Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Siyasi motivlərə görə saxlanılanların dəqiq sayına dair heç bir etibarlı məlumat yoxdur. Siyasi 

motivlərə görə saxlanılanların əksəriyyətinə sonradan “inzibati həbs” kimi qələmə verilən 10-15 

günlük müddətə həbs cəzası verilmişdir.   

 

Hökumət ümumiyyətlə BQXK kimi beynəlxalq humanitar təşkilatlar üçün siyasi məhbus olması 



güman edilən şəxsləri qeyri-məhdud sayda ziyarət etmələrinə icazə vermişdir.  

 

Mülki əhkəmə proseduraları və müdafiə üsulları 

 

Qanun mülki işlər üzrə müstəqil və qərəzsiz andlıların iştirakını nəzərdə tutmur. Rayon 



məhkəmələri mülki işlər üzrə ilkin baxış yurisdiksiyasına malikdirlər; apelyasiya şikayətləri 

Apelyasiya Məhkəməsi və sonra isə Ali Məhkəmə tərəfindən baxılır. Vətəndaşlar insan 

haqlarının pozulmasının qarşısının alınması və belə pozuntular nəticəsində vurulan ziyana görə 

təzminatın ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. Cinayət işlərində 

də vətəndaşlar öz işlərinə dair Ali Məhkəmənin çıxardığı ilk hökmündən sonra 6 ay ərzində 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə  müraciət edə bilərlər. 

 

Şəxsi həyat, ailə, ev və yazışmalara əsassız müdaxilə   

 

Qanun şəxsi həyata, məktublaşmalara və digər şəxsi ünsiyyətə əsassız müdaxiləni  və nəzarəti 

qadağan etsə də, təcrübədə hökumət bu qanuni qadağalara riayət etməmişdir.   

 

Konstitusiya yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı ilə və ya qanunda 



nəzərdə tutulmuş xüsusi hallarda icazə verir, lakin hakimiyyət orqanları adətən müvafiq sanksiya 

olmadan axtarışlar keçirmişlər. Çoxları düşünür ki, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər 

Nazirliyi xarici vətəndaşların, tanınmış siyasi və biznes xadimlərinin və beynəlxalq danışıqlarda 

iştirak edən insanların telefon və internet danışıqlarına nəzarət edir. Bu halların birində Milli 

Təhlükəsizlik Nazirliyi Avroviziya mahnı müsabiqəsi zamanı Ermənistana yazılı mesajla səs 

verən 43 nəfəri müəyyən etmiş və onlardan bəzilərini dindirmişdir. Araşdırma apardıqdan sonra, 

müsabiqəni təşkil edən Avropa Yayımlama Birliyi ölkənin İctimai televiziyasını 

cəzalandırmamağı qərara alaraq, qaydaları elə formada dəyişmişdir ki, gələcəkdə verilişi ölkədə 

yayımlayan televiziya şirkəti əməkdaşlıq etdiyi telefon operatorunun davranışına görə 

məsuliyyət daşıyacaqdır.    

 

Polis cinayətdə şübhəli bilinənlərin ailə üzvlərini qorxutmağı və təqib etməyi davam etmişdir. Bu 



il ərzində insan haqlarının qorunmasına nəzarət edən yerli müşahidəçilər mülkiyyət hüquqları ilə 

əlaqədar məsələlərdə hüququn aliliyi və müvafiq məhkəmə prosesinə münasibətdə nöqsan və 

çatışmazlıqların olması ilə bağlı narahatlıqlarını bildirmişlər. Yerli müşahidəçilər məlumat 

vermişlər ki, mülkiyyət hüququ ilə bağlı il ərzində qeydə alınan şikayətlərin sayı keçən illərlə 

müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti dənizkənarı 

bulvarın yaxınlığında yerləşən tarixi binanın sakinlərinə elan etmişdir ki, dərhal binanı tərk 

etsinlər çünki bina söküləcəkdir. İnsan haqları müdafiəçiləri qeyd etmişlər ki, bu sakinlərə heç 

bir təzminat verilməmişdir və onları çıxmağa məcbur etmək üçün binada su, işıq və qaz təchizatı 

dayandırılmışdır. Binanın sakinləri məhkəməyə müraciət etsələr də, məhkəmə ilin sonuna qədər 

qərar çıxarmamış, bina isə sökülmüşdür.  

 

2-ci bölmə. Vətəndaş azadlığına hörmət, o cümlədən:  

 

a.



 

Söz və mətbuat azadlığı  

 



Qanun söz və mətbuat azadlığını təmin edir və mətbuat senzurasını qadağa edir. Buna 

baxmayaraq, təcrübədə hökumət əksər hallarda bu hüquqları pozur. İl ərzində hökumət media 

azadlığının daha da məhdudlaşdırılmasına yönələn bir sıra addımlar atmışdır.  

 

BMT-nin Qlobal Dövrü İcmalı il ərzində 



Vətəndaş və Siyasi Hüquqlara dair Beynəlxalq 

Konvensiyaya aid 

Azərbaycanın öhdəliklərindən yazarkən, bu ölkənin söz azadlığına ciddi 

məhdudiyyətlərin qoyulması ilə bağlı öz narahatçılığını bildirmişdir. 2008-ci ildə İnsan 

Hüquqları üzrə Avropa Məhkəməsi verdiyi qərarda Azərbaycanın Avropa İnsan Hüquqları 

Konvensiyası tərəfindən təmin edilmiş söz azadlığı prinsipinin pozmasını qeyd etmişdir. 

Müxalifət qəzetlərinin çap olunmaqda davam edilməsinə və insan haqları fəallarının 

əksəriyyətinin təqib olunmaq qorxusu olmadan işlərini davam etməklərinə baxmayaraq, hökumət 

bəzi hallarda dövlət məmurlarını və onların fəaliyyətini tənqid edənləri cəzalandırmışdır.  

 

Mart ayında keçirilən referendum mətbuat azadlığını məhdudlaşdıran bəzi dəyişikliklər də daxil 



olmaqla, Konstitusiyada bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklərə öz razılığı olmadan kimisə 

video kamera ilə və ya fotoaparatla çəkmək qadağası da daxil oldu. Hökumət həmçinin kütləvi 

informasiya vasitələrinə aid qanunda da əlavələr etməklə hər hansı bir nəşrin bağlanılmasını 

asanlaşdırdı.  

 

2008-ci ildə yaradılan Mətbuata Dövlət Dəstəyi Fondu 1 sentyabr tarixində 55 media vasitələrinə  



yardım məqsədilə verilən ilk qrantları   elan etdi. Fond həm dövlət, həm də müxalifət qəzetlərinə 

yardım ayırarkən, bəzi şərhçilər bu addımı onsuz da nəzərətdə olan mətbuatın gələcəkdə maliyyə 

yardımları vasitəsilə daha da məhdudlaşdırılacağına hesablanmış bir addım kimi 

səciyyələndirdilər.  

 

Dövlət məmurlarını fəaliyyətlərinə görə tənqid edərkən bəzi jurnalistlərin bu təhqirə, təhdidə və 



fiziki zorakılıq aktlarına məruz qalmaları onların peşəkar həyatları ilə əlaqəli kimi görünürdü. 

Sərhədsiz Reportyorlar məlumat vermişlər ki, müstəqil müxbirlər və müxalifət müxbirləri 

fəaliyyətlərinə görə daim təzyiq altındadırlar.  

 

Görkəmli müxbirlərin fikrincə, şirkətlər və təsisatlar dövlət təmsilçilərinin birbaşa və ya dolayısı 



olaraq etdiyi tövsiyələrinə görə müxalifət qəzetlərində reklam yerləşdirməkdən çəkinirlər və 

buna görə də müxalifət qəzetlərində ödənişli reklamlar yerləşdirilməmişdir.  

 

Bir  sıra müxalifət və müstəqil media vasitələri il ərzində fəaliyyət göstərmişlər. Obyektiv və 



peşəkar məlumatın verilməsi nadir hal olsa da,  mətbuat hökumətin siyasətinə dair fərqli baxışlar 

ifadə etmişdir.   . Lakin, teleradio yayım vasitələri xəbərlərin işıqlandırılmasında demək olar ki, 

tam şəkildə dövlətin mövqeyinə uyğun mövqedən çıxış etmişdir.  

 

Ölkədə mətbuat orqanlarının əksəriyyəti  hakim partiyaya, müxalifət partiyalarına mənsub olmuş 



və ya tanınmış dövlət məmurları ilə əlaqəli olduqları hesab edilmişdir. Ölkədə 8 milli və 14 

regional televiziya stansiyası olmuşdur. Əlavə olaraq 11  yerli radio yayımlama şirkəti var idi. 

Hakimiyyət ölkənin FM tezliklərində Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu və BBC 

radiolarının yayımını qadağan etdi. Bu beynəlxalq yayımlar olmadan ictimaiyyət qərəzsiz 

məlumat almaq imkanından məhrum oldu. Şəhər və rayon səviyyəli məmurlar tərəfindən 

maliyyələşdirilən digər qəzetlər də var. Həm iqtidar, həm də müxalifət qəzetlərinin gündəlik 

dövriyyəsi çox aşağı olaraq, əksər hallarda 5000 ədədi keçmir ki, bunların da böyük hissəsi 

paytaxtın payına düşür. 

 

Özəl telekanalların bir hissəsi fəaliyyət göstərmiş, lakin, bəzi müstəqil mətbuat araşdırmaları 



göstərir ki, bu telekanalların proqramlarında hakim partiyanın xeyrinə qərəzli verilişlər 

yayımlanır. Auditoriyanın lideri sayılan ANS televiziyası 2006-cı ildə Milli Televiziya və Radio 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə