Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   ...   18

Sərt həbsxana şəraiti çox saylı ölüm hallarına səbəb olmuşdur; Ədliyyə Nazirliyi məlumat 

vermişdir ki, həbsxanalarda saxlanılan zaman 105 nəfər il ərzində vəfat etmişdir, bu da 2008-ci 

ildə olan vəziyyətə nisbətdə 19 faiz azalma deməkdir. Nazirlik ölüm hallarının əksəriyyətinin 

müxtəlif xəstəliklər nəticəsində baş verdiyini qeyd etmiş, lakin vərəmdən  ölüm hallarının 

sayının əhəmiyyətli dərəcədə azalması faktını vurğulamışlar, buna baxmayaraq vərəmdən vəfat 

edənlərin sayı digər hər hansı bir xəstəlikdən ölənlərin sayından çox olmuşdur. Daxili İşlər 

Nazirliyi nəzdində  olan  cəza çəkmə müəssisələrində  intihar nəticəsində baş vermiş bir ölüm 

faktını qeyd etmişdir. Bu ölüm faktı ilə əlaqədar olaraq rəhbərlik bir polis əməkdaşını işdən azad 

etmiş, digər iki əməkdaşı isə intizam məsuliyyətinə cəlb etmişdir.  

  

17 avqust tarixində etnik azlıq olan Talış qrupunun tanınmış alimi olan və Talışi Sədo qəzetinin 



sabiq baş redaktoru Novruzəli Məmmədov Ədliyyə Nazirliyinin tibb müəssəsində vəfat etmişdir. 

Nazirlik bu ölümün ürək çatışmazlığı nəticəsində baş verdiyini qeyd etsə də, ailə üzvləri və yerli 

hüquq müdafiəçiləri ona müvafiq tibbi xidmətin göstərilməməsinə əmin olmuşlar. . 

Məmmədovun dul qalmış həyat yoldaşı Ədliyyə Nazirliyini məhkəməyə vermiş və bu iş üzrə 

icraat ilin sonunda hələ də davam edirdi. Məmmədov qapalı məhkəmə iclasında vətənə 

xəyanətdə ittiham edilmiş; bəzi yerli QHT-lərin hesab etmişlər ki, Məmmədovun həbsi onun 

etnik mənsubiyyəti və mədəniyyət fəaliyyəti ilə bağlı olmuşdur.        

 

İl ərzində Ədliyyə Nazirliyinin təcridxanasında saxlanılan Arif Aslanovun 2008-ci ildə baş 



vermiş ölümü ilə əlaqədar olaraq heç bir istintaq aparılmamışdır.  

 

Vərəm həbsxanalarda ölümün əsas səbəbi olaraq qalmışdır; Ədliyyə Nazirliyi ki, vərəmə 



yoluxmuş 889 məhbus və saxlanılan şəxsin müalicə olunması barədə məlumat vermişdir.BQXK 

hökumətin 2007-ci ilin aprel ayında başladığı  multirezistentli vərəmdən 96 məhbusu müalicə 

edən və il ərzində 779 məhbusu terapiyanın II kateqoriyasına təyin edən pilot proqramını müsbət 

qiymətləndirmişdi.  BQXK-yə əsasən həbsxanalardakı xəstəxanaların vərəm şöbələri müasir 

avadanlıqla təchiz edilmiş, yaxşı ventilyasiya olunmuş və orada dolayı ultra bənövşəyi şualanma 

olmuşdur.  BQXK qeyd etmişdir ki, hökumətin aktiv və passiv səyləri məhbusların vərəmə 

yoluxmalarının yoxlanılması yönündə effektli olmuşdur. BQXK hesabatına əsasən xəstəlikdən 

18 məhbus il ərzində vəfat etmişdir, bu da 2008-ci ildəki 52 nəfər vəfat edənə nisbətdə azalma 

deməkdir.  

 

Hökumət bildirmişdir ki, məhbuslar və saxlanılan şəxslər arasında ölümün digər əsas səbəbləri, 



miokard infarktı, hepatik sirroz və ürək çatışmazlığı olmuşdur.  

 

2006-cı ildə yenidən təşkil edilmiş hökumət və insan hüquqları müdafiəçilərindən  ibarət 



həbsxanalar üzrə birgə monitorinq qrupu həbsxanalara giriş icazəsini yalnız Penitensiar Xidməti 

əvvəlcədən xəbərdar etməklə əldə etmişdir. İl ərzində qrup bir sıra cəza çəkmə müəssisələrinə  

səfər etmiş, həbsxanalarda daha yaxşı tibbi şərait üçün təşəbbüslə çıxış etmiş, həbsxanalarda 

daha çox telefonların quraşdırılmasını təşkil etmiş, həbsxanalara 319 kitab bağışlamış və 47 

məhbusa hüquqi yardım göstərmişdir. Daxili İşlər və Ədliyyə Nazirlikləri bu səylərin bir çoxu ilə 

əlaqədar olaraq əməkdaşlığını əsirgəməmişdir, lakin qrup həll olunmayaraq qalan əlavə 

problemləri qeyd etmişdir, o cümlədən tibb müəssisələri və həbsxana əməkdaşlarının kifayət 

qədər olmaması, məhbuslar üçün qida məhsulları və idman/istirahət üçün yerlərin kifayət qədər 

olmaması və monitorinq qrupu üzvlərinin cəza çəkmə  müəssisələrinə çıxışının natamam 

olmasıdır.  

 

Qadınlar və kişilər istintaq təcridxanalarında bir yerdə saxlanılmış, lakin məhkum olunduqdan 



sonra qadınlar ayrıca həbsxanaya yerləşdirilmişlər. Azyaşlıların ayrıca saxlanılması müəyyən 

edilsə də, beynəlxalq müşahidəçilər bəzi azyaşlıların böyüklərlə bir yerdə saxlandığını qeyd 

etmişdir.   



  

Hökumət BQXK, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi  (İQAAK), Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və İşgəncələrə Qarşı Azərbaycan Komitəsi də 

daxil olmaqla  beynəlxalq və yerli humanitar və insan hüquqları qruplarına həbsxanalara bəzi 

səfərlər etməsinə icazə vermişdir. Lakin, 1 iyul tarixindən etibarən Ədliyyə Nazirliyinə 

əvvəlcədən məlumat vermədən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə 

Nazirliyinmüəssisələrinə səfər etməyə icazə verilməmişdir. Daxili İşlər Nazirliyinin nəzdində 

olan istintaq təcridxanalarına Komitənin hələ də maneəsiz çıxışı vardır. BQXK-nın Dağlıq 

Qarabağ münaqişəsi ilə əlaqədar olaraq saxlanılan 

hərbi və mülki əsirlərə maneəsiz çıxışı 

olmuşdur. Lakin, Penitensiar Xidmət iyun ayından etibarən konsulluq tərəfindən edilən 

səfərlərdən başqa xarici ölkə səfirliklərinə həbsxanalara giriş icazəsi verilməmişdir.  Bəzi 

beynəlxalq təşkilatların missiyalarına həbsxanalara monitorinq məqsədilə səfər etməyə icazə 

verilirdi..  

 

 

d. Əsassız həbs və ya saxlama 



 

Qanun əssasız həbs və saxlamanı qadağan etsə də, hökumət ümumilikdə praktikada bu 

qadağalara riayət etməmiş  və cəzasızlıq problem olaraq qalmışdır..  

 

Polis və təhlükəsizlik orqanlarının rolu 

 

Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi daxili təhlükəsizliyə görə cavabdehlik 



daşıyırlar və birbaşa Prezidentə hesabat verirlər. Daxili İşlər Nazirliyi yerli polis qüvvələrinə 

nəzarət edir və daxili mülki müdafiə qoşunlarını saxlayır. Milli Təhlükəsizlik Nazirliyinin 

ayrıcadaxili təhlükəsizlik qüvvələri var. 

 

Hüquq-mühafizə orqanlarında korrupsiya halları problem olaraq qalmışdır. Polis çox vaxt 



nəqliyyat pozuntusu və digər xırda pozuntulara görə qeyri-qanuni, qeyri rəsmi cərimələr və yerli 

sakinlərdən himayədarlıq pulu almışlar. Son illər rüşvətxorluğun qarşısının alınması üçün yol 

polisi zabitlərinin əmək haqları nəzərəçarpan dərəcədə artırılmışdır. Bununla belə,  digər hüquq-

mühafizə orqanlarının içşilərinin əmək haqlarının  aşağı olması polisdə korrupsiyaya öz töhfəsini 

verməkdə davam etmişdir. İnflyasiyanın yüksək olması da maaşlara öz təsirini göstərmişdir. İl 

ərzində nazirlik 10 polis zabitini korrupsiyaya görə cəzalandırdığını bildirmişdir. Ədliyyə 

Nazirliyinin verdiyi məlumata görə, Penitensiar Xidmətinin beş işçisi il ərzində korrupsiya ilə 

bağlı cinayətlərdə təqsirli bilinmişdir. Verilən məlumatlara görə, polis zabitləri məhbusların 

paltarlarını qaytarmaq və onları azad etmək üçün məhkəmənin aldığı cərimələrdən əlavə pul 

tələb etmişdir.     

 

Təhlükəsizlik qüvvələri ümumən cəzasız hərəkət edə bilsə də hökumət il ərzində insan haqlarının 



pozulmasına görə 247 polis işçisinə qarşı tədbirlər gördüyünü bildirmişdir. Hökumətin verdiyi 

məlumata görə, o, dörd polis işçisini cinayət məsuliyyətinə cəlb etmiş, 13 polis işçisi Daxili İşlər 

Nazirliyinin sıralarından çıxarmış, 26 polis işçisi tutduqları  vəzifədən azad etmiş və 208 nəfəri 

intizam məsuliyyətinə cəlb etmişdir.    

 

14 yanvar tarixində Milli Təhlükəsizlik Nazirliyi (MTN) Daxili İşlər Nazirliyinə tabe olan 



Gəncədə  polis şöbəsinin mayoru Elsevər Nəbiyevdən 16 kiloqram narkotik maddə müsadirə 

etdikdən sonra onu həbs etmişdir. MTN mayor Nəbiyevi narkotiklərlə məşğul olan təşkilata 

rəhbərlik etməkdə təqsirli bilmişdir. İlin sonuna buna dair heç bir yeni məlumat olmayıb. 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə