Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Şurası tərəfindən müvəqqəti bağlanıldığına qədər nisbətən obyektiv xəbərlər mənbəyi kimi qəbul 

edilirdi. Lakin, bir çox mətbuat müşahidəçiləri düşünürlər ki, o hadisədən sonra ANS xəbərlər 

yayımında daha ehtiyatlı və özünü məhdudlaşdıran bir yanaşma tətbiq edərək, çox vaxt iqtidar 

tərəfindən maliyyələşdirilən  media vasitələri ilə eyni baxışdan çıxış etmiş və eyni xəbərləri 

yaymışdır.  

 

Hökumətin yayım lisenziyasının verilməsindən  asılı  olaraq, elektron yayım vasitələri dövlət 



təzyiqləri qarşısında daha acizdir. Belə yayım vasitələri iqtidara münasibətdə müstəqil və 

müxalifət nəşrlərindən daha az tənqidi mövqe tutur. “Azad dalğalar” - Avropa Komissiyası 

tərəfindən maliyyələşdirilən  televiziya yayımlarını təhlil edən 20 aylıq monitorinq araşdırmaları 

müəyyən etmişdir ki, ölkənin televiziya şəbəkəsi geniş şəkildədə Prezident Əliyevin, onun 

hökumətinin və hakim partiyanın təbliğatına həsr olunur. Məsələn, dövlət tabeliyindəki AzTV 

siyasi verilişlərinin 98 %-ni hökumətə, Əliyevlər ailəsinə və hakim Yeni Azərbaycan Partiyasına 

həsr edərək, müxalif fikirlərə cəmi 2 % yer saxlamışdır. Yayım sistemlərində əcnəbi 

stansiyalardan peyk yayımına qarşı məhdudiyyət yox idi, lakin, Dövlət Televiziya və Radio 

Şurası yerli və özəl televiziya və radio stansiyalarına xarici şirkətlərin xəbərlər proqramlarını 

bütöv şəkildə yayımlamalarına məhdudiyyət qoymuşdur.  

 

Hökumətin bəzi müxbirləri azadlığa buraxmasına baxmayaraq, bəziləri hələ böhtan və digər 



onların işinə aid olmayan ittihamlarla cinayət işlətməkdə təqsirli bilinirək həbsdə saxlanılmışlar. 

Beynəlxalq və yerli şərhçilər düşünürlər ki, hökumət müxbirləri dövlət məmurlarını və onların 

siyasətini tənqid etmələrinə görə hədəfə almışdır.  

 

Dekabr ayının 25-i Bizim Yol müxalifət qəzetinin müxbiri Müşfiq Hüseynov Prezident Əliyev 



tərəfindən əfv edilərək, azadlığa buraxılmışdı. Hüseynov 2008-ci ildə rüşvət aldığı üçün 6 il 

müddətinə həbs cəzasına hökm olunmuşdur. O, vərəmdən əziyyət çəkirdi. Bəzi yerli 

müşahidəçilər bu həbsin siyasi motivli olduğunu, digərləri isə, onun həqiqətən də cinayət 

işlətdiyini, lakin, bu həbsin seçim əsasında həyata keçirildiyini düşünürlər.  

 

Bu il ərzində bir neçə aylıq ləngimədən sonra hökümət həbs olunmuş müxbir – Eynulla 



Fətullayevin işi üzrə bütün sənədləri Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etmişdir. 

Dekabrın 29-da Penitensiar Xidmətin əməkdaşları Eynulla Fətullayevin olduğu kamerada 

apardıqları axtarış zamanı 0.22 qr. heroin aşkar etdiklərini iddia etmişlər. Dekabrın 30-u 

hökumət Fətullayevi narkotik maddə saxladığında i ittiham etmiş və verilən məlumata əsasən 

növbəti gün – dekabrın 31-i 15 dəqiqə davam edən dinləmədən sonra, hakim iş üzrə aparılacaq 

sonrakı istintaq hərəkətlərinədək onun 2 ay müddətinə digər məhbuslardan təcrid olunaraq  

saxlanmasına dair qərar vermişdir. ATƏT-in mətbuat azadlığı üzrə təmsilçisi bu ittihamı 

“olduqca inanılmaz” adlandırmış, yerli insan haqları müdafiəçiləri isə bu hadisənin Eynulla 

Fətullayevi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin gözlənilən qərarından sonra da 

təcridxanada saxlanılması üçün təşkil olunduğunu düşünürlər. Hələ ilin sonunadək bu iş üzrə 

yekun qərar verilməmişdir.  

 

2007-ci ildə 



Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsi 

artıq həbs edilmiş “Realniy 

Azərbaycan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktorunu terrorizm, etnik nifrətin 

təhrik edilməsi və vergidən yayınmada ittiham edərək 8 il yarım müddətinə azadlıqdan məhrum 

etmişdir. Bu ittihamlar, Fətullayevin hakimiyyətin İran siyasətini tənqid etməsinə və ölkə 

ərazisində mümkün İran hücumlarına hədəf ola biləcək obyektlərin sadalanması ilə 

əsaslandırmışdır. Bu hökm, Fətullayevin daha əvvəl, öz məqaləsində hökumət qüvvələrinin 

1992-ci il Xocalı faciəsində rol oynadığını iddia edən yazıları dərc etməsinə görə böhtanda 

ittiham edilərək məhkum edilməsini də özündə birləşdirmişdir. Beynəlxalq və yerli 

müşahidəçilər onun həbsini siyasi səbəblərlə izah edirlər. Azadlıq qəzetinin baş redaktoru 

Qənimət Zahid isə ilin sonuna qədər həbsdə qalmışdır. Sentyabrın 17-i Məhkəmə Zahidovun 



yaxşı davranışına görə vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətini rədd edərək, 

bunu Zahidovun həbsxanada voleybol oynamaqdan imtina etməsi və bununla da onun 

əməkdaşlıq etməyə meylli olmadığı ilə əsaslandırmışdır. 2007-ci ildə polis Zahidi dələduzluq və 

yüngül bədən xəsarəti yetirməkdə ittiham edərək həbs etmişdir. Beynəlxalq və yerli 

müşahidəçilər onun həbsini siyasi motivli bir qərar olduğunu qeyd etmişlər.  

 

9 aprel tarixində hökumət tanınmış satirik Mirzə Zahidovu (həmçinin Mirzə Sakit və ya Sakit 



Zahidov kimi tanınan) kütləvi əfv fərmanı nəticəsində azadlığa buraxmışdır (1.d. bölməsinə 

bax). Onun azad edilməsi inzibati səbəblərlə izah edilərək, 3 həftə yubadılmışdır. 2006-cı ildə

 

Ağır Cinayətlərə dair İşlər üzrə Bakı Məhkəməsi



 Zahidovu narkotik maddələr saxlamaqda 

ittiham edərək, 3 il müddətinə azadlıqdan məhrum etmişdir. Beynəlxalq və yerli müşahidəçilər 

onun həbsini siyasi motivli bir qərar olduğunu qeyd etmişlər.  

 

 Jurnalistləri qorxutmaq məqsədilə saxta məhkəmə proseslərindən istifadə olunmuşdur. . 



Məsələn, sonradan müxalifət qəzeti üçün yazan iqtidar qəzetinin sabiq müxbiri, Mahal 

İsmayıloğlu öz qonşusunun qulluqçusuna hücum etməkdə ittiham olunaraq ona azadlıqdan 2 illik 

müddətə şərti olaraq məhrum etmə cəzası verilmişdir.  İlin sonuna qədər işin Ali Məhkəmədə 

baxılması gözlənilirdi. İl ərzində Mahal İsmayıloğlu infarkt keçirmiş, lakin, gözlənilən məhkəmə 

baxışı üzündən onun ehtiyac duyduğu müalicə üçün xaricə getməsinə imkan verilməmişdir. . 

Yerli insan hüquqları müdafiəçiləri düşünürlər ki, dövlət məmurları İsmayıloğlunun müxalifət 

tərəfinə keçməsinə görə qisas alırlar.  

 

İl ərzində ayrı-ayrı jurnalistlərə qarşı təqib, qorxutma və zorakılıq halları davam etmişdir. 



Hökumət cinayətkarları məsuliyyətə cəlb etməmişdir. Mətbuat müşahidəçisi olan QHT-lərdən 

biri məlumat vermişdir ki, il ərzində müxbirlərə qarşı şifahi və fiziki hücumlar da daxil olmaqla 

51 hadisə baş vermişdir. Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə belə hadisələrin sayı 49 idi. 

Hüquq mühafizə orqanları bu hadisələrdən 15-ni araşdırmağa başlamışdır, halbuki, bu hallardan 

cəmi birində iş yekunda məhkəməyə təqdim edilmişdir. Bu  əsasən onunla əlaqədar idi ki, hadisə 

canlı televiziya yayımında baş vermişdi. Il ərzində bir çox jurnalist peşəkar fəaliyyətləri ilə 

əlaqədar olaraq fiziki hücumlara məruz qaldıqları barədə məlumat vermişlər.  

 

26 aprel tarixində Yasamal rayon polisi, böyük mübahisəyə səbəb olmuş məscidin dağıdılması 



zamanı hadisəni lentə alan ANS televiziyasının 3 müxbirini döymüşdür. Müxbirlər yüngül 

xəsarət almış və onların avadanlıqları sıradan çıxarılmışdır. Polis avadanlığa görə həmin 

televiziya kanalına kompensasiya ödəsə də, video materiallar geri qaytarılmamışdır.  

 

13 sentyabr tarixində səhər tezdən naməlum insanlar hücum edərək Ayan qəzetinin redaktoru 



Cavid Ələsgəroğlunu döyüb zibil yeşiyinə atmışlar. Ələsgəroğlu ağır xəsarətlər aldığına görə 

dərhal xəstəxanaya yerləşdirilmişdir. Zərərçəkmişin ailəsi bu hadisəni onun peşəkar fəaliyyəti ilə 

əlaqələndirmişlər. Bu qəzet dövlət məmurları ilə bağlı bir neçə tənqidi məqalə yazmışdır.  

 

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbərii Emin Hüseynov 2008-ci ildə 



polis əməkdaşlarının kütləvi mitinqi dağıtmalarını lentə alarkən polis tərəfindən döyülərək 

xəstəxanaya yerləşdirilmişdir. Sonra o, DIN-ə qarşı iddia qaldırmış və ona hücum edənlərin 

məsuliyyətə cəlb edilmədiyini bildirmişdir. Aldığı xəsarətlərin nəticəsində Hüseynov eşitmə 

qabiliyyətinin 50%-ni itirmişdir. İl ərzində 1-ci instansiya məhkəməsi və apelyasiya məhkəməsi 

onun iddiasını rədd etmişdir, Ali Məhkəmə isə ilin sonuna qədər iddianı cavabsız qoymuşdur.  

 

Son bir neçə il ərzində jurnalistlərə qarşı fiziki güc tətbiq etmiş polis işçilərinin dövlət tərəfindən 



məsuliyyətə cəlb edildiyini təsdiqləyən heç bir məlumat olmamışdır. 

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə