Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

Bölmə 3. Siyasi hüquqlara hörmət: Vətəndaşların öz hökumətini dəyişmək hüququ  

 

Konstitusiya və qanunvericilik vətəndaşlara öz hökumətlərini sülh yolu ilə dəyişmək hüququnu 



təmin edir. Hökumət seçkilərə müdaxilələr etməklə təcrübədə bu hüququ məhdudlaşdırmaqda 

davam etmişdir. Qanun həmçinin müstəqil qanunvericiliyi nəzərdə tutsa da, Milli Məclisin 

müstəqilliyi minimal səviyyədə olmuş və icraedici hakimiyyətdən müstəqil surətdə az 

qanunvericilik təşəbbüsü göstərmişdir. 

 

Seçkilər və Siyasi iştirak 

 

23 dekabrda ölkə ərazisində bələdiyyə seçkiləri keçirilmişdir. Mətbuat müşahidəçiləri belə 



qənaətə gəlmişdilər ki, bütün televiziya kanalları seçkiöncəsi dövrü geniş surətdə diqqətdən 

kənarda qoymuşlar. Siyasi partiyaların öz namizədlərini bütün bələdiyyələrin ən azı yarısında 

qeydiyyatdan keçirməsi tələb olunmuşdu. Bu, onların sərbəst efir məkanından istifadə edə 

bilməsi üçün lazım idi. Bu tələbə yalnız hakim Yeni Azərbaycan Partiyası cavab verirdi və o bu 

hüququndan imtina etdi. Müxalifət partiyaları və yerli seçkiləri izləyən QHT-lər namizədlərin 

qeydiyyat prosesinə müdaxilələrin olduğunu bildirmişlər.    

 

Rəsmi nəticələr seçkilərdə iştirakın 31.86 faiz olduğunu göstərib ki, bu da ölkə üçün çox aşağı 



bir rəqəm idi və seçicilərin həmin seçkilərə ümumi laqeydliyini nümayiş etdirmişdi. Seçkiləri 

izləmiş Avropa Şurasının Yerli və Regional Səlahiyyətli Orqanlar Konqresinin nümayəndə 

heyəti bir sıra sahələrdə çatışmazlıqların olduğunu qeyd etmişdi və buraya aşağıdakılar da daxil 

olmuşdur: “seçki məntəqələrində seçicilərin sayılması, yerli seçki müşahidəçilərinin rolu və 

mənşəyi, seçki bülletenlərinin oxuna bilməsi və səslərin müntəzəm sayılması .” Yüzlərlə 

seçkisonrası seçki şikayətlərini nəzərdən keçirdikdən sonra Mərkəzi Seçki Komissiyası ölkə üzrə 

4813 seçki məntəqəsinin 33-dəki nəticələri ləğv etdi və həmin seçkilərin 2010-cu ildə 

təkrarlanacağına dair planlarını élan etmişdi.  

 

18 mart tarixində səlahiyyətli orqanlar konstitusiyanın 29 maddəsinə təklif olunan 41 dəyişikliyə 



dair milli referendum keçirmişlər. Həmin dəyişikliklər başqa məsələlərlə yanaşı, prezidentlik 

müddətinə məhdudiyyətin aradan qaldırılması və müharibə şəraitində seçkiləri təxirə salan 

müddəanı ehtiva etmişdir. Rəhbərliyin həyata keçirmək istədiyi dəyişikliklər üçün Milli Məclisə 

və ya ictimaiyyətə çox az vaxt verilmişdi. Avropanın Venesiya Komissiyasının Şurası 

düzəlişlərə dair rəyində qeyd etmişdi ki, “islahatın ümumi məntiqi və məqsədəuyğunluğu həmişə 

aydın görünmür və seçilmiş prosedur müəyyən tənqidlərə yol aça bilər.” Komissiya həmçinin 

onu da bildirmişdi ki, “prezidentin sonrakı müddətlərinə dəqiq konstitusiya məhdudiyyətlərinin 

qoyulması demokratik quruluşlarının və onların mədəni ilkin şərtlərinin hələ vəhdət təşkil 

etmədiyi ölkələrdə xüsusi ilə vacibdir.”  

 

Söz və toplaşma azadlıqlarına ciddi məhdudiyyətlərin qoyulması referendum öncəsi mühiti 



korlamışdı. Mərkəzi Seçki Komissiyası (MSK) seçki məcəlləsinə uyğun olaraq, referendum üçün 

doqquz təşviqat qrupunu qeydiyyata almışdır. Onlardan ikisi müxalifət qrupu olsa da onlar 

qeydiyyat üçün imza toplama və kampaniya dövründə həbslər və saxlamalar da daxil olmaqla, 

geniş miqyaslı zorakılıqlara məruz qaldıqlarını bildirmişlər. Səlahiyyətli orqanlar həm də onların 

bu şikayətlərini imzalamış şəxslərə qarşı da zor tətbiq etmişdirlər. Qarabağ və Respublika 

uğrunda müxalifət qrupu Bakının mərkəzində nümayişlər keçirməyə icazə üçün yerli rəsmilərə 

bir neçə dəfə müraciət etsə də, onların bu müraciətləri hər dəfə rədd edilmişdir. Seçicilər geniş 

referendum məsələləri üzrə məlumatlı seçim etmək üçün zəruri olan məlumatlara malik 




olmayıblar. Bundan əlavə, bir yerli QHT bildirmişdi ki, onun könüllü seçiki müşahidəçiləri 

həmin QHT ilə əməkdaşlıqlarına son qoyulması üçün yerli səlahiyyətli orqanlar tərəfindən 

təzyiqlərə məruz qalmışdılar. 

  

Referendum günündə səsvermə prosedurları qüsurlu olmuş və 2008-ci il prezident seçkilərindən 



daha pis hesab edilmişdir. ATƏT referendumu müşahidə etməyə dəvət edilməsə də, MSK 40.000 

müşahidəçini qeydiyyatdan  keçirmişdir ki, onlardan 132 nəfəri xarici idi. Seçki məntəqələrinin 

dörddə birindən çoxunda müstəqil beynəlxalq müşahidəçilər səsvermə və seçki bülletenlərinin 

doldurulması da daxil olmaqla səsvermə prosedurları ilə bağlı çox sayda ciddi problemin 

olduğunu  qeyd etmişdir. Seçici iştirakı müşahidəçilərin hesablamalarına görə, rəsmi bildirilən 

71 faiz yox, 43 faiz olmuşdur. Bu cür aşağı rəqəm qanun üzrə referendumun etibarlı olması üçün 

tələb olunan 25 faizlik həddən yüksək olmuşdur. Müşahidəçilər həm də səslərin sayılması və 

hesablama prosesində ciddi çatışmazlıqların olduğunu qeyd etmişlər. 

 

Ölkədə 2008-ci ilin oktyabr ayında prezident seçkiləri keçirilmişdir. ATƏT-in seçki müşahidə 



missiyasının yekun hesabatında qeyd edilmişdir ki, xüsusən də seçki idarəetməsinin bəzi texniki 

aspektləri baxımından, ölkə ATƏT qarşısında götürdüyü öhdəliklərə və digər beynəlxalq 

standartlara doğru nəzərəçarpan irəliləyişə nail olsa da, seçki prosesi bu öhdəliklərin heç də 

hamısına cavab verməmişdir. ATƏT seçkilərin sülh şəraitində keçdiyini bildirsə də,  ciddi 

rəqabətin  və mətbuat vasitələrinin dəstəklədiyi qızğın siyasi

 müzakirələrin 

az olduğunu da qeyd 

etmişdir. ATƏT müşahidə missiyasının hesabatının yekun rəyində deyilirdi ki, seçki “mənalı və 

pluralist demokratik seçki üçün zəruri prinsiplərin bəzilərini əks etdirməyibr.” 

    


2008-ci ilin may ayında Milli Məclis Avropa Şurası və ATƏT tərəfindən əvvəl qaldırılmış 

narahatçılıq doğuran məsələləri qismən həll edərək seçki məcəlləsinə düzəlişlər qəbul etmişdir. 

17 fevral tarixində əlavə düzəlişlər edilsə də onlar bu davamlı narahatçılıq doğuran məsələləri 

həll etməmişdir. Düzəlişlər bütün səviyyələrdə seçki komissiyalarının strukturunun uzun müddət  

problem olaraq qalmasına baxmayaraq, onları  tarazlaşdırmadı və namizədlərin qeydiyyat 

prosesi, mətbuat vasitələrində işıqlandırma qaydaları, şikayət və müraciətlər prosedurları ilə 

bağlı bir sıra problemlər qalmışdır. 

 

2008-ci ilin oktyabr ayından əvvəlki dövr əsas müxalifət partiyaları üçün söz və toplaşma 



azadlıqlarına davamlı məhdudiyyətlərin qoyulması ilə xarakterizə olunmuşdu. Əsas müxalifət 

partiyaları bu məhdudiyyətlər, seçki məcəlləsi və xüsusən də onların effektiv seçki kampaniyası 

keçirmək qabiliyyətini məhdudlaşdıran müddəalarla bağlı problemləri qeyd edərək seçkiləri 

boykot etmişdi. Hökumətin toplaşma azadlığına riayət səviyyəsini yüksəldə bilməməsi, mətbuata 

davamlı nəzarət etməsi və hökumətlə hakim partiya arasında aydın fərq qoya bilməməsi rəqabətli 

kampaniyanın aparılmasının qarşısını almış və vətəndaşların seçki prosesində məlumatlı seçim 

etmək imkanını azaltmışdı.  

 

ATƏT-in 2005-ci il parlament seçkilərinə dair yekun müşahidə hesabatında bildirilirdi ki, 



seçkilər ölkənin demokratik seçkilər üzrə ATƏT və Avropa Şurası öhdəliklərinin bir çoxuna 

cavab vermir. ATƏT yekun rəyində 2006-cı ildə keçirilmiş təkrar seçkilərdə 125 seçki dairəsinin 

10-da müəyyən irəliləyişlərin olduğunu bildirsə də, problemlərin hələ də qaldığını qeyd etmişdir. 

 

Hakim YAP siyasi sistemdə dominantlığını davam etdirmişdir. Yerli müşahidəçilər 



bildirmişdilər ki, hakim partiyaya üzvlük dövlət vəzifələrində üstünlüyün verilməsi kimi 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə