Azərbaycan təhsil iŞÇILƏri azad həmkarlar ittifaqina



Yüklə 260,97 Kb.
Pdf görüntüsü
səhifə1/22
tarix23.12.2023
ölçüsü260,97 Kb.
#156057
  1   2   3   4   5   6   7   8   9   ...   22
təhsil müəssələrində kargüzarlıq təlimat



AZƏRBAYCAN TƏHSIL İŞÇILƏRI AZAD 
HƏMKARLAR İTTIFAQINA 
ÜZV TƏŞKILATLARDA KARGÜZARLIĞIN 
APARILMASINA DAIR
T Ə L İ M A T
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
Komitəsinin V Məclisinin «
14
» dekabr 2007-ci il tarixli qərarı 
ilə təsdiq olunmuşdur.


2
I. Ümumi müddəalar
1. 
Bu təlimat Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İtti
-
faqına üzv təşkilatlarda kargüzarlığın aparılması işini tən
-
zimləyir.
2. 
Kargüzarlıq – təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə 
əlaqədar səndləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliy
-
yətidir.
3. 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı orqanla
-
rında kargüzarlığın aparılması ümumi şöbə (dəftərxana) və 
ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar (bun
-
dan sonra kargüzarlıq xidməti) tərəfindən həyata keçirilir. 
Bu Təlimatın tələblərinə riayət edilməsinə nəzarəti həmkar
-
lar ittifaqı orqanlarının rəhbərləri həyata keçirir. Üzv təşki
-
latlarda kargüzarlığın aparılması qaydalarına riayət olunma
-
sı üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini yuxarı 
həmkarlar ittifaqı orqanları daşıyır.
4. 
Bu təlimat «Vətəndaşların müraciətlərinə baxılması qayda
-
sı haqqında» Azərbaycan Respublikasının 1997-ci il 10 iyul 
tarixli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 
1998-ci il 29 dekabr, 2003-cü il 27 sentyabr tarixli Fərman
-
ları ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, 
idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə 
və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları»na və 
«Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəs
-
sisələrində karguzarlığın aparılmasına dair Təlimat»a və 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə 
Komitəsinin «Həmkarlar ittifaqları təşkilatlarında kargüzar
-
lığın aparılmasına dair tövsiyələr haqqında» 1998-ci il 29 
dekabr tarixli qərarı əsasında hazırlanmış və bunlar əldə rəh
-
bər tutulur.
5. 
Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:
– daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti 
üzrə bölüş dürmək və icraçılara çatdırmaq;


3
– yığıncaqların protokollarının yazılmasını, onların vax
-
tında tərtibini, qəbul olunmuş qərarların göndərilməsini 
təmin etmək;
– sənədlərin, həmçinin vətəndaşların təklif, ərizə və şi
-
kayətlərinin vaxtında icra edilməsinə nəzarət etmək;
– sənədlərin icra müddətinə nəzarət etmək;
– icra edilmiş sənədləri struktur bölmələrindən tələb et
-
mək;
– sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafi
-
ya işlərini həyata keçirmək;
– sənədləri işlər üzrə müəyyən ardıcıllıqla sistemləşdirmək 
və arxivə təhvil vermək;
– sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin 
etmək;
– kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi 
məqsədilə həmkarlar ittifaqı təşkilatlarında kargüzarlıq 
işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarla
-
rın peşə hazırlığını artırmaq və onlara praktiki köməklik 
göstərmək;
– həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın aparılma
-
sına nəzarət etmək;
– kargüzarlıqda yaranan sənədlərin mərkəzləşmiş qeydiy
-
yatını və saxlanmasını təmin etmək.
6. 
Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlıq işlərinin təş
-
kilinə və aparılmasına məsuliyyət daşıyan şəxs işdən azad 
edilərsə və ya başqa işə keçirilərsə, onda olan işlər və sənəd
-
lər bu vəzifəyə yeni təyin edilmiş işçiyə həmkarlar ittifaqı 
orqanının rəhbəri tərəfindən təsdiq olunmuş akt əsasında 
təhvil verilməlidir.
7. Həmkarlar ittifaqı təşkilatının funksiyaları digər təşkilata ve
-
rilmədən tam ləğv edilərsə, bu zaman bütün işlər və sənədlər 
qaydaya salınmalı və həmkarlar ittifaqı orqanının rəhbərliyi 
tərəfindən təyin edilmiş komissiya vasitəsi ilə həmkarlar it
-


4
tifaqlarının birləşmiş arxivinə və ya müvafiq dövlət arxivinə 
verilməlidir.
8. İşlərin nomenklaturasının və tərtibatının aparılmasına, sə-
nəd lərin qorunub saxlanmasının təminatına, onların sonrakı 
saxlanması və ləğv edilməsi üçün düzgün seçilməsinə nə
-
zarəti və təşkilati-metodik köməyi həmkarlar ittifaqlarının 
birləşmiş arxivi və müvafiq dövlət arxivləri həyata keçirir.

Yüklə 260,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə