Yağlama materiallarının
daşınmasını, saxlanılmasını və paylanmasını düzgün təşkil etdikdə
onların həm itkiləri az olur, həm də istismar keyfiyyətləri aşağı düşmür. Bu baxımdan yağların
mərkəzləşdirilmiş qaydada daşınması, saxlanılması və paylanması daha səmərəlidir.
Mərkəzləşdirilmiş üsulun əsas mahiyyəti ondadır ki, yağ xüsusi avtosisternlərdə, çəlləklərdə və
ya müvafiq tarada daşınaraq müəssisəyə gətirilir, lazımi rezervuara boşaldılaraq saxlanılır,
paylanma zamanı isə borularla yağlama postlarına verilir.
Hər bir növ yağ üçün ayrıca tutum qəbul edilir. Mühərrik və transmissiya yağları
sisternlərdə (rezervuarlarda), plastik (konsistent) yağlar isə metal çəlləklərdə və ya qapaqlı
baklarda saxlanılır. İşlənmiş yağlar yığılaraq regenerasiyaya göndərilir. Regenerasiya olunmuş
yağ yenidən avtomobillərdə işlədilir.
Yağ anbarında texniki mayelərin saxlanılması üçün də xüsusi qablar (qeyri-standart)
nəzərdə tutulur. Anbarda olan bütün yağ tutumları (çənlər, rezervuarlar və s.) buxar qızdırıcıları
ilə təchiz edilirlər.
Şin
anbarı gündüz işığından mühafizə edilir, orada rezin məmulatına mənfi təsir göstərən
materiallar (kerosin, benzin, yağ və s.) saxlanılmır. Şinlər anbarda metal və ya taxta
materialından hazırlanmış rəflərdə şaquli vəziyyətdə qoyulur. Rəflər qızdırıcı qurğulardan ən azı
1 m aralı qoyulur. Şinlər uzun müddət saxlanıldıqda onların dayaq nöqtələri periodik olaraq
(məsələn, kvartalda bir dəfə) dəyişdirilir.
Kamerlər
azacıq doldurulmuş halda asılqanlarda və ya təzə şinlərin daxilində saxlanılır.
Periodik olaraq (1-2 aydan bir) kamerlərin də dayaq nöqtələri dəyişdirilir.
İstismardan çıxarılmış və bərpa olunmaq üçün göndəriləcək şinlər müəssisənin həyətində
talvar altında saxlanılır. Şinlərin təmirində istifadə edilən materialları taxta yeşiklərdə, yapışqan
isə şüşə qabda bağlı halda saxlanılır.
Nəqliyyat vasitələrinin istismarı ilə əlaqədar olaraq minlərlə adda
ehtiyat hissələri,
aqreqatlar və texniki materiallar
saxlanılır, tələbata görə istifadəyə verilir.
Avtomobilin aqreqatları rəflərdə və ya taxta altlıqlar üzərində, kuzov və kabinələr isə talvar
altında saxlanılır. Ehtiyat hissələri bağlı anbarlarda çoxmərtəbəli açıq və ya örtülü rəflərdə
(şkaflarda) saxlanılır. Hissələrin yerini tez tapmaq üçün onların aid olduqları aqreqatlar zavodun,
kataloq nömrəsi əsasında yerləşdirilir, üzərində müvafiq qeydlər edilərək aşağıdakılar ifadə
olunur. a) hissənin nomenklatura nömrəsi; b) kataloq üzrə adı; v) anbarda həmin adda olan
hissələrin miqdarı.
Tez buxarlanan materiallar və turşular odadavamlı, izolə edilmiş binalarda saxlanılır. Turşu
saxlanılan şüşə qabların yerləşdirilməsi yumşaq tara içərisində, ayrıca çəpərlənmiş sahədə
nəzərdə tutulur. Alətlər standart yeşiklərdə, brezent çantalarda saxlanılır və ya çoxmərtəbəli rəfin
gözbrində qoyulur. Brezent materiallar, ip, kəndir, zəncir və s. kiçik anbarda yerbşdirilir. Kəsici,
söküb-quraşdırma, nəzarət ölçücü və bu kimi alətlər (həmçinin bunlara bənzər tərtibatlar) alət
paylama şöbəsində saxlanılır.
Avtomobil nəqliyyatından fərqli olaraq dəmir yolu nəqliyyatında lazım olan dizel
yanacağının miqdarı teplovozları, dizel qatarlarını və yük qaldırıcı kranları, həmçinin stasionar
89
dizel aqreqatlarını tam təmin edəcək şərtə görə hesablanır. Buna görə yağlama təsərrüfatında
aşağıdakı avadanlıqlar nəzərdə tutulur: dizel yanacağını boşaltmaq, digər istehlak sahəsinə
vurmaq və qızdırmaq, yanacağı lokomotivlərə ötürmək üçün kommunikasiya qurğuları,
yanacağın miqdarını ölçmək üçün texniki vasitələr.
Yanacağı təchiz edən aqreqat və qurğuların tipi və gücü sutkalıq yanacaq sərfinə görə təyin
edilir.
Dəmir yolu nəqliyyatının yağlama təsərrüfatında böyük miqdarda (ancaq lokomotiv
parkında 15-ə yaxın) yağlama materialları istifadə edilir. Müxtəlif çeşidli yağlama materiallarını
saxlamaq üçün müvafiq avadanlıqlar istifadə edilir. Yağların normalan sutkalıq sərf olunan dizel
yana-cağının miqdarına görə təyin edilir.
Vaqon təsərrüfatında istehsal məqsədləri üçün tələb olunan yanacağın dəyəri qızdırıcı
qurğular, sobalar, dəmirçi kürələri və s.-nin şərtinə görə təyin edilir. Bu məqsədlə yanacaq sərfi
normalarından istifadə olunur.
Dostları ilə paylaş: |