Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə110/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   106   107   108   109   110   111   112   113   ...   117
texniki istismar

Mühazirə 28. 

 

Nəqliyyatın istismar materialları, ehtiyat hissələr  və aqreqatlarla təchiz edilməsi. 

 

Maye yanacaqlar neft ayırma zavodlarından yanacaq doldurma stansiyalarına bir qayda 

olaraq xüsusi formaya, konstruksiyaya və müəyyən həcmə malik quruluşu olan (buna avtosistern  

deyilir) avtomobillərdə daşınır. 

     Sistern öz funksiyası (təyinatı) ilə əlaqədar olaraq bir sıra elementlərlə təchiz edilir. Onun 

boğazlığının  qapağında  yanacaq  qəbul  edən  boru,  daxilindəki  təzyiqi  avtomatik  tənzim  edən 

(nizamlayan)  nəfəs  klapanı,  yanacağın  səviyyəsini  yoxlamağa  imkan  verən  nəzarət  şupu 

yerləşdirilir.  Sisterndən  yanacağı  boşaltmaq  üçün  onun  dib  hissəsində  axıdıcı  boru  nəzərdə 

tutulur.  Avtomobil-sisternin  vəziyyətinə  nəzərən  aşağı  səviyyəli  çənlərdən  yanacağın  sisternə 

vurulması  üçün  avtomobilin  şassisində  mərkəzdənqaçma  tipli  nasos  yerləşdirilir.  Avtomobildə 

tormozlama  əməliyyatı  apararkən  hidravlik  zərbələrin  təsirini  azaltmaq  məqsədilə  sisternin 

daxilində yarıqları olan arakəsmələr qoyulur.  

    Yanacaq  sisterndən  boşaldılarkən  boruda  əmələ  gələn  statik  elektriklənmə  nəticəsində 

qığılcımın  baş  verməməsi  üçün  xüsusi  quruluş  -  zəncir  avtomobilin  gövdəsinə  bağlanır  və 

sərbəst  sallanmaqla  yerlə  əlaqələndirilir.  Yanacağın  təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə 

avtomobilin səs batıranının borusu qabağa tərəf istiqamətləndirilir. 

  Yanacaq  daşınan  avtomobil-sisternlərin  tutumu  4-10  min  litrə  qədər  olur.  Məhsuldarlığı 

artırmaq üçün qoşqu və yarımqoşqulardan (sisternli) istifadə edib bilər. 

   Neft  ayırma  bazasından  buraxılan  yanacaq  üçün  keyfiyyət  pasportu  verilir.  Yanacağın 

miqdarı avtomobil tərəzisində çəkilməklə yaxud stisternin həcminə və yanacağın xüsusi çəkisinə 

görə  təyin  edilir.  Hər  bir  avtosisternin  həcmi  müvafiq  dövlət  orqanları  tərəfindən  təsdiq  edilən 

pasportda  göstərilir.  Avtomobil  doldurucu  stansiyalarda  yanacağı  qəbul  edərkən  sənədlərin 

düzgünlüyü,  sisterndəki yanacağın  miqdarı (səviyyəyə  görə) və keyfiyyəti  (xüsusi çəkiyə  və  su  

qarışığının olmamasına görə) yoxlanılır. Uyğunsuzluq aşkar olunan hallarda yanacağı qəbul edən 

və təhvil verən şəxslərin imzaları ilə akt tərtib edilir. 

    Yanacağın saxlanması və avtomobillərə paylanması üçün lazım olan avadanlıqlar (yanacaq 

boruları,  çənlər,  kolonkalar)  və  xidmət  binası  (operatorların  iş  yeri)  birlikdə  yanacaq  doldurma 

məntəqəsini  və  ya  avtomobil  doldurma  stansiyasını  (ADS)  təşkil  edir.  ADS-ları  müxtəlif 

əlamətlərə görə təsnif edirlər. 

    Avtodoldurma  stansiyasında  saxlanılan  ümumi  yanacağın  miqdarı  bir  avtomobilin  orta 

doldurma həcmindən və ehtiyatda saxlanılma günlərindən asılı olaraq müəyyən edilir. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə