Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə105/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   101   102   103   104   105   106   107   108   ...   117
texniki istismar

Cari  təmir

  avtomobil  istismar  müəssisələrində  və  TXC-da  yerinə  yetirilir.  Bu  təmirdə 

aqreqatların  baza  detallarından  başqa  bütün  hissələrin  işləmə  qabiliyyəti  bərpa  edilir,  yəni 

istismar  prosesində  avtomobildə  baş  vermiş  imtinalar  və  nasazlıqlar  sökmə-yığılma,  qaynaq, 

dəmirçi,  çilingər  və  s.  bu  kimi  işləri  yerinə  yetirməklə  aradan  qaldırılır.  Cari  təmir  zamanı 

avtomobilin baza detallarından  başqa digər  bütün elementləri  əvəz  edilə bilər. Cari təmirin əsas 

vəzifəsi avtomobilin və ya onun hər hansı aqreqatının, mexanizminin işləmə qabiliyyətini ən azı 

növbəti  TQ-2-yə  qədər  saxlamaqdır.  Avtomobilin  cari  təmirdə  durması  təsadüfi  proseslərə  aid 

olduğundan  əmək  tutumunun  (vaxt  normasının)  normalaşdırılması  ehtimal  xarakter  daşıyır. 

Əsasnamədə cari təmir üçün hər 1000 km yürüşə görə xüsusi əmək tutumu (avtomobilin tipindən 

asılı  olaraq),  hər  bir  hərəkət  tərkibinin  TQ  və  CT-də  boş  dayanma  müddəti  nəzərdə  tutulur 

(uyğun olaraq adam-saat/1000 km və gün/1000 km ilə). 

    Texniki  qulluq  əsnasında  bir  sıra  təmir  işlərinin  (xüsusilə  avtomobilin  hərəkət 

təhlükəsizliyini  təmin  edən  mexanizm  və  sistemlərdə)  də  görülməsi,  Əsasnamədə  baxılır.  Bu 

halda görüləcək CT işlərinin həcmi TQ-2 işlərinin iş həcminin 15-20%-dən çox olmamalıdır. Bu 

cür  təmirə  bəzən 



xəbərdar  edici  təmir 

deyilir.  Bu  təmiri  planlı  surətdə  yerinə  yetirməklə  baş 

verəcək imtinaların və nasazlıqların qarşısı qabaqcadan alınır. 

    İstisna  olmaq  şərtilə  bir  sıra  ağır  rejimli  istismar  şəraitində  avtomobildə  orta  təmirin  də 

aparılmasına  icazə  verilir.  Bu  halda  avtomobilin  mühərriki  dəyişdirilə  bilər,  digər  aqreqatlarda 

baş  vermiş  nasazlıqlar  aradan  qaldırıla  bilər,  kuzovun  rəngi  bərpa  oluna  bilər  və  s.  işlər  yerinə 

yetirilə bilər. 

    Avtomobil  nəqliyyatında  olduğu  kimi  dəmir  yolu  nəqliyyatında  da  TQ  və  təmir  sistemi 

fəaliyyət göstərir. Burada da  nəqliyyat  vasitəsinin texniki vəziyyəti  müxtəlif təyinatlı kompleks 

işləri  (əməliyyatları)  vaxtaşırı  olaraq  yerinə  yetirilməklə  tələb  edilən  səviyyədə  saxlanılır  və 

bərpa olunur. 

    Dəmir yolu nəqliyyat üçün aşağıdakı texniki qulluqlar nəzərdə tutulur: TQ-1, TQ-2, TQ-3 

və  TQ-4.  Bu  nəqliyyat  növü  üçün  TQ-un  yerinə  yetirilməsində  əsas  məqsəd  lokomotivlərin  və 

vaqonların  texniki  hazırlıq  dərəcəsini  yüksəltmək,  qatarların  hərəkət  qrafiki  üzrə  fasiləsiz  və 

qəzasız  işləmə  qabiliyyətini  təmin  etməkdir.  Hərəkət  hissələri,  tormoz  avadanlığı,  lokomotiv 

siqnalizasiya  qurğuları,  rabitə  cihazları,  qatarların  təhlükəsiz  hərəkətini  təmin  edən  aqreqatların 

texniki vəziyyəti xüsusi nəzarətdə olmalıdır. 

     Təmir  adı  altında  dəmir  yolu  nəqliyyatı  elementlərinin  istismar  zamanı  və  ya  texniki 

qulluq  prosesində  aşkar  edilən  imtina  və  nasazlıqların  aradan  qaldırılması  ilə  işləmə 

qabiliyyətinin bərpa edilməsi kimi başa düşülür. 

   Təmirə  lokomotivin  deposunda  yerinə  yetirilən  CT-1,  CT-2,  CT-3  və  lokomotiv  təmiri 

zavodunda icra olunan ƏT-1, ƏT-2 əsaslı təmirləri aiddir. 

   Ümumi  şəkildə  Respublikamızın  dəmir  yollarında  fəaliyyətdə  olan  TQ  və  CT  sisteminin 

struktur  sxemi  şəkildə  göstərilmişdir.  Sxemdən  aydın  görünür  ki,  sistem  iki  alt  sistemdən 

ibarətdir:  a)  istismar  zamanı  pozğunluqların  baş  verməməsi  üçün  etibarlılığın  tələb  edilən 

səviyyədə saxlanılması; b) konstruktiv etibarlılığm bərpa edilməsi. 

   Beləliklə, yuxarıda deyilənlər və sxemdə göstərilənlər əsasında aşağıdakı nəticələrə gəlirik 

(lokomotivlərin TQ və təmir növləri baxımından): 

1)    Təmirlər  arası  dövrdə  müəyyən  həcmdə  yerinə  yetirilən  TQ  və  CT  (normativ  sənədlər 

əsasında); 

2)  Periodik  nəzarətlə  icra  edilməsi  nəzərdə  tutulan  texniki  qulluq  (əməliyyatların  həcmi 

profilaktik təsirlər  başlanan zaman  hərəkət  tərkibinin  sazlığını və işləmə  qabiliyyətini  saxlamaq 

baxımından təyin edilir); 



81 

 

3)  Fasiləsiz nəzarətlə aparılan texniki  qulluq  (bu  halda  əməliyyatlar texniki vəziyyəti tələb 



edilən səviyyədə saxlamaq üçün fasiləsiz müşahidə əsasında tələbata görə yerinə yetirilir); 

4) Texniki vəziyyətlərin səviyyəsinə və ya tələbata görə təmir (təmirin həcmi və icra anı hər 

bir  nəqliyyat vasitəsinin  sazlığına və işləmə qabiliyyətinə  görə müəyyən edilir, texniki  vəziyyət 

isə texniki sənədlərdə göstərilmiş həcmdə və müddətdə nəzarətdə saxlanılır). 



Hər  bir  texniki  qulluq  və  təmir  üzrə  qəbul  edilmiş  iş  həcmi  onun  xarakteristikası  adlanır.

 

Eyni  xarakteristikaya  malik  qarşılıqlı  münasibətdə  olan  TQ  və  təmirlər  arasındakı  yürüş  (vaxt) 



təmirlər arası dövr adlanır. 

    Dəmir  yolu  nəqliyyatında  tələbata  görə  təmir  lokomotivin  yürüşündən  asılı  olmayaraq 

təyin  edilir  (istismar  vaxtı  faktiki  aşkar  olunan  imtinalara  və  ya  texniki  qulluq  prosesində 

müəyyənləşdirilən nasazlıqlara görə təyin edilir). 

   Xəbərdar  edici  təmir  (planlı)  lokomotivin  (vaqonun)  müəyyən  yürüşündən  sonra  təyin 

edilir. Bu təmirin əsasını isə normal istismar şəraitində imtinalara səbəb olan lokomotivin texniki 

vəziyyəti üzərində aparılmış müşahidələr təşkil edir. 

   Dəmir  yolu  nəqliyyatında  fəaliyyətdə  olan  TQ  və  təmir  sistemi  üçün  aşağıdakı  xarakter 

xüsusiyyətlər nəzərə alınır: 

a)  Lokomotivin (və ya vaqonun) təmirə  saxlanılması  müəyyən (normalaşdırılmış) yürüşdən 

və ya işləmə müddətindən sonra yerinə yetirilir; 

b)  Təmir işləri faktiki qeyd edilmiş iş həcminə əsaslanır; 

c)  Profilaktik  təmir  işləri  avadanlıqda  imtinalar  baş  verdikdən  sonra  deyil,  onların 

qabaqcadan qarşısını almaq üçün təşkil edilir və s. 

    Dəmir  yolu  nəqliyyatında  qüvvədə  olan  TQ  və  təmir  sistemi  (planlı)  aşağıdakıları  əhatə 

edir. 


-  TQ-1,  TQ-2  və  TQ-3  -  lokomotivlərdə  pozğunluqların  qarşısını  almaqla  onların  işləmə 

qabiliyyətini  tələb  edilən  səviyyədə  saxlamaq,  fasiləsiz  və təhlükəsiz imtinasız hərəkətini təmin 

etmək, həmçinin sanitar- gigiyena tələblərini ödəmək; 

-  TQ-4  -  təkər  cütlərini  çıxarmadan  kəmərlərini  (çənbərini,  qovşağını)  yonmaq;  bu  TQ-u 

bəzən TQ-3 ilə birləşdirərək icra edirlər. 

Məxsusi  olaraq  sərnişin  və  yük  (o  cümlədən  avtomat  refrejerator)  vaqonları  üçün  texniki 

qulluq növləri təyinatlarına görə planlaşdırılır. 

- CT-1, CT-2 və CT-3 - əsas istismar xarakteristikalarını bərpa etmək (müxtəlif aqreqatları, 

qovşaqları və detalları əvəz etmək, sınaq və nizamlama işlərini yerinə yetirməklə); 

-  ƏT-1-  dəmir  yolu  nəqliyyatının  bütün  təşkil  edicilərinin  tam  resursunu  və  istismar 

xarakteristikaların bərpa etmək; 

-  ƏT-2  ƏT-l-ə  əlavə  olaraq  baza  detallarını  (aqreqatları,  qovşaqları)  bərpa  etmək,  elektrik 

xətlərini tam əvəz etmək. 

   Dəmir  yolu  nəqliyyatı  üçün  verilmiş  TQ  və  CT  növlərinin  xarakterik  xüsusiyyətləri  və 

yerinə  yetirilmə prinsipləri texniki  ədəbiyyatlarda və  s.  geniş  şərh  edilir. Bununla belə, nəzərdə 

tutulmalıdır ki, vaqonlara olan TQ işlərindən başqa onun bəzi məsul hissələri (buks, avtotormoz, 

təkər  cütü) də əlavə  olaraq yoxlamadan keçirilir.  Müvafiq  texniki  ədəbiyyatlarda  həmçinin  yük 

və sərnişin vaqonlarının təmir periodiklikləri, texniki qulluqlar arası yürüşləri, əmək tutumları və 

s. xüsusi normalar vaqonların tipindən asılı olaraq şərh edilir. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə