Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   ...   18

Mötəbər mənbələrdən verilən məlumatlara görə hakim və prokurorlar  Prezident 

Administrasiyası və Ədliyyə Nazirliyindən xüsusilə  beynəlxalq müşahidəçilərin marağını cəlb 

edən hallarla bağlı  göstərişlər almışlar. Hakimlərin əmək haqları 2008-ci ilə qədər əvvəlki bir 

neçə il ərzində davamlı surətdə artırılsa da hakimlərin vaxtaşırı qaydada rüşvət aldıqlarına dair 

etibarlı məlumatlar var. İl ərzində Ədliyyə Nazirliyi 10 hakimin inzibati məsuliyyətə cəlb 

edilməsinə dair məlumat versə də Məhkəmə-Hüquq Şurası 22 hakimi inzibati məsuliyyətə cəlb 

etdiyini və il ərzində iki məhkəmə sədrinin öz vəzifəsindən uzaqlaşdırdığını bildirmişdir.   

 

9 fevral tarixində Prezident 2009-2013-cü illərdə ədliyyə sisteminin inkişafı üzrə Dövlət 



Proqramını nəzərdə tutan sərəncamı imzalamışdır. Proqramın hədəflərinə qanunvericiliyin 

təkmilləşdirilməsi və 

kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması

 daxildir.  

 

Hüquq Təhsili Cəmiyyətinin (HTC) 2008-ci ildə hakimlərə qarşı inzibati məsuliyyətə dair kitab 



buraxmasından sonra kitabda adları çəkilən hakimlərdən biri, Hakim Qəzənfər Kərimov HTC-

nin rəhbəri İntiqam Əliyevi və onun həmredaktorunu “şərəf və ləyaqətin alçaldılması”na görə 

məhkəməyə verdi. HTC kitabında bildirilmişdir ki, hakimlərə qarşı inzibati qərarlar çox vaxt icra 

edilmir və buna misal kimi, Kərimov barəsində məhkəmə qərarının mətnini Məhkəmə-Hüquq 

Şurasının internet səhifəsindən götürmüşdür. İl ərzində rayon və apelyasiya məhkəmələri 

hakimin xeyrinə hökm çıxararaq Əliyevdən cərimə ödəməyi, bunun təkzibini çap etməyi, üzr 

istəməyi və kitabın bütün nüsxələrini geri götürməyi tələb etmişdir.  İlin sonuna kimi Əliyevin 

şikayəti Ali Məhkəmədə hələ də baxılmaqda idi.  Müşahidəçilər əmin idilər ki, səlahiyyətli 

orqanlar Əliyevi və onun layihəsini icra hakimiyyətinin məhkəmə sistemi üzərində nəzarətini 

ifşa etdiyi üçün hədəfə alıblar.  

 

Ümumi yurisdiksiyalı məhkəmələr cinayət, mülki və yeniyetmələrlə bağlı işlərə baxmaq 



hüququna malikdir. Rayon məhkəmələri bu işlərin çoxuna baxır. Ağır Cinayətlərə dair İşlər üzrə 

Məhkəmə cinayətin qəsdən törədildiyi və yeddi ildən çox həbs cəzasının təyin edilə biləcəyi 

işlərdə birinci instansiya məhkəməsi kimi çıxış edir. İşlərə üç hakimdən ibarət heyət tərəfindən 

baxılır. Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə hərbçilər tərəfindən törədilmiş ağır 

cinayətlərlə bağlı eyni cür fəaliyyət göstərir. Rayon məhkəməsində və ya Ağır Cinayətlərə dair 

İşlər üzrə Məhkəmədə ilk məhkəmə dinləmələrinə ya bir hakim və ya üç hakimdən ibarət heyət 

rəhbərlik edir. Apelyasiya Məhkəməsində baxılan işləri isə üç və ya daha çox hakimdən ibarət 

heyət dinləyir. Ali Məhkəmə işlərə ilkin olaraq üç hakimdən ibarət tərkibdə baxır. Onların 

hökmundən ən ali məhkəmə instansiyası olan və doqquz hakimdən ibarət Plenuma şikayət edilə 

bilər. Bütün ölkə vətəndaşları konstitusiya ilə bağlı məsələlərlə  Konstitusiya Məhkəməsinə 

şikayət etmək hüququna malikdir.     

 

Konstitusiya bir şəxsin eyni cinayətə görə iki dəfə məhkəmədə işinə baxılması və/ya ittiham 



edilməsini qadağan etsə də Səyyarə Heydərova 2005-ci ildə həbs edildiyi hadisə ilə bağlı 22 

aprel tarixində həmin hadisə ilə əlaqədar olaraq yenidən şərti olaraq məhkum olunmuşdur. 

Heydərova 2005-ci ildə yaşadığı binanın həyətindəki ağacların qanunsuz kəsilməsinin qarşısını 

almağa cəhd edərkən həbs edilmişdi. O, dörd nəfəri döydüyünə görə ittiham edilmiş və 

həbsxanaya göndərilmişdi. Yerli insan hüqüqları müdafiəçiləri əmindirlər ki, o, həyətlərində 

aparılan tikinti işlərinə qarşı şikayət etmək üçün qonşularını bir araya gətirdiyinə görə həbs 

edilmişdir. Heydərova 2007-ci ildə həbslərinə etiraz əlaməti olaraq, aclıq aksiyasına başlamış və 

aclıq aksiyasında iştirak edən digər qadın məhbus öldükdən sonra azadlığa buraxılmışdır. 

Heydərova ikinci dəfə şikayət etsə də ilin sonuna onun şikayəti baxılmaqda idi. 

 



Ölkə 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra vətəndaşlar iş üzrə Ali Məhkəmənin ilk 

hökmü verildikdən sonra altı ay ərzində onun qərarlarından Avropa İnsan Hüquqları 

Məhkəməsinə  şikayət etmək hüququ əldə etdilər. Əvvəlki illərdə olduğu kimi, vətəndaşlar il 

ərzində bu hüquqdan tez-tez istifadə ediblər. Avropa Məhkəməsi hesab etmişdir ki, hökumət 

əleyhinə çıxardığı 12 hökmdən heç biri ilin sonuna tam icra edilməmişdir.  

 

8 oktyabr tarixində Avropa İnsan Hüquqları Məhkəməsi hökumətə qarşı qaldırılmış iki işə dair 



hökm çıxardı. Məhkəmə Ədliyyə Nazirliyinin təşkilatı qanunsuz olaraq ləğv etdiyini iddia edən 

Təbiəti Mühafizə Cəmiyyəti adlanan bir QHT və onun sabiq sədri Sabir İsrafilovun xeyrinə 

hökm çıxarmışdır. Məhkəmə İsrafilova pul təzminatının verilməsini müəyyən etmişdir. 

Məhkəmə həmçinin 1994-cü ildə Bakı metrosunda partlayışın törədilməsində ittiham edilən 

Rahib Maksimovun xeyrinə də hökm çıxarmışdır. Məhkəmə qərara almışdır ki, hökumət 

Maksimovun apelyasiya şikayətinə düzgün baxmamış və apelyasiya şikayətinə yenidən baxmağı 

tövsiyə etmişdir..  

 

 



 

Məhkəmə-Hüquq Şurası hakimlərə təlimlərin keçirilməsi məqsədilə beynəlxalq təşkilatlarla 

əməkdaşlığını  davam etdirmişdir.  

 

Məhkəmə prosedurları  

 

Dövlət, kommersiya və ya peşə sirləri və yaxud da məxfi, özəl və ya ailə məsələlərini nəzərdə 



tutan işlər istisna olmaqla, qanun açıq məhkəmə iclasının keçirilməsini təmin edir. Amma il 

ərzində beynəlxalq müşahidəçilər bu qanunun təcrübədə icrası zamanı çoxsaylı pozuntular aşkar 

ediblər.    

 

Qanun cinayət işlərində təqsirsizlik prezumpsiyasını təmin etsə də, sübutlara baxılması, 



məhkəmədə müttəhimlərin şahidlərlə üzləşdirilməsi və sübutları təqdim etməsi, imkansız 

müttəhimlər üçün məhkəmənin təsdiq etdiyi vəkillərin tutulması, müttəhim və prokurorlar üçün 

apelyasiya hüquqlarına təcrübədə riayət edilməmişdir. 

     


Beynəlxalq müşahidəçilər hakimin müttəhimi öz hüquqları barədə və ya ona qarşı irəli sürülmüş 

ittihamlar barədə məlumatlandırmamasına dair çoxsaylı hallar aşkar etmişlər. Təqsirsizlik 

prezumpsiyasının aşkar şəkildə pozulmadığı hallarda belə, təqsirli bilinən şəxsin əlləri qandallı  

bağlı dəmir qəfəsə salınması praktikası dolayı yolla bu hüququn  pozulmasını göstərir. Bundan 

əlavə, hakimlər çox vaxt hökmü açıq oxumamışlar ki, bu da müttəhimin hökmun arxasında duran 

səbəbi bilməməsi ilə nəticələnmişdir.   

 

Andlılar məhkəməsindən istifadə edilməyib. Xarici və yerli müşahidəçilərin məhkəmələrdə 



iştirakına adətən icazə verilsə də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə və Hərbi Cinayətlərə 

dair İşlər üzrə Məhkəmə 2006 və 2007-ci illərdə ATƏT-in məhkəmə müşahidəçilərinin girişini 

ciddi surətdə məhdudlaşdırmışdır. Bəzi dinləmələrdə oturacaq yerlərinin kifayət qədər olmaması 

və kiçik məhkəmə otaqları dinləmədə insanların iştirakının qarşısını almışdır. Məhkəmənin vaxtı 

və keçirilmə yerinə dair məlumat çox vaxt mövcud olsa da, burada da istisnalar olmuşdur, 

xüsusən də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə ilə bağlı.   

 

 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə