Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   ...   18

tərəfindən olan ailələrdən, eləcə də Ermənistanda toplanmış məlumatlar insan qalıqlarının 

tanınmasında dövlət komissiyasına yardım etmək üçün nəzərdə tutulmuşdur.  .  

   

BQXK hərbi  və mülki  əsirlərə 



 

(H/MƏ


 xüsusi diqqət yetirməyə davam etmiş və onların 

beynəlxalq humanitar hüquq çərçivəsində mühafizə olunmalarına əmin olmaq üçün il ərzində 

səfərlər etmişdir. . Bu səfərlər zamanı çox vaxt 

BQXK paltar, gigiyenik  ləvazimatları paylamış 

və digər kömək göstərmişdir. Hərbi və mülki əsir və onların ailələri arasında ələqələrin yenidən 

qurulması üçün BQXK mütəmadi olaraq onlara dəstək olmuş, və 

 bir sıra hallarda itkin düşmüş 

şəxslərin ailə üzvlərinin Bakıya 

BQXK-nin ofisinə səfər etmələri üçün nəqliyyat xərclərini 

ödəmişdir. Müraciət əsasında və hökumətin tam əməkdaşlığı sayəsində  BQXK il ərzində insan 

qalıqlarının bir hissəsini Azərbaycan və Ermənistan arasında ötürülməsinə dəstək vermişdir.   

 

c. İşgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və ya cəzaq  

 

Konstitusiya və cinayət məcəlləsi bu cür əməlləri qadağan edir və 10 ilədək azadlıqdan məhrum-



etmə cəzasını nəzərdə tutur, lakin, etibarlı hesabatlaraəsasən təhlükəsizlik orqanları saxlanılanlar 

şəxsləri etirafa vadar etmək məqsədi ilə döymüş və hərbçilər öz tabeçiliyində olan şəxsləri fiziki 

təzyiqə məruz qoymuşlar.  BMT-nin İşgəncələrə Qarşı Komitəsinin may tarixli yoxlaması 

nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan qanunvericiliyində işgəncənin anlayışına 

İşgəncələrə Qarşı Konvensiyada qeyd edilən işgəncənin məqsədlərinə istinad daxil edilməmişdir. 

Yerli insan hüquqları müdafiəçisii məlumat vermişdir ki, təhlükəsizlik orqanları tərəfindən 

saxlanılan işgəncəyə məruz qalmış şəxslərin sayı 2008-ci ildə 81 nəfərdən il ərzində 131 

nəfərədək artmışdır, və işgəncəyə məruz qalmış 131 nəfərdən dördü nəticədə vəfat etmişdir.  

Cəzasızlıq problem olaraq qalmışdır. Azərbaycanın İnsan Hüquqları Mərkəzinin (AİHM) və 

Beynəlxalq İnsan Hüquqları Federasiyasının (BİHF) BMT-nin İşgəncələrə Qarşı Komitəsinə 

təqdim etdiyi hesabata əsasən müstəqil ekspertizanın təmin edilməsinə qoyulan de fakto qadağa 

və vəkillə təmin olunmanın ç gecikdirilməsi də problemlər sırasına daxil edilmişdir.  

 

2008-ci ilin oktyabr ayında Daxili İşlər Nazirliyindən iki serjant Vüqar Ağayev və Eldəniz 



Rəhimov tabeçiliklərində olan şəxsləri döydüklərinə görə həbs edilmişlər. Hərbi hissənin 

komandiri və onun  müavini işdən azad edilmişdir. May ayında Ağayev və Rəhimov Cinayət 

Məcəlləsinin 331.3-cü maddəsinə əsasən beş il müddətinə azadlıqdan məhrum edilmişlər. Qeyd 

edilən maddə hərbi rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsinə  görə 

cəzanı nəzərdə tutur.    

 

Verilmiş məlumata əsasən 11 sentyabr tarixində Daxili İşlər Nazirliyinin əməkdaşları  



Məhəmməd Qurbanovu könülsüz olaraq Naxçıvan Muxtar Respublikasında psixiatrik dispanserə  

yerləşdirmişlər. Yerli insan hüquqları müdafiəçiləri bildirmişlər ki, Qurbanov ruhi xəstə 

deyilmiş, o, Sədərək gömrük-keçid məntəqəsində gömrük işçilərinə rüşvət verməkdən imtina 

etdiyi üçün və sonra korrupsiyaya dair açıq şikayətlər yazdığı üçün saxlanılmışdır. Qurbanov 10 

oktyabr tarixində azad edilmişdir.  

 

Yerli QHT  insanların seksual orientasiyasına görə polis tərəfindən döyüldüyü barədə məlumat 



vermişdir.  

 

Mirzə Zahidovun 2008-ci ildə döyülməsinə görə hər hansı bir məsuliyyətə cəlb edilmə barədə 



məlumat olmamışdır.   

 

Daxili İşlər Nazirliyinin məlumatına əsasən dövlət orqanları il ərzində 247 əməkdaşını  insan 



hüquqlarını pozduqlarına görə cəzalandırmış və baş vermiş pozuntulara görədörd polis işçisini 

cinayət məsuliyyətinə cəlb etmişdir.  

 



AİHM və BİHF-nın hesabatına görə, 2000-ci ildə işgəncəyə görə cinayət məsuliyyətinin nəzərdə 

tutulmasından etibarən heç bir rəsmi şəxs işgəncəyə görə məhkum olunmamış, 2007-2009-cu il 

tarixli İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin üç qərarında qeyd edilən və işgəncəyə görə 

məsuliyyət daşıyan heç bir şəxs dövlət tərəfindən məsuliyyətə cəlb edilməmişdir. Məsələn, ilin 

sonuna olan vəziyyətə əsasən da hökumət hələ 2003-cü ildə polis şöbəsində saxlandığı vaxt 

zorakılığa məruz qalmış Sərdar Cəlaloğlunun işinə dair Avropa İnsan Hüquqlarına 

Məhkəməsinin  2007-ci il tarixli qərarını tam olaraq icra etməli idi. 2007-ci ildə Ali Məhkəmənin 

Cəlaloğlunun ittihamını ləğv etməsinə baxmayaraq və ona 10,000 avro (təqribən 14,300 ABŞ 

dolları) məbləğində təzminatın  2008-ci ildə verilməsinə baxmayaraq Cəlaloğlu ilə qaba rəftar 

edən şəxslər qərarda tələb olunduğu kimi hələ də məsuliyyətə cəlb edilməmişlər.  

 

Həbsxana və saxlanma mərkəzlərinin .əraiti 

 

Davamlı olaraq aparılan həbsxana infrastrukturunun təkmilləşdirilməsinə baxmayaraq 

həbsxanalarda şərait sərt və həyat üçün təhlükəli olaraq qalmışdır.  

 

Çox sayda məhbusun bir yerdə saxlanılması, qidanın kifayət qədər olmaması, istilik və 



ventilyasiyanın az olması, və zəif tibbi xidmət kimi amillər birlikdə yoluxucu xəstəliklərin 

yayılmasını ciddi problemə çevirmişdir. Son zamanlar həbsxana infrastrukturunda aparılmış 

təkmilləşdirmə  işlərinə baxmayaraq, əsasən Sovet dövründən qalmış müəssisələr  beynəlxalq 

standartlara cavab verməmişdir. Qapalı  cəzaçəkmə müəssisələrində  rəhbərlik məhbusların fiziki 

hərəkətlər etmələrinə, onların vəkilləri və ailə üzvlərinin onlara baş çəkmələrini 

məhdudlaşdırmışdır. Məhbusların işləməsi və təlim alması üçün bəzi imkanlar olmuşdur. İstintaq 

təcridxanasında yerləşdirilmiş bəzi saxlanılan şəxslər onlara edilmiş fiziki zorakılıq hallarının 

gizlədilməsi məqsədi ilə bir çox hallarda zirzəmilərdə yerləşən “təcrid olunma kameralarında” 

saxlanılmışlar. İfadə alınması məqsədi ilə belə kameralarda saxlanılan şəxslərin qidalanmasına 

və yatmasına imkan verilməmişdir. 

 

Yerli və beynəlxalq müşahidəçilər Qobustan qapalı  həbsxanasında şəraitin pis olması barədə 



məlumatların təqdim edilməsini davam etmişlər. 26 noyabr tarixli hesabatında İşgəncələrin 

Qarşısının Alınması üzrə Avropa Komitəsi (İQAAK) qeyd etmişdir ki, 2008-ci ilin dekabr 

ayında Qobustan həbsxanasına edilən səfər zamanı həbsxana rəsmisi məhbusu İQAAK-dan 

gələn nümayəndə heyəti ilə danışmaması üçün hədələməyə cəhd göstərmişdir və aydın idi ki, 

rəhbərlik bəzi məhbuslara nümayəndə heyətinə şikayət etməmələrinə dair xəbərdarlıq etmişdir. 

Bunlara baxmayaraq, nümayəndə heyəti məhbuslardan onlara qarşı həbsxana əməkdaşları 

tərəfindən qəsdən törədilmiş fiziki zorakılıq və gücdən aşırı dərəcədə istifadə halları barədə 

mötəbər məlumat almışdır. İddia  edilən zorakılıq hallarına yumruqla vurma, təpikləmə, 

dəyənəklə  vurma və cinsi zorakılıq daxildir. Yerli insan hüquqları müdafiəçilərinin məlumatına 

əsasən , həbsxana əməkdaşları məhbusları ölümlə hədələmiş, onların paltarlarını soyundurmuş, 

onlara soyuq su ilə işgəncə vermiş, onların yeməklərini azaltmış, dostları və ailə üzvləri ilə 

təmaslarına imkan verməmiş, tibbi xidmət almalarına imkan verməmiş, onları həftələrlə 

cəzaçəkmə kameralarında əli qandallı saxlamış və mütəmadi olaraq döymüşlər. Penitensiar 

Xidmətinin  təhqiqat şöbəsinin  rəisi Həmid Süleymanov 2007-ci ildə qeyd etmişdir ki, o bu 

pozuntuları təsdiq edən heç bir sübut tapmamışdır. Məhbuslar onun bu bəyanatına aclıq aksiyası 

ilə cavab vermişlər; 2008-ci ildə 15 məhbus belə aclıq aksiyası keçirmişdir. Onlar aclıq 

aksiyasını Qobustandakı vəziyyət barədə məlumat ötürülməsinin yeganə vasitəsi kimi görmüşlər.  

 

Ədliyyə Nazirliyi məlumat vermişdir ki, il ərzində Bakıda barələrində istintaq davam edən   



şəxslər üçün müvəqqəti saxlanma müəssisəsi inşa edilmişdir. Həmin müəssisə bütün beynəlxalq 

standartlara cavab vermişdir.  

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə