Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


diaqnostika  parametrinin



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə11/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   7   8   9   10   11   12   13   14   ...   117
texniki istismar
2021-2022 Yaz Kollokviumların keçirilməsi qaydaları SON
  diaqnostika  parametrinin 

müvafiq  olaraq 

başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur. 

Məlumdur  ki,  hər  hansı  bir  mexanizm  (texniki  qurğu)  bir-birilə  qarşılıqlı  hərəkətdə  olan 

elementlərdən  ibarətdir.  Elementlərin  arasındakı  əlaqə  müəyyən  həndəsi  kəmiyyətlərlə 

qiymətləndirilir.  Həndəsi  kəmiyyətlər  (araboşluqlar,  yerdəyişmələr  və  s.)  ümumi  halda  texniki 

qurğunun, xüsusi halda isə onun hər bir elementinin normal işləmə qabiliyyətini xarakterizə edir. 

Bu  həndəsi  kəmiyyətlərə  texniki  vəziyyətin  parametrləri  və  yaxud  sadəcə  qurğunun  struktur 

parametrləri deyilir. Struktur parametrlər müvafiq fiziki kəmiyyətlərlə ölçülürlər. 

 Mürəkkəb  konstruksiya  kimi  nəqliyyat  vasitələri  də  bir-birinə  nəzərən  müəyyən  texniki 

şərtlər  əsasında  yerləşdirilmiş  və  qarşılıqlı  əlaqədə  olan  elementlərdən  ibarətdir  ki,  bu  əlaqə  də 

struktur  parametrlərlə  qiymətləndirilir.  İstismar  zamanı  aqreqat  və  mexanizmlərin  struktur 

parametrləri özlərinin nominal qiymətlərindən (

Y

n

) buraxıla bilən sərhəd qiymətlərinə qədər (



b

Y

dəyişirlər.  Struktur  parametrlərin  cari  və  nominal  qiymətləri  arasındakı  fərq  nəzərdən  keçirilən 



elementin  işləmə  keyfiyyətinin  nominala  görə  dəyişməsini  göstərir,  yəni  sazlıq  dərəcəsini  əks 

etdirir.  Struktur  parametrin  cari  qiyməti  ilə  buraxılan  sərhəd  qiyməti  arasındakı  fərq  isə  həmin 

elementin qalıq resursunu (ehtiyat  xidmət  müddətini)  müəyyənləşdirir. Nəqliyyat vasitəsinin  və 



 

yaxud  onun  hər  hansı  bir  elementinin  istismara  başladığı  andan  son  həddinə  (silinənə)  qədər 



işləmə müddətinə (yürüşünə) onun 

resursu 

deyilir. 

    Göstərilən  hər  iki  halda  elementin 

texniki  vəziyyəti

  təyin  edilir.  Sadə  mexanizmlərin 

texniki  vəziyyəti  bir,  mürəkkəb  konstruksiyaların  texniki  vəziyyəti  isə  kompleks  parametrlərlə 

qiymətləndirilir. 

    Hərəkət  tərkibinin  texniki  imkanlarını  qiymətləndirən  paramelrlərin  texniki  istismarın 

normalarına  müvafiq  gəlmə  dərəcəsi  onun 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə