Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə100/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   96   97   98   99   100   101   102   103   ...   117
texniki istismar

Mühazirə 25. 

Texniki qulluq və təmirin rejimi, optimai rejim. 

Texniki qulluğun və təmirin rejimi. 

 

Profilaktik  və  ya  təmir  xarakterli  texniki  təsirlərin  iş  həcmi,  miqdarı  və  texniki  qulluqlar 

arası yürüş (periodiklik) birlikdə 

TQ və CT-in rejimini

 təşkil edir. 

    TQ və təmirin rejimi elə seçilməlidir ki, aqreqat və mexanizmlərdə baş verəcək imtinaların 

sayı  minimum  olsun.  Rejimi  düzgün  təyin  etmək  üçün  hərəkət  tərkibinin  texniki  vəziyyətini 

qiymətləndirən göstəricilərin müxtəlif amillərin təsirindən dəyişmə qanunauyğunluqlarını bilmək 

lazımdır.  TQ  və  CT-in  rejiminin  təyin  edilməsi  texniki  istismarın  ən  mürəkkəb  məsələlərindən 

biridir. Çünki müxtəlif istismar şəraitində işləyən nəqliyyat vasitəsinin eyni adlı mexanizmlərinin 

işləmə  qabiliyyəti  müxtəlif  formada  dəyişir.  Bundan  başqa  işləmə  müddəti  (yürüş)  artdıqca 

imtinaların  intensivliyi  də  artır.  Digər  tərəfdən  avtomobil  nəqliyyatı  üçün  xüsusilə  qeyd  etmək 

lazımdır  ki,  eyni  markalı  avtomobil  eyni  istismar  şəraitində  və  eyni  daşımalarda  işlədikdə  belə 

həmin avtomobilin vəziyyəti fərqlənən qanunauyğunluqla dəyişir. 

   TQ  və  CT-in  rejimi  elə  olmalıdır  ki,  nəqliyyat  vasitələrinin  etibarlı  və  uzun  ömürlü  işi 

təmin olunmaqla bərabər müxtəlif xarakterli təsirlərin yerinə yetirilməsi minimum xərclərlə başa 

gəlsin.  Bu  şərti  təmin  edən  rejimə  TQ  və  təmirin  optimal  rejimi  deyilir.  Başqa  sözlə  desək, 

optimal  rejim  elə  rejimə  deyilir  ki,  TQ-da  və  CT-də  görüləcək  işlər  uyğun  olaraq  elə 

periodikliklə və keyflyyətlə yerinə yetirilməlidir ki, nəinki hərəkət tərkibinin etibarlılığı və ömür 

uzunluğu təmin olunmalı, həm də vahid yürüşə və ya nəqliyyat işinə düşən texniki qulluq və təmir 

xərcləri minimum olsun. 

    TQ və CT-in optimal rejiminin təyin edilməsi profilaktika xarakterli texniki təsirlərin hansı 

yürüşlərdən  sonra  yerinə  yetirilməsi  ilə  sıx  əlaqədardır.  Bu  məqsədlə  texniki  qulluq  işləri  üçün 

optimal  periodikliyin  müxtəlif  təyin  olunma  variantları  mövcuddur  (texniki  vəziyyətin 

parametrlərinin  yürüşdən  asılı  olaraq  dəyişmə  dinamikasma,  imtinasızlığın  buraxıla  bilən 

səviyyəsinə, TQ və CT-ə sərf edilən xüsusi xərclərin cəminin minimum qiymətinə görə və s.). 

    Periodikliyin  TQ  və  CT-ə  sərf  edilən  xüsusi  xərclərin  cəminin  mimmum  qiymətinə  görə 

təyini  texniki  istismarda 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə