avtodoldurma stansiyasında xüsusi təyinatlı sisternlərdə və ya çənlərdə
saxlanılır. Çənlər yerin üst səthində, yarım zirzəmilərdə və zirzəmilərdə yerləşdirilir. Çənlərin
yerin altında yerləşdirilməsi az sahə tələb etməsinə, ucuz olmasına, yanacağın axıdılması üçün
əlavə nasos qurğusu tələb etməməsinə, yanğın təhlükəsizliyinə və buxarlan-a itkilərinin az
olmasına görə üstün sayıldığı üçün daha geniş tətbiq edilir. Yanacağın saxlanılma tələblərindən
biri də onların yanğına qarşı təhlükəsizliyinin təmin edilməsidir. Bu məqsədlə yanacaq
saxlanılan çənlər oddan qoruyucularla təchiz edilir (şəkil 6.5.). Bu qoruyucular alovun çənin
ADS-da yanacağın avtomobillərə verilməsi yanacaq paylayıcı kolonkalar vasitəsilə icra
edilir. Yanacaq paylayıcı qurğular əsasən çəndən yanacağı vuran nasosdan, buraxılan yanacağın
Yanacaq paylayıcı kolonkalar müxtəlif konstruksiyada istehsal edilirlər. Onlar qurulma
xüsusiyyətinə görə (üsuluna) görə stasionar və səyyar, nasosun intiqalma görə əl vasitəsilə
hərəkətə gətirilən, elektromexaniki və kombinə edilmiş, idarə edilmə üsuluna görə distansion və
avtomatik tapşırıq qurğuları olan (kartlarla) və s. tipdə olurlar. Dövlət standartrına əsasən
buraxdıqda nisbi xəta vurulan yanacağın ± 0,5%-dən çox olmamalıdır. Hazırda ADS-da işlədilən
kolonkalar havanın temperaturu - 40°C-dən +45°C arasında dəyişdikdə öz funksiyalarını
87
tamamilə yerinə yetirirlər. Avtomobillərə müxtəlif oktan odədinə malik yanacaq paylamaq üçün
iki nasosu olan doldurma kolonkaları işlədilir. Nasoslardan biri normal oktan ədədinə malik,
digəri isə yüksək oktanlı benzin vurur. Bundan başqa eyni zamanda iki istehlakçıya benzin
buraxan ikiləşmiş stasionar yanacaq paylayıcı kolonkalar da mövcuddur.
Yanacağın saxlanması və paylanması sahələrində siqaret çəkmək və açıq alovdan istifadə
etmək qadağandır, yanğına qarşı mübarizə tədbirləri nəzərdə tutulur. Burada avtomobilin
yanacaq bakı doldurularkən mühərrik dayandırılır. ADS yanğın söndürən ləvazimatlarla təchiz
olunmalıdır.
Şəkil 6.5. Yanacağm oddan qoruyucuları olan rezervuarda saxlanılma sxemi.
1 - əks klapan; 2 - rezervuar (çən); 3 - yerlə əlaqələndirici; 5 - hava borusu; 4, 8 və 10 - son
və bucaq (künc) oddan qoruyucuları; 6 - süzgəc; 7 - axma borusu; 9 - ölçüsü boru; 11 - sorucu
boru; 12 - yanacaq paylayıcı kolonka 13 - şlanq; 14 - bərkidici tutucular; 15 -beton yastıqlar
Stansiyanın ərazisi kifayət dərəcədə işıqlandırılır və ildırım ötürücü qurğularla təmin edilir.
Yanacaq paylayıcı kolonkarın xarici elektroenerji xəttindən vaxtında açılması üçün xüsusi
quruluş nəzərdə tutulur, onun bütün metal hissələri yerlə əlaqələndirilir.
Son zamanlar bir çox müsbət xüsusiyyətlərinə görə (ətraf mühitin öz zəhərlənməsi,
yanacağa qənaət edilməsi, mühərrik yağının işləmə müddətinin artırılması, detalların ömür
uzunluğunun yüksəlməsi və s.) benzin və dizel yanacaqları əvəzinə qazbalonlu hərəkət
tərkiblərində mayeləşmiş və sıxılmış qazlardan avtomobil yanacağı kimi istifadə edilir. Bu
qazların itkisiz saxlanılmasını təmin etmək üçün onları müəyyən şəraitdə maye halına çevirirlər.
Mayeləşmiş qazların əsas xüsusiyyəti odur ki, onlar kiçik təzyiqlərdə (0,8 -1,6 MPa) və adi
temperaturlarda (18-20°C) asanlıqla qaz halından maye halına keçirlər. Buna görə bu qazları kip
çənlərdə və ya balonlarda asanlıqla nəql etmək və saxlamaq mümkündür, avtomobil balonları da
maye qazla doldurulur. Mayeləşmiş qazın tərkibini propan-butan (hərəsindən 50%) qarışığı təşkil
edir. Bu tərkibin müxtəlif tərəflərə dəyişməsi balonlarda təzyiqin dəyişməsinə səbəb olur.
Sıxılmış qazın əsas komponenti metandır. Avtomobildə ehtiyat qazın saxlanılması üçün
lazım olan balonların qabarit ölçülərinin kiçik alınması məqsədilə metan qazı 20MPa (200
kq
/
2
sm
) təzyiq altında saxlanılır. Buna görə balonlar yüksək keyfiyyətli poladdan hazırlanır və
böyük kütləyə malik olur. Məsələn, 50
l
həcmi olan (normal şəraitdə 10
3
m
) balonun çəkisi 70
kq-a yaxındır.
Sıxılmış qazın göstərilən təsirini azaltmaq və saxlanılmasını asanlaşdırmaq üçün onu
mənfi temperaturlarda maye halına çevirirlər. Maye metanı isə yaxşı izolə edilmiş qablarda
atmosfer təzyiqində saxlamaq mümkündür.
Avtomobil balonlarını qaz yanacağı ilə doldurulması qaz doldurucu stansiyalarda yerinə
yetirilir. Bunun üçün qaz rezervuarı avtomobil balonundan yuxan səviyyədə yerləşdirilir ki,
maye şəklində olan qaz öz axını ilə balona daxil olsun. Doldurulma prosesini sürətləndirmək
88
üçün mərkəzdənqaçma tipli nasoslardan istifadə edib bilər. Avtomobil balonunun həcminin 90%-
i maye qazla doldurulur, 10%-i isə buxar hissəsini (yastığını) təşkil edir. Yanacağın buxar
hissəsindən qış aylarında soyuq mühərriki asanlıqla işə salmaq üçün istifadə edilir.
Qaz doldurucu stansiyalarında və ümumiyyətlə qaz yanacağı ilə işlədikdə əmək
mühafizəsi tədbirlərinin həyata keçirilməsinə xüsusi fikir verilir. Balonları qazla doldurarkən qaz
axıdılan şlanqın yanında dayanmaq, bərkitmə işlərini yerinə yetirmək, mühərrikdə təmir işləri
aparmaq, siqaret çəkmək və s. xarakterli işlərin görülməsi qadağan olunur. Doldurulma
prosesindən sonra mühərrik çətin işə düşürsə və ya qeyri - müntəzəm işləyirsə, bu halda
avtomobil qaz aparatından ən azı 15m kənara çəkilir və lazımi tədbirlər yerinə yetirilir.
Avtomobil balonlarına qaz verilərkən onun kuzovunda partlayış təhlükəli yükün olmasına yol
verilmir. Balonların təmiri onların içərisindəki qaz tamamilə boşaldıqdan sonra aparıla bilər. Qaz
doldurucu stansiyalarında da ADS-da olduğu kimi qabaqcadan yanğına qarşı mübarizə tədbirləri
nəzərdə tutulur.
Dostları ilə paylaş: