”, “Sevil”, “Yaşar”, “Almaz”, Səməd Vurğunun 
“Vaqif”, “Fərhad və Şirin”, Mirzə İbrahimovun “Həyat”, “Kəndçi qızı”, Mehdi 
Hüseynin “Cavanşir”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İlyas Əfəndiyevin 
“Atayevlər ailəsində”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv 
olmuş gündəliklər”, “Hökmdar və qızı”, “Mahnı dağlarda qaldı”, Bəxtiyar 
Vahabzadənin “Yağışdan sonra”, Nəbi Xəzrinin “Sən yanmasan...”, Sabit 
Rəhmanın “Toy”, “Xoşbəxtlər”, “Əliqulu evlənir”, Anarın “Şəhərin yay günləri”, 
Elçinin “Ah, Paris... Paris!..”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal” 
dramlarının səhnə təcəssümünü xüsusi qeyd etmək olar. 
Yüz ildən çoxdur teatr dünyanın şöhrətli dramaturqlarının dram, faciə və 
komediyalarını orijinal quruluşlarda tamaşaçılara göstərib. Vilyam Şekspirin 
“Otello”, “Hamlet”, “Kral Lir”, “Maqbet”, “Fırtına”, “Romeo və Cülyetta” 
faciələri, “Qış nağılı” dramı, “Heç nədən hay-küy”, “Şıltaq qızın yumşalması”, 
“On ikinci gecə” komediyaları, Fridrix Şillerin “Qaçaqlar”, “Məkr və məhəbbət”, 
“Vilhelm Tell”, Jan Batist Molyerin “Zorən təbib”, “Xəsis”, “Jorj Danden”, 
“Skapenin kələkləri”, Henrix Heynenin “Əl Mənsur”, Fransua Volterin “Sultan 
Osman”, Aleksandr Dümanın “Qanlı qala” (“Nel qülləsinin sirri”), Karl Qutskavın 
“Uriel Akosta”, Jül Vernin “80 gün dünya səyahətində”, “Kapitan Qrantın 
çocuqları”, Biçer Stounun “Tom dayının koması”, Onore de Balzakın “Ögey ana”, 
Pyer Bomarşenin “Fiqaronun toyu”, Viktor Hüqonun “Gülən adam”, “Mariya 
Tüdor”, Əs Həbib Vəfanın “Bombey”,  Aleksandr Ostrovskinin  “Tufan”,  
“Cehizsiz qız”, Nikolay Qoqolun “Müfəttiş”, ”Evlənmə”, Aleksandr Puşkinin 
“Dubrovski”, Anton Çexovun “Vanya dayı”, Maksim Qorkinin “Həyatın dibində”, 
“Vassa Jeleznova”, Nikolay Suxovo-Kobılinin “Kreçenskinin toyu”, Ceyms Qou 
və Arno DNyussonun “Dərin köklər”, Lope de Veqanın “Rəqs müəllimi”, “Sevilya 
ulduzu”, Karlo Haldoninin “Mehmanxana sahibəsi”, “Məzəli hadisə” Branislav 
Nuşiçin “Nazirin xanımı”, Bertolt Brextin “Üç quruşluq opera”, Qarsia Lorkanın 
“Qadın faciəsi”, Gilerma Fiqeyredunun “Ezop”, Raffaele Vivianinin “Çarəsiz 
dələduz”, Nodar Dumbadzenin “Darıxma, ana!”, Avkisenti Saqarelinin “Xanuma” 
tamaşaları bədii-estetik həllinə, rejissor üslubuna, aktyor ifalarının rəngarəngliyinə 
görə seçilib. 
Nobel mükafatı laureatlarından Yucin ONilin “Qızıl”, “Qarağaclar altında 
məhəbbət”, Bernard Şounun “Şeytanın şagirdi”, Jan Pol Sartrın “Dəfn edilməmiş 


ölülər”, Herhart Hauptmanın “Elqa” (“Dəhşətli röya”), Moris Meterlinqin “Göy 
quş” pyesləri tərcümə edilərək, müxtəlif yaradıcılıq dəst-xətti olan rejissorlar 
tərəfindən tamaşaya qoyulub. 
Osmanlı ədiblərindən Namiq Kamalın “Vətən”, “Zavallı cocuq”, “Qara 
bəla” (“Əkbər şah hindu”), Əbdülhəq Hamidin “Tariq ibn Ziyad, yaxud Əndəlis”, 
Şəmsəddin Saminin “Dəmirçi Gavə”, “Əhdə vəfa, yaxud arnaudlar”, Hüseyn 
Bədrəddin və Məhəmməd Rüfətin “Əmir Əbül Üla”, “İbrahim bəy”, Nazim 
Hikmətin “Türkiyədə”, “Kəllə”, “Unudulan adam”, Cavad Fəhmi Başqutun “Köç” 
pyesləri dəfələrlə Azərbaycan teatrında oynanılıb. 
Akademik teatrda üç aktyor məktəbi var: 
Romantik aktyor məktəbi; 
Realist aktyor məktəbi; 
Lirik-psixoloji üslublu aktyor məktəbi. 
Romantik aktyor məktəbinin ən görkəmli nümayəndəsi və yaradıcısı Hüseyn 
Ərəblinski sayılır. Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Ülvi Rəcəb, Rza 
Təhmasib, Rza Əfqanlı, Kazım Ziya, Ələsgər Ələkbərov, Mərziyə Davudova, 
Hökümə Qurbanova, Ağadadaş Qurbanov, Əjdər Sultanov, Rza Darablı, Fatma 
Qədri, Leyla Bədirbəyli, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov 
həmin məktəbin layiqli davamçılarıdır. 
Realist aktyor məktəbinin banisi Cahangir Zeynalov, təmsilçiləri Mirzağa 
Əliyev, Əbülhəsən Anaplı, Möhsün Sənani, Mustafa Mərdanov, Əzizə 
Məmmədova, Barat Şəkinskaya, Əliağa Ağayev, Məmmədəli Vəlixanlı, İsmayıl 
Osmanlı, Ağasadıq Gəraybəli, Səyavuş Aslan və bu səpkili aktyorlar sayılırlar. 
Lirik-psixoloji üslubun dramaturgiyamızda banisi İlyas Əfəndiyev, 
rejissurada Tofıq Kazımov, aktyor yaradıcılığında Həsən Turabov sayılırlar. Şəfıqə 
Məmmədova, Səməndər Rzayev, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Fuad 
Poladov, Kamal Xudaverdiyev, Yaşar Nuriyev, həmçinin Akademik teatrın çağdaş 
truppasının aparıcı aktyorlarının əksəriyyəti həmin üslubun inkişafında müstəsna 
xidmətlər göstəriblər. 
Akademik teatrın rejissorlarından Hüseyn Ərəblinski, Abbasmirzə Şərifzadə, 
Mirseyfəddin Kirmanşahlı romantik pafosları, İsmayıl Hidayətzadə, Ələsgər 
Şərifov, Səftər Turabov, Əlihüseyn Rzayev, Yusif Yulduz realist ifadə vasitələrinə 
cəhd göstərmələri, Şəmsi Bədəlbəyli, Məhərrəm Haşımov, Əliheydər Ələkbərov, 
Ələsgər Şərifov janr əlvanlığına can atmaları, Ağəli Dadaşov, Nəsir Sadıqzadə, 
Əşrəf Quliyev, Ağakişi Kazımov qarışıq üslubda işləmələri ilə diqqəti cəlb ediblər. 
Qüdrətli rejissor Ədil İsgəndərov səhnədə aktyorun suflyora möhtac 
olmasına son qoydu. O, romantizmə əzəmətli və əlvan monumentallıq gətirdi. 
Qərbi Avropa teatrı köklərindən şirələnmiş sənət ocağına güclü milli ruh aşıladı. 
Onların üzvi vəhdətinin estetik əsasını qoydu. Teatrın repertuarı ətrafında güclü 
çağdaş müəlliflər toplaya bildi. Ən əsası isə “Ədil İsgəndərov teatrı” ifadəsinin 
elmi-nəzəri əsasında duran canlı teatrın fəaliyyətinə nail oldu. Ədil İsgəndərovun 
“Vaqif” (Səməd Vurğun), “Otello” (Vilyam Şekspir), “Aydın” (Cəfər Cabbarlı), 
“Türkiyədə” (Nazim Hikmət), “Bahar suları” (İlyas Əfəndiyev), “Nişanlı qız” 
(Sabit Rəhman) əsərlərinə verdiyi səhnə quruluşları teatr tariximizdə layiqli yer 
tutur. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə