Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə7/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   2   3   4   5   6   7   8   9   10   ...   56

Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara 
quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik 
təhlilini əsas, mühüm prinsip kimi götürürdü. Pauzaların psixoloji nöqtəsini 
tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi. Məzmun və forma vəhdətini 
möhtəşəm monumentallıqda təcəssüm etdirirdi. Janr əlvanlığına xüsusi meyl edən 
rejissor fəlsəfi dərinliyə meydan açır, cəmiyyətin ictimai-sosial, mənəvi-əxlaqi 
problemlərini qabarıq bədii-estetik ifadə vasitələri ilə verirdi. 
Mehdi Məmmədov Akademik teatrda “On ikinci gecə” (Vilyam Şekspir), 
“İblis” və “Xəyyam” (Hüseyn Cavid), “Dəli yığıncağı” (Cəlil Məmmədquluzadə), 
“Canlı meyit” (Lev Tolstoy), “Yaşar” (Cəfər Cabbarlı), “Dağılan tifaq” 
(Əbdürrəhim bəy Haqverdiyev), “Müfəttiş (Nikolay Qoqol)”, “Əliqulu evlənir” 
(Sabit Rəhman), “Alov” (Mehdi Hüseyn), Opera və Balet teatrın da “Toska” 
(Cakomo Puççini), “Lakme” (Leo Delib), “Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir 
bəy Hacıbəyov), Gəncə teatrında “Məşədi İbad” (Üzeyir bəy Hacıbəyov), “Nə 
yardan doyur, nə əldən qoyur” (Lope de Veqa), “Vasvası xəstə” (Jan Batist 
Molyer) kimi maraqlı tamaşaların quruluşçu rejissoru olub. 
Tofıq Kazımov bir rejissor kimi ilk növbədə novator sənətkar idi. O, milli 
teatr poetikamıza ciddi yeniliklər gətirdi. Səhnəni maksimum dərəcədə boşaltmaq 
və bununla fəza (məkan) genişliyinə nail olmaqla dinamik sürət-ritm yaratdı. 
Köhnəlmiş səhnə şərtiliklərini cəsarətlə sındırdı və ilk dəfə olaraq pərdəni öz 
tamaşalarında obraz-rəmzə çevirdi. İmprovizələr etməyi çox xoşlayır, səhnə 
tərtibatında “xəsisliyə” üstünlük verməklə əsas diqqəti aktyora yönəldirdi. 
“Özgələşmə” effektinin milli formasını yaratmaq üçün epik teatrın ünsürlərindən 
bəhrələnirdi.  
Akademik teatrın yaradıcılıq nailiyyəti sayılan “Lənkəran xanının vəziri” 
(Mirzə Fətəli Axundzadə), “Dəlilər” (Lope de Veqa), “Atayevlər ailəsində”, “Sən 
həmişə mənimləsən”, “Unuda bilmirəm” (İlyas Əfəndiyev), “Şəhərin yay günləri” 
(Anar), “Antoni və Kleopatra”, “Fırtına”, “Hamlet” (Vilyam Şekspir), “Aydın” 
(Cəfər Cabbarlı), “Pəri cadu” (Əbdürrəhim bəy Haqverdiyev), “Ölülər” (Mirzə 
Cəlil Məmmədquluzadə), “Gözəllik və sevgi adası” (Aleksis Parnis), “Mariya 
Tüdor” (Viktor Hüqo), “Karıxmış Sultan” (Taufıq əl Hakimi), “Qızıl” (Yucin 
ONil), “Sənsiz” (Şıxəli Qurbanov) tamaşalarına quruluşu Tofıq Kazımov verib. 
Bu gün teatrda Azər Paşa Nemət (Nemətov), Ağakişi Kazımov, Mərahim 
Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadə kimi məşhur və istedadlı 
rejissorlar çalışırlar. Onların yaradıcılığı daha çox yenilik ruhu, üslub axtarışları, 
dünya teatrının yaradıcı ənənələrindən bəhrələnmə xüsusiyyətləri və milliliyə 
bağlılığı ilə seçilir. Azər Paşa Nemət keçən il “Hamlet” faciəsi üzərində işini 
uğurla başa çatdırıb. Bu tamaşa milli teatr tariximizdə hadisə kimi dəyərləndirilib. 
Təşəkkül tapdığı ilk illərdə milli teatrımızda səhnə tərtibatı müəyyən mənada 
ikinci dərəcəli əhəmiyyət daşıyıb. Əsərin bütün hadisələri bəzən bircə “otaqda” baş 
verib. Ancaq iyirminci illərdən başlayaraq Akademik teatrda səhnəqrafıya inkişaf 
edib, böyük sənət uğurları qazanıb. Əzim Əzimzadə, Rüstəm Mustafayev, Nüsrət 
Fətullayev, Ismayıl Axundov, Bədurə Əfqanlı, Kazım Kazımzadə, Böyükağa 
Mirzəzadə, Sadıq Şərifzadə, Əsgər Abbasov, Kamil Nəcəfzadə, Tahir Salahov, 
Elçin Aslanov, Rasim Babayev, Elçin Məmmədov, Solmaz Haqverdiyeva, Sənan 


Qurbanov kimi istedadlı rəssamlar teatrın ən maraqlı tamaşalarının bədii tərtibatını 
veriblər. Hazırda teatrın baş rəssamı Nazim Bəykişiyevdir. Tanınmış rəssamlardan 
Tahir Tahirov, İsmayıl Məmmədov teatrın forma axtarışlarında səmərəli işlər 
görürlər. 
Ötən əsrin iyirminci illərinin ortalarına qədər teatrın tamaşalarında klassik 
üçlükdən (tar, kaman, qaval) istifadə olunub. Bir qədər sonra kiçik ansambllar 
yaranıb. Qırxıncı illərdən isə teatrda bitkin orkestr fəaliyyət göstərib. Azərbaycanın 
tanınmış bəstəkarları Müslüm Maqomayev, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli
Niyazi, Qara Qarayev, Səid Rüstəmov, Soltan Hacıbəyov, Tofıq Quliyev, Cahangir 
Cahangirov, Fikrət Əmirov, Zakir Bağırov, Süleyman Ələsgərov, Rauf Hacıyev, 
Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov, Emin Sabitoğlu, Şəfıqə 
Axundova, Polad Bülbüloğlu, Nazim Əliverdibəyov, Oqtay Kazımov, Ramiz 
Mirişli, Aqşin Əlizadə, Fərəc Qarayev, Aydın Əzimov, Səyavuş Kərimi, Eldar 
Mansurov və başqaları teatrın tamaşalarına obrazlı musiqilər bəstələmişlər. 
Hazırda teatrın musiqi hissə müdiri istedadlı bəstəkar Cavanşir Quliyevdir. 
Teatr hələ müxtəlif truppalar şəklində fəaliyyət göstərdiyi vaxtlarda, 1906-cı 
ildən başlayaraq daha müntəzəm şəkildə başqa ölkələrə qastrol səfərlərinə çıxıb. 
Bu qastrolları əvvəllər Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirseyfəddin 
Kirmanşahlı, Mustafa Mərdanov, Əhməd Qəmərli, Abbasmirzə Şərifzadə, Cəlil 
Bağdadbəyov... kimi aktyorlar təşkil edirdilər. Onlar müxtəlif truppalar şəklində 
İranın Tehran, Rəşt, Təbriz, Ənzəli, Xoy... Orta Asiyanın Buxara, Mərv, Aşqabad, 
Rusiyanın Orenburq, Hacıtərxan, Tatarıstanın Kazan şəhərlərində, Tiflisdə, 
İrəvanda, Türkiyənin İstambul, Trabzon, Qars şəhərlərində qastrollarda olublar. 
Akademik teatr bütöv truppa halında və zəngin repertuarla dəfələrlə Rusiyanın 
Moskva, Sankt-Peterburq, Kazan, Ozbəkistanın Daşkənd, Türkmənistanın 
Aşqabad, Gürcüstanın Tiflis, Almaniyanın Berlin, Türkiyənin Ankara, İstambul, 
Qars, Ərzurum, Kayseri, Sivas, Bayburt, Başqırdıstanın Ufa şəhərlərinə qastrol 
səfərlərinə çıxıb. 
 
*   *   * 
 
Bakıda ilk teatr binasını Zeynalabdin Tağıyev 1883-cü ildə özünün taxıl 
anbarı yerləşən binasının üstündə tikdirib. Həmin bina Bakı milyonçusunun, 
tanınmış messeanatı şərəfinə “Tağıyev teatrı”, bəzən isə “Şəhər teatrı” adlanıb. 
Akademik Milli Dram Teatrı ilin müxtəlif vaxtlarında, 1922-ci ilin 17 yanvarından 
isə müntəzəm şəkildə həmin binada fəaliyyət göstərib. Teatr 1960-cı ilin yayından 
Füzuli meydanında qərar tutan indiki binasında yerləşir. 
1890-1920-ci illər arasında Azərbaycanın müxtəlif teatr dəstələri Bakıda 
Musa Nağıyev teatrında, Mayılov qardaşlarının teatrında, Nikitin qardaşlarının 
sirkində, Dənizçilər evində, İnsanpərvərlər klubunda, Haşımovun evində, “Forrer” 
sirkində, “İsmailiyyə” binasında, Tağıyev pasajında, Lalayev pasajında (“Qran 
vio” salonu) tamaşalar oynayıblar. 
Bu gün Akademik teatrın repertuarında Sofoklun “Şah Edip”, Vilyam 
Şekspirin “Kral Lir” və “Hamlet”, Çingiz Aytmatovun “Sokratı anma gecəsi”, 
İlyas Əfəndiyevin “Hökmdar və qızı”, “Dəlilər və ağıllılar”, Bəxtiyar 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə