Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   ...   18

Konstitusiya dövlət ittihamçısı ilə vəkillərə bərabər status versə də, təcrübədə dövlət ittihamçıları 

hüquqları baxımından müdafiə tərəfini üstələyirlər. Mülki işlərdə hakimlər “üzrlü səbəbdən” 

vəkilləri işdən uzaqlaşdırmaq hüququna malikdirlər. C

inayət işləri üzrə məhkəmə prosesində isə 

maraqların toqquşması olarsa və ya cavabdeh vəkilin dəyişilməsini tələb edərsə, hakim vəkili 

işdən uzaqlaşdıra bilər. Bundan əlavə, vəsatətlərin və şifahi bəyanatın qiymətləndirilməsi, 

həmçinin vəkilin təqdim etdiyi sübutların qiymətləndirilməsi zamanı hakimlər çox vaxt ittihamçı 

tərəfə üstünlük verdiklərini göstərmişlərr.  

 

Qanunla cinayət işlərində vəkillərin təmsil olunması dövlətin nəzarətində olan vəkillər 



kollegiyasının (hüquqşünaslar assosiasiyası) üzvlərinin iştirakı ilə məhdudlaşdırılır.  Doqquz 

milyonluq ölkənin yalnız 768 kollegiya üzvü olduğu və bunların da cəmi 415-i fəaliyyət 

göstərdiyi halda, lisenziyalaşdırılmış hüquqi təmsilçiliyə çıxış, xüsusilə də Bakıdan kənar 

ərazilərdə, məhdudlaşdırılmışdır.  İki illik fasilədən sonra kollegiya vəkillik imtahanını may 

ayında, həmin imtahanın şifahi hissəsini isə iyul ayında keçirmişdir. Beynəlxalq müşahidəçilərin 

fikrinə görə, kollegiyaya bu ilki qəbul imtahanının yazılı hissəsi hətta keçən illərin imtahanları 

ilə müqayisədə  daha zəif təşkil olunmuşdur. Qeyri-aydın və vəkillik sənətinə aidiyyəti olmayan 

suallar da nəzərə çarpmışdır. Beləliklə, namizədlərin cəmi 15 %-i birinci mərhələdən keçə 

bilmişdir. Nə standart suallar toplusu, nə də təsdiq edilmiş cavabların olmadığı şifahi bölmə

ziddiyyətli və qeyri-peşəkar səviyyədə  olmuşdur. Bundan əlavə, kollegiyanın sədri imtahanın 

bütün mərhələlərindən keçmiş bir neçə vəkilin and içməsini təşkil etməkdən (qəbul etməkdən) 

imtina etmişdir. Buna səbəb kimi isə, sözügedən vəkillərin artıq işlədikləri səbəb kimi göstərilsə 

də, i bu məhdudiyyətin heç bir qanuni əsası olmamı. və kollegiyanın əksər üzvlərii tam iş günü 

vəzifələrində işləmişlər. Kollegiya, vəkilləri cinayət işlərindən uzaqlaşdırmaq hüququnu özündə 

saxlamış və bəzi hallarda bu hüquqdan istifadənin səbəbi müşahidəçilər üçün şübhəli 

görünmüşdür. Bunun nəticəsi olaraq, cinayət işləri üzrə təqsirləndirilən şəxslər ədalətli və 

müvafiq qaydada təmsil olunmamış, onların hüquqları qorunmamış və qanunun lazımi icrasında 

çatışmazlıqlar qeydə alınmışdır. 

 

Konstitusiya qeyri-qanuni yolla əldə olunmuş  dəlillərin istifadə edilməsini qadağan etmiş, lakin, 



təqsirləndirilən şəxslərin bəzilərinin verdikləri ifadələrin zorakılıq və işgəncə yolu ilə əldə 

olunduğunu iddia etsələr də, bu cür sui-istifadə halları baş vermiş işlərin heç birinə xitam 

verilməmişdir. Bundan əlavə, sui-istifadə halına yol verilməsinin müəyyən olunması üçün 

ekspertiza belə təyin edilməmişdir. Hakimlər polislərin pis rəftarı barədə şikayətlərə əhəmiyyət 

belə verməmişlər. Adətən istintaq zamanı əsas diqqət  təqsirləndirilən şəxslərə qarşı əsaslı 

dəlillərin araşdırılmasına yönəldilməsi əvəzinə, etirafın əldə edilməsinə yönəldilir. Hakimlər 

adətən prokurordan minimal həddə dəlil tələb etdikləri və prokurorla yaxından əməkdaşlıq 

etdikləri üçün, məhkəmədə baxılan ciddi cinayət işlərinin əksəriyyəti təqsirləndirilən şəxsin 

məhkum olunması ilə nəticələnir. Müttəhimi məhkum etmək üçün kifayət qədər dəlilin 

olmadığının müəyyən edildiyi nadir hallarda hakim məhkəmə işini əlavə istintaq üçün 

ittihamçıya geri göndərərək, ona məhkum etmə üçün növbəti imkan yaratmışdır.  

 

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə və Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmə 



istisna olmaqla, digər məhkəmələr adətən tərcüməçi təmin etməyə müvəffəq olmur. Hər bir 

məhkəmə işin məhkəmə baxışında cəlb edilməsi üçün tərcüməçilərlə müqavilə bağlamaq 

hüququna malikdir və belə xərclər Ədliyyə Nazirliyi tərəfindən ödənilməlidir.  

 

Məhkəmə prosesinin hərfi stenoqramları olmamışdır;  şahid ifadəsi, şifahi arqumentlər və 



məhkəmə qərarları qeydə alınmışdı. Bunun əvəzində isə, məhkəmə katibi dağınıq və ardıcıl 

olmayan şəkildə qeydlər apararaq, nəyin qeyd olunmalı olduğunu öz rəyinə uyğun olaraq həyata 

keçirirdi.  

 



Gənc fəallar - Emin Milli və Adnan Hacızadənin işində bir-çox prosedur nöqsanları qeydə 

alınmışdır. Onların iyul ayında restoranda döyüldükdən sonra müdafiə üçün polisə müraciət 

etmələrinə baxmayaraq, hər ikisi həbs olunaraq dələduzluqda ittiham olunmuş, onlara hücum 

edənlər isə azadlığa buraxılmışlar. Təqsirləndirilənlərin həbs olunduqdan sonra nə yaraları 

vaxtında müalicə olunmuş, nə də onlara vəkilləri ilə tez bir zamanda əlaqə yaratmaq imkanı 

verilmişdir. Dövlət məmurları açıq müraciətlərində gənclərin günahkar olduqlarını elan edərək 

təqsirləndirilənlərin günahsızlıq prezumpsiyasını pozmuşdur. Qapalı şəkildə keçirilən məhkəmə 

iclasından sonra hər iki şəxs iki ay ərzində istintaq təcridxanasında saxlanılaraq ailə üzvləri ilə 

görüşməkdən məhrum olmuşlar. Payızdakı növbəti məhkəmə zamanı hakim müdafiə tərəfinin 

təqdim etdiyi bəzi maddi dəlillərin və şahid ifadələrinin işə aşkar aidiyyatının olmasına 

baxmayaraq, onları işdən xaric etmişdir. Beynəlxalq və yerli müşahidəçilər məhkəmə işinin ilkin 

dinləmələrində iştirak etmək hüququndan məhrum edilsələr də, onların sonrakı dinləmələri 

müşahidə etmələrinə razılıq verilmişdir (2.a. bölməsinə bax).  

 

2007-ci ildə sabiq səhiyyə naziri Əli İnsanovla yanaşı, dövlət vəsaitlərinin mənimsənilməsi və 



başqa ittihamlarda təqsirli bilinən digər 10 müttəhim 

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə

 

tərəfindən məhkum olunmuşdur. Məhkəmə Əli İnsanovu 11 il müddətinə azadlıqdan məhrum 



etmişdir. ATƏT-in məhkəmə müşahidəçilərinə əsasən, Əli İnsanov və onun işi üzrə 

təqsirləndirilən digər şəxslərin “ədalətli mühakimə olunmadıqları və hakimlərin qərəzli olduqları 

aydın şəkildə görünürdü”. 

 

2007-ci ildə 



Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə

 sabiq İqtisadi İnkişaf naziri Fərhad 

Əliyevi, qardaşı Rafiqi və digər 17 nəfəri korrupsiya ilə əlaqəli əməllərdə ittiham  etmişdir. 

Əliyev qardaşları müvafiq olaraq 10 və 9 il müddətinə azadlıqdan məhrum edilmişlər. Bütün 

müttəhimlər ilkin olaraq 2005-ci ildə dövlət çevrilişi hazırlamaqda ittiham olunaraq həbs 

olunmuş, sonradan isə korrupsiyada ittiham edilmişlər. Məhkəmənin gedişi zamanı 

müşahidəçilər məhkəmə prosesində baş verən çox saylı pozuntuları qeydə almışlar. Həm 

İnsanov, həm də Əliyev qardaşları il boyu həbsdə saxlanılırdılar. Əliyev qardaşlarının Avropa 

İnsan Hüquqları Məhkəməsinə ayrı-ayrılıqda etdikləri müraciətləri isə ilin sonuna qədər icraatda  

qalmışdır.  

 

2008-ci ildə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi başqa bir işlə bağlı çıxardığı hökmdə, 



Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı bəndinə istinad edərək bir ədalətli məhkəmə 

prosesi və məhkəmə prosesinin müddəti ilə bağlı iki hüquq pozuntusuınun olduğunu qeyd 

etmişdir.  

 

Ölkənin hərbi məhkəmə sistemi mülki hakimlərdən təşkil olunub. Hərbi məhkəmə müharibə və 



hərbi xidmətlə əlaqəli istənilən cinayət işində xüsusi 

yurisdiksiyaya malikdir.  

 

Siyasi məhbuslar və saxlanılan şəxslər 

 

Rəqəmlərin dəyərləndirilməsində fikir ayrılığı olsa da, yerli QHT-lər ölkədə hələ də siyasi 



məhbusların olmasında israrlıdır. İlin sonunda QHT-lər hökümətin 23-45 nəfər arası siyasi 

məhbus saxladığını qeyd etmişdirlər.  

 

Avropa Şurası ekspertlərinin hesabatında siyasi məhbus kimi adı çəkilən Elçin Əmiraslanov, 



Səfa Poladov və Arif Kazımov il boyu həbsdə qalmışlar.  

 

Siyasi məhbusların sayına dair bəzi qiymətləndirmələrdə 2005-ci ildə dövlət çevrilişində 



günahlandırılıb, sonradan isə korrupsiyada ittiham edilənlərin də adı yer alır. 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə