Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə8/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

Vahabzadənin “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Süleyman Sani 
Axundovun “Eşq və intiqam”, Cəfər Cabbarlının “Aydın”, “Ulduz, yaxud Ədirnə 
fəthi”, Hüseyn Cavidin “Afət”, Nəbi Xəzrinin “Burla xatun”, Elçinin “Ah, Paris... 
Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”, 
Hidayətin “Bu dünyanın adamları”, Ramiz Novruzun “Hələ “sevirəm” 
deməmişdilər...”, Əli Əmirlinin “Köhnə ev” və “Varlı qadın”, Xeyrəddin Qocanın 
“Hərənin öz payı” pyeslərinin tamaşaları oynanılmaqdadır. 
  
17 fevral 2003-cü il. 
 
  
RƏHBƏRLİK 
  
 
Əliabbas QƏDİROV 
Bədii rəhbər və direktor, xalq artisti 
  
Yaradıcılıq imkanları romantik və realist 
aktyor məktəblərinin estetik göstəricilərinə, 
psixoloji mahiyyətinə, fəlsəfı dərinliyinə 
uyğundur. Daxilən hərarətli və ehtiraslı 
temperamentə, dinamik plastikaya malik 
aktyordur. Oynadığı rollar janr xüsusiyyətlərinə 
görə fərqli, əlvan və bədii cəhətdən bitkin təsir 
bağışlayır. Aktyor təbiətində ilk baxışda “gizli” 
görünən, ancaq duzlu və cazibəli yumor var. O, 
bu yumordan həssaslıqla, yığcam “xəsisliklə”, lakin bədii məziyyətləri cazibəli, 
könüloxşayan, müəyyən estetik meyar çərçivəsində peşəkar görünən bacarıqla 
istifadə edir. 
Əliabbas Qədirov oynadığı obrazlara ilk növbədə elmi-nəzəri əsaslarla 
yanaşır, xarakterin əsərdə kəsb etdiyi psixoloji-fəlsəfi qənaətlərin mahiyyətini 
müəyyənləşdirir. Səhnə surətinin dramatik kolliziyalarındakı yerini daha qabarıq 
bədii vasitələrlə canlandırmaq üçün “ikinci plan” estetik anlayışının əyani və 
təcrübi təzahürünü bütün incəliklərinə kimi tamaşaçılara çatdırmağa çalışır. 
Səhnədə diqqətcil və həssasdır, mürəkkəb mizanlar toplusunda oynamağı xoşlayan 
aktyordur. Azərbaycanın məşhur qiraət ustalarından biridir, onun ifasında Füzuli, 
Vaqif, Nəsimi, Sabır... kimi noeziva korifeylerinin poetik nümunələri lentə alınıb. 
Əliabbas Gülabbas oğlu Qədirov 13 fevral 1946-cı ildə Bakıda dogulub. 
Şəhərdəki 31, 176, 43, 36, 105 saylı orta məktəblərdə təhsil alıb. On birinci sinfı 
105 saylı məktəbdə bitirib. Səhnə sənətinə səkkizinci sinifdən başlayaraq maraq 
göstərib. Dəmirvolcular klubunda xalq artisti Ağadadaş Qurbanovun rəhbərlık 
etdiyi dram kollektivinin üzvü olub. Romantik monumental tamaşalarda rolları 
oynamaq vərdişlərinin ibtidai əsaslarını həmin dram dərnəyində öyrənib. Aktyor 
olmağı da burada qətiləşdirib. 


O, 1965-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun 
dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sənət müəllimi, ixtisas kurs 
rəhbəri xalq artisti, professor Mehdi Məmmədov, səhnə danışığı müəllimi əməkdar 
artist, qiraət ustası Müxlis Cənizadə olub. Tələbəlik illərində institutun Tədris 
teatrının ştatlı aktyoru kimi burada Cəfər Cabbarlının “Aydın” (Surxay), Hüseyn 
Cavidin “Azər”,  Afanasi Salinskinin “Təbilçi qız” (Fyodr) əsərlərinin 
tamaşalarında maraqlı rollar oynayıb. Elə buna görə də Əliabbas Qədirov son 
kursda oxuyanda Mehdi Məmmədov onu Akademik teatrda quruluş verdiyi 
Hüseyn Cavidin “Xəyyam” faciəsində Yusif roluna dəvət edib. Ancaq tamaşanın 
premyerası uzanıb və 12 mart 1970-ci ildə göstərilib. Elə bu səhnədə ilk 
addımından teatr ictimaiyyətinin nəzər diqqətində olub. O, 1970-ci il aprel ayının 
6-dan Milli Dram Teatrının aktyorudur. Məşhur aktyor 26 dekabr 2001-ci ildə 
teatrın bədii rəhbəri və direktoru təyin olunub. 
Əliabbas Qədirovun 1970-ci ildən bugünədək Milli Dram Teatrında 
oynadığı rollar zaman ardıcıllığı ilə aşağıdakı kimi sistemləşdirilə bilər. 
Yusif. “Xəyyam”, Hüseyn Cavid. 
Pronya. “Zamanın hokum”, Nikolay Poqodin. 
Xosrov. “Küləklər”, Sabit Rəhman. 
Vəli. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə. 
Givi. “Darıxma, ana!”, Nodar Dumbadze. 
Leytenant və Nicat. “Mahnı dağlarda qaldı”, İlyas Əfəndiyev. 
İlyas. “Aydın”, Cəfər Cabbarlı. 
Fateh. “Yol ayrıcında”, İslam Səfərli. 
Qlumov. “Müdriklər”, Aleksandr Ostrovski. 
Kürd Musa və Vaqif. “Vaqif”, Səməd Vurğun. 
Fotoqraf. “Şöhrət və ya unudulan adam”, Nazim Hikmət. 
Alman oğlu. “İnsan”, Səməd Vurğun. 
Məğrur. “Əks-səda”, Nəbi Xəzri. 
Coşqun. “Kölgələr pıçıldaşır”, Seyfəddin Dağlı. 
Balaağa. “Vəkil neyləsin...”, Ramiz Fətəliyev. 
Şərif. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. 
Daşqın. “Yollara iz düşür”, İslam Səfərli. 
Balaş. “Sevil”, Cəfər Cabbarlı. 
Bəhram. “Fitnə”, Abdulla Şaiq. 
Seyid Hüseyn. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. 
Vasif. “İblis”, Hüseyn Cavid. 
Rəşad. “Kimdir haqlı?,” Bəxtiyar Vahabzadə. 
Həbib. “Büllur sarayda”, İlyas Əfəndiyev. 
Toral. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. 
Diş həkimi. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
Qazan xan. “Torpağa sancılan qılınc”, Nəbi Xəzri. 
Şirzad. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. 
Mirzə Şəfi. “Mənsiz dünya”, Nəbi Xəzri. 
Dan. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Kamran. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 


Mircəfər Bağırov. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
Kərim bəy. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Tərlan. “Sənsiz”, Şıxəli Qurbanov. 
Misirxanov. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. 
Qraf Qloster. “Kral Lir”, Vilyam Şekspir. 
İbrahim xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. 
Qara xaqan. “Özümüzü kəsən qılınc” (“Göytürklər”), Bəxtiyar Vahabzadə. 
Ənvər. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Nostradamus. “Hələ “sevirəm” deməmişdilər...”, Ramiz Novruz. 
 
Aktyor Azərbaycan Dövlət Televiziyasında çoxlu tamaşalarda oynamış, 
uzun illər əvvəlcə gənclər üçün “Məşəl”, sonralar əyləncə xarakterli “Komediyalar 
aləminə səyahət” verilişlərinin aparıcısı olub. Onun oynadığı tamaşaların bir qismi 
televiziyanın “Oızıl fond”una daxildir. Onlardan Süleyman Sani Axundovun
“Laçın yuvası” (Cahangir), Məmməd Muradan “Təkan” (Dilqəm), İlyas 
Əfəndiyevin “Atayevlər ailəsində” (Cahangir), Mirzə Fətəli Axundzadənin “Hacı 
Qara” (Heydər bəy), Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan” (Fərhad), 
Mar Bayciyevin “Duel” (İsgəndər), Dazortsevin “Qəbula gələn sonuncu adam” 
(Kişi) əsərlərinin teletamaşasında Əliabbas Qədirovun yaradıcılığı daha parlaq 
şəkildə təcəssüm tapıb. 
Əliabbas Qədirov teatrla yanaşı, kino aktyoru kimi də məşhurdur və böyük 
uğurlar qazanıb. Hətta o, məhz kinorejissor Eldar Quliyevin çəkdiyi “Sevinc 
buxtası” iki seriyalı bədii fılmindəki Nazim roluna görə Azərbaycan 
Respublikasının Dövlət mükafatına layiq görülüb. Aktyor bundan əlavə 
“Azərbaycanfilm”də “Xatirələr sahilində” (İmran), “Nəğmə dərsi” (Ata), “Nə 
yaxşı ki, Səməd Vurğun var” (Vaqif), “Bizim evin kişisi” (Mansur), “Qızıl 
uçurum” (Cəlil), “Qocalar” (Fəriz), “Babək” (Fəzl), “Dənizdən işarə” (Sultanov), 
“Sevinc buxtası” (Nazim) kimi kinolentlərinə çəkilib. Vaxtilə, rejissor Hüseyn 
Seyidzadənin çəkdiyi eyniadlı fılmdə Qatır Məmmədi oynayıb. Lakin Moskva 
“millətçi” ruhuna görə o fılmin ekrana çıxmasına icazə verməyib. 
Səhnə və ekran ustası Əliabbas Qədirov teatr və kino yaradıcılığındakı 
uğurlarına görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti 
və 17 may 1989-cu ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 
  
 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə