Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə9/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

 
 
Ədalət VƏLİYEV 
Mədəniyyət nazirinin müavini 
  
 Ədalət Məqsəd oğlu Vəliyev 1959-cu il fevral ayının 13-də  Bakıda anadan 
olub. Şəhərdəki 102 saylı ümumtəhsil məktəbində oxumaqla yanaşı, 21 saylı orta 
musiqi məktəbində tar təhsili alıb (1968-1973). Məktəbi bitirəndən sonra Bakı 
Tramvay-Trolleybus idarəsində fəhlə işləyib (1976-1978), hərbi xidmətdə olub 
(1978-1980). Bakı Dövlət Universitetini bitirib. 
1980-1985-ci illərdə Akademik Milli Dram Teatrında səhnə fəhləsi, elektrik, 
radist, təchizatçı, əmtəəşünas, quruluş hissə müdirinin müavini, inzibatçı işləyib. 
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında direktor müavini işləmiş 
(1986-1987), yenidən Akademik teatra qayıdaraq direktor müavini və sərəncamçı 
direktor olmuş (1987-1991), Rus dram teatrında direktor kimi çalışmışdır (1991-
1993). 1993-cü ilin yanvar ayında mədəniyyət nazirinin müavini təyin edilmişdir. 
Nazir müavini kimi teatrlar, konsert müəssisələri, sirk, rəsm qalereyaları... 
sahələrinə nəzarət edir. 
Ədalət Vəliyev Akademik teatrın əsaslı təmirində, sənət ocağının Türkiyə, 
Iran, Moskva qastrollarında, binanın müasir avadanlıqlarla təchizatında səmərəli 
xidmətlər göstərmişdir. O, hazırda nazir müavini kimi teatrın yaradıcılıq və texniki 
problemləri ilə yaxından məşğul olur. Sənətşünaslıq namizədidir (2002). 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
İlham RƏHİMLİ 
 
Ədəbi hissə müdiri, 
əməkdar incəsənət xadimi 
  
   Teatrşünas alim İlham Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də 
Yevlax rayonunun Malbinəsi kəndində doğulub. Yevlaxdakı 5, 3, 2 saylı və 
internat məktəblərində oxuyub. 1966-cı ildə 1 saylı orta məktəbin on birinci sinfini 
bitirib. Bir il ali məktəbə daxil ola bilməyib və Yevlaxdakı 4 saylı avtokalonda 
çilingər işləyib. 
Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun 
teatrşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirərək (1967-1972) redaksiyanın 
yazılı məktub-tələbnaməsinə əsasən təyinatla “Kommunist” (indiki “Xalq qəzeti”) 
qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973-may 1974) yenə 
redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və 
publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. “Azərbaycan” qəzetinin baş 
redaktoru, prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib. 
1993-cü il noyabrın 1-dən Akademik Milli Dram Teatrının ədəbi hissə müdiridir. 
Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə çap olunan Ilham Rəhimli 
səhnə sənətinə, kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor 
peşəsinə, mədəniyyətin müxtəlif problemlərinə aid yüzlərlə məqalənin müəllifıdir. 
İlham Rəhimli “Sənət vurğunu”, “Ağasadıq Gəraybəyli”, “Səhnə. Ekran. 
Müasirlik”, “Dramaturgiya və teatr”, “Habil Kaman”, “Hafız Zeynalov”, “Səyavuş 
Aslan”, “Səttar dünyası”, “Segah yanğısı”, “Sənət yolu, sənətkar ömrü”, “Sənətdə 
keçən ömür” (Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif 
İbrahimoğlu və başqaları haqqında monoqrafıyalar toplusu), “Aktyor ömrünün 
dolayları”, “Aktyora oxşamayan adam”, “Füzuli meydanında sənət məbədi”, 
“Akademik Milli Dram Teatrı” (iki cilddə), “Xalq oyun-tamaşaları”, “Sumqayıt 
Dövlət Musiqili Dram Teatrı”, “Azərbaycan Dövlət Kukla Teatrı”, “Səhnəmizin 


fədailəri” (birinci kitab), “Azərbaycan milli teatının poetikası”, “Aşqabad Dövlət 
Azərbaycan Teatrı” monoqrafıya və kitablarının müəllifıdir. 
Azərbaycan Dövlət Televiziyasında müxtəlif illərdə “Ekran, kino, 
yeniliklər”, “Sənət adamları”, “Səhnə üçün doğulmuşlar”, “Yeni tamaşalar”, 
“Aktyorlar və rollar” və sairə silsilə verilişlərin aparıcısı olub. 
İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət 
Universitetinin teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru və 
professorudur. 
Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, 
Tehran, Dəməşq, Kiyev, İstambul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində 
Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib. 
Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” (5 may, 1977) mükafatı 
laureatıdır. Jurnalistlik və mədəniyyət sahələrində göstərdiyi xidmətlərinə görə 
1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi 
fəxri adı ilə təltif edilib. 
Kitabın çap prosesi dövründə, 3 mart 2003-cü ildə o, öz ərizəsi ilə işdən 
çıxıb. 
  
 
 
 
Nazim BƏYKİŞİYEV 
Baş rəssam, əməkdar rəssam 
 
 Milli teatrımızın peşəkar səhnə sənəti rəssamlarındandır. 
Boyakarlıq və qrafıka janrında möhtəşəm rəsm və tabloları var. Əsərləri bir 
sıra beynəlxalq sərgilərdə uğurla nümayiş olunub. Onun zəngin yaradıcılığının əsas 
qollarından birini teatr rəssamlığı təşkil edir. Nazim Bəykişiyevin səhnə tərtibatları 
monumental həlli, emosional ifadə vasitələrinin səciyyəviliyi, yumşaq və lirik 
boyaların canlı təcəssümü ilə seçilir. İşlədiyi əsərə uyğun elə forma təklif edir ki, 
həmin tərtibat mütləq səhnədə estetik obraz funksiyasını bədii dəqiqliklə daşıya 
bilir. İşıqdan və səhnə texnikasının imkanlarından bacarıqla bəhrələnir. Onun 
quruluşlarında fəza genişliyi var və bu genişlik quruluşçu rejissorun qayəsinə 


xidmət etməklə yanaşı, eyni zamanda aktyorların sərbəst və səhnə davranışlarına, 
mürəkkəb mizanların realizəsinə geniş imkanlar açır. 
Nazim Zöhrab oğlu Bəykişiyev 29 iyun 1948-ci ildə Bakının Keşlə 
qəsəbəsində doğulub. Əvvəlcə 61, sonra isə 201 saylı orta məktəblərdə oxuyub. 
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirib (1969). 
Bir il Bakıdakı Dövlət Şəkil Qalereyasında işləyib. 1970-1975-ci illərdə  
Moskvada Dövlət Teatr Sənəti İnstitutunun (QİTS) teatr rəssamı fakültəsinə daxil 
olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinfində təhsil alıb. Bakıda işlə təmin 
olunmadığına görə Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında 
quruluşçu rəssam işləyib. Burada on beşdən çox əsərə səhnə tərtibatı verib. 
Aleksandr Vampilovun “Keçən il Çulimskidə” dramına verdiyi tərtibat daha böyük 
uğur qazanıb. 
İl yarımdan sonra Azərbaycana qayıdan Nazim Bəykişiyev müxtəlif 
sahələrdə çalışıb, azad sənətkar kimi fəaliyyət göstərib. Burada ilk işlədiyi səhnə 
ocağı Sumqayıt Dövlət Dram Teatrı olub (22 dekabr 1978-16 mart 1980). 
Quruluşçu rəssam kimi Əkrəm Əylislinin “Bağdada putyovka var” (28 iyun 1979), 
Feyruz Məmmədovun “Şəngülüm, Şüngülüm, Məngülüm” (29 dekabr 1978) 
pyeslərinin tamaşasına quruluş verib. 1980-ci il mart ayının 22-də Azərbaycan 
Dövlət Musiqili Komediya Teatrına quruluşçu rəssam götürülüb və 15 dekabr 
1987-ci ildə həmin kollektivə baş rəssam təyin olunub. Dörd il bu vəzifədə 
işləyəndən sonra, 1 mart 1991-ci ild öz ərizəsi ilə Azərbaycan Respublikası 
Mədəniyyət Nazirinin əmri ilə kollektivdən ayrılıb. Elə həmin gün Dövlət Gənclər 
Teatrına baş rəssam göndərilib. 14 iyun 2001-ci ildən isə baş rəssam vəzifəsində 
Akademik Milli Dram Teatrında çalışır. O, baş rəssam işlədiyi kollektivlərdə 
oynanılan tamaşalara təkcə özü bədii tərtibatlar verməklə kifayətlənmir, ayrı 
quruluşçu rəssamların işlərinin bədii-estetik səviyyəsinə bacarıqla nəzarət edir. 
Teatrın ümumi forma-üslub istiqamətinin formalaşmasında Nazim Bəykişiyevin 
konseptual estetik qənaətləri mühüm rol oynayır. 
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Nazim Bəykişiyevin 
rəssamı olduğu tamaşalarda səhnə tərtibatı mənalı ifadəliliyi və rəng koloritinin 
cazibədarlığı ilə seçilir. 
1980, 12 yanvar. “Qızıl toy”, dramaturq Ramiz Heydər və bəstəkar Oqtay 
Kazımov. 
1980, 19 dekabr. “Məzəli əhvalat”, Ruhəngiz Qasımova. 
1981, 1 mart. “Yertutanlar”, Faiq Mustafayev və Adil Bəbirov. Şerlər Rüfət 
Əhmədzadənindir. 
1982, 15 yanvar. “Qaçırılmış qız”, Cahangir Məmmədov və Ramiz Mirişli. 
1983, 1 aprel. “Nəğməli könül”, Xalidə Hasilova və Emin Sabitoğlu. 
1983, 30 may. “Bildirçinin bəyliyi”, Rüfət Əhmədzadə və Emin Sabitoğlu. 
1983, 26 dekabr. “Olmadı elə, oldu belə”, Şıxəli Qurbanov və Süleyman 
Ələsgərov. 
1984, 14 may. “Lənət şeytana”, Firudin Aşurov və Vasif Adıgözəlov. Şerlər 
Ramiz Rövşənindir. 
1985, 20 sent. “O olmasın, bu olsun” (“Məşədi İbad”), Üzeyir bəy 
Hacıbəyov. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə