Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

Elmar Hüseynovun 2005-ci ildə törədilən qətli ilə bağlı cinayətkarın hələ də məsuliyyətə cəlb 

olunmadığı barədə narahatçılıqlar qalmaqdadır. Onun qətli ilə bağlı araşdırmalarda heç bir 

yenilik yoxdur, ancaq bir insan hüquqları müdafiəçisi mart ayında işlə bağlı Milli Təhlükəsizlik 

Nazirliyinə çağırılmışdır. Mətbuat və İnsan haqları müdafiəsi üzrə fəallar hökuməti qətlin 

araşdırılmasında daha da fəal olmağı çağırmışlar.  

 

2008-ci ildə seçki məcəlləsinə edilən dəyişikliklər nəticəsində, mart ayında referendum zamanı 



qeydiyyatdan keçmiş lobbiçilik qruplarına ödənişsiz televiziya və radio yayımından istifadə 

etmək, həmçinin dövlət qəzetlərində nəşr etmək hüququ əldə etmişlər. Müxalifət partiyaları və 

insan haqları müdafiəçiləri şikayət etmişdirlər ki, ödənişsiz yayımlanma dövlət telekanallarından 

daha az auditoriyası olan ictimai kanala keçirilmişdir, verilişlər isə elə vaxtda yayımlanmışdır ki, 

işləyən insanların həmin verilişləri izləməsi çətin olmuşdur. Beynəlxalq və yerli mətbuat 

müşahidəçiləri qeyd etmişlər ki, referendumun xəbərlərdə işıqlandırılması son dərəcədə qərəzli 

və iqtidarın mənafeyinə uyğun şəkildə təşkil olunmuşdur. 

 

Müxalifət yönümlü jurnalistlər hökumət rəsmilərini açıq şəkildə tənqid etsələr də, müstəqil 



jurnalist və redaktorların əksəriyyəti  hədələrin nəticəsində  və potensial reklam sifarişçilərini  

özündən uzaqlaşdırmamaq məqsədilə n özlərinə  müəyyən qədər senzuranı  tətbiq etmişlər 

Böhtan cinayət əməli olaraq qalmış və il ərzində böhtanla bağlı hüquqi təqib hallarının sayı 



artmışdır. Qanun, böhtanla ittiham edilən şəxslərdən böyük miqdarda cərimələr tutmağa və üç ilə 

kimi həbs cəzası verməyə icazə verir. Administrasiya rəsmiləri aprel ayında açıq şəkildə bəyan 

etmişlər ki, bu müddəa cinayət məcəlləsindən çıxarılacaq; bunun nəticəsində məhkəmələr iki 

jurnalistin böhtana görə hökmünü ləğv etmişdir. Bununla belə, hökumət rəsmilərinin 

bəyanatlarına baxmayaraq, böhtançılıq cinayət əməli olaraq qalmaqdadır.  

 

İl ərzində NOTA qəzetinin üç jurnalisti cinayət məcəlləsinin bu maddəsi ilə ittiham edilmişdir. 22 



iyul tarixində  baş redaktor Sərdar Əlibəyli və məsləhətçi Fərəməz Novruzoğlu bir ictimai 

birliyin sədri tərəfindən irəli sürülmüş iddiaya əsasən üç aylıq həbs cəzasına məhkum edilmişilər. 

Eyni iş üzrə müxbir Ramiz Tağıyevə altı aylıq şərti həbs cəzası verilmişdi. 8 oktyabr tarixində  

Apelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlamış və Əlibəyli ilə 

Novruzoğlu həbs edilmişlər. Ayrıca olaraq, 9 oktyabr tarixində, Apelyasiya Məhkəməsi həm də 

Əlibəylinin Daxili İşlər Nazirliyinin nümayəndələri tərəfindən irəli sürülmüş iddiasından 

apelyasiya şikayətini rədd etmiş və Əlibəylinin əvvəlki hökmündə nəzərdə tutulmuş həbs 

müddətinin üstünə dörd aylıq əlavə həbs cəzasını təyin etmişdi.  

 

Mətbuat vasitələrinə hədə-qorxu gəlmək üçün ötən illərdə hökumət rəsmiləri, defamasiyaya görə 



məhkəmə iddiaları və böhtançılığa görə həddində artıq yüksək cərimələrdən istifadə etmişdir. 

Əvvəlki defamasiya görə cinayət işlərindən cərimə ödənişləri mətbuat vasitələri və jurnalistlərin 

maliyyə dayanıqlığını təhlükə altında qoymuşdu. Hökumətin çap işini və müstəqil qəzet və 

jurnalların yayımlanmasını əngəlləyən tədbirlərə güvənməsi geniş mənada dəyişilməz qalmışdır.      

Əksər qəzet və jurnallar dövlət nəşriyyat evlərində və ya hökumət rəsmiləri ilə əlaqələri olan 

şəxslərin özəl nəşriyyat orqanlarında çap edilmişdir. Müstəqil qəzetlərin və müxalifət 

qəzetlərinin əksəriyyətinin maliyyə durumları dayanıqsız vəziyyətdə qalmış; onların əmək haqqı, 

vergi və mütəmadi məhkəmə haqlarının ödənilməsində problemlərlə üzləşməsi davam etmişdir. 

Reklama əsaslanan biznes modeli zəif olduğuna görə, onların əksəriyyəti maliyyələşdirmə üçün 

siyasi partiyalar və ya nüfuzlu sponsorlara güvənmişlər. 

 



Hökumət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını qadağan etmişdir. 

O həmçinin, dövlət biznes qurumlarının müxalifət qəzetlərdə reklam yerləşdirməsinə qadağanı 

davam etdirmiş və eyni cür hərəkət etmək üçün özəl biznes qurumlarına da təzyiq göstərmişdir. 

Siyasi şərhçilər qeyd etmişdir ki, bu problem  müxalifət və müstəqil media vasitələrinin öz 

işçilərinə verdikləri əmək haqqını azaıtmış və eyni zamanda  hökumətə meylli qurumların 

yüksək ixtisaslı kadrları  işə götürməsinə imkan yaratmışdır.. Bundan əlavə, mətbuat üzrə 

beynəlxalq monitorinqin hesabatlarında qeyd edilmişdir ki, Vergilər Nazirliyinin rəsmiləri 

tərəfindən edilən hədə-qorxular mətbuatın müstəqilliyini daha da məhdudlaşdırmışdır. 

 

Naxçıvan və Bakıda fəaliyyət göstərən jurnalistlər Naxçıvan MR-də rəsmilərin müxalifət 



qəzetlərinin yayılmasınının qarşısının alınmasını davam etmişlər.  

Internet azadlığı 

 

Hökumət ümumən İnternetə çıxışı məhdudlaşdırmasa da, İnternet xidmət təminatçılarından 



(provayderlərdən)  lisenziya əldə etməyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə 

formal razılaşmalar əldə etməyi tələb etmişdir. İnternetə çıxışın səviyyəsi aşağı olmuşdur və bu 

özünü xüsusən də paytaxtdan kənarda büruzə vermişdir. 2008-ci il üzrə Beynəlxalq 

Telekommunikasiya Birliyinin statistikasına əsasən, ölkə əhalisinin 17 faizi İnternetdən istifadə 

edir.   

 

Hökumətin xarici biznes qurumlarının və müxalifət liderlərinin internet traffikini izləməsinə dair 



geniş yayılmış inamı təsdiqləyəcək heç bir sübut yox idi. İl ərzində hökumət orqanları həbs 

olunmuş gənc fəallar Emin Milli və Adnan Hacızadəni dəstəkləyən veb sayta çıxışı müvəqqəti 

olaraq əngəlləmişdir. Hökumət orqanları həmçinin müstəqil QHT və Seçkilərin Monitorinqi 

Mərkəzinin iki veb saytına ictimai çıxışı əngəlləsə də, həmin saytlara xaricdən daxil olmaq 

mümkün idi.     

 

Yerli müşahidəçilər bildirmişlər ki, il ərzində bir neçə halda, hökumət, ölkə prezidentini tənqid 



etdiyinə görə məşhur olan bir veb sayta İnternet çıxışını müvəqqəti əngəlləmişdir. Verilən 

məlumata  əsasən, Naxçıvanda İnternet üzərində daha böyük məhdudiyyətlər var. Oranın 

sakinləri iddia edirdilər ki, onlar müxalifətin İnternet səhifələrinə baxa bilmirlər. İnfrastrukturun 

az inkişaf etdiyi  səbəbindən İnternetə çıxış şəhər mərkəzləri ilə məhdudlaşmışdır. 

 

8 iyul tarixində iki şəxs Bakıdakı bir restoranda dostları ilə nahar edən gənc fəall və bloqqerlər 



Emin Milli (Abdullayev) və Adnan Hacızadəyə hücum etmişdilər. Bu hücum nəticəsində Milli 

ayağından zədə almış və Hacızadənin burnu sınmışdı. Milli və Hacızadə bu hücum barəsində 

polisə şikayət edəndə polis onlara hücum edənləri azad edərək onları guya dava-dalaşı 

başladıqlarına görə həbs etmişdir(bax bölmə 1.e.). Müşahidəçilər qeyd etmişdir ki, hücum edən 

şəxslər Milli və Hacızadədən daha cüssəli  olmuşlar. Onlar əmindir ki, hökumət orqanları Milli 

və Hacızadənin İnternet vasitəsilə islahata dinc dəstəyi ifadə etmələrinə və iddia edilən hökumət 

əleyhinə fəaliyyətlərinə görə ittiham etmək məqsədilə  bu təxribatı təşkil etmişdilər.   

 

Akademik azadlığı və mədəniyyət tədbirləri 

 

Hökumət bəzi hallarda təhsil azadlığını məhdudlaşdırmışdır. 



 

Bəzi yerli müşahidəçilər hökumətin dövlətin maliyyələşdirdiyi xaricdə təhsil proqramlarına 

iştirakçıların seçilməsi siyasətindən öz narahatlıqlarını ifadə etmişlər. Mötəbər hesabatlarda 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə