Mübarizə tədbirləri.
Avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirini azaltmaq üçün
müxtəlif səpgili (xarakterli) mübarizə tədbirləri aparılır. Bunların içərisində əsasən
ikiistiqamətdə aparılan mübarizə tədbirləri daha çox təşəkkül tapmışdır:
hüquq baxımından və
elmi-texniki cəhətdən.
Hüquq baxımından bu məsələni nizama salmaq üçün daxili yanma
mühərriklərinin atmosferə buraxdıqları zərərli birləşmələrin miqdarı dövlət tərəfindən
normalaşdırılmışdır.
Axırıncı standarta görə (1 yanvar 1997-ci ildən qüvvədədir) zəhərli maddələrin miqdarı
mühərrikin iki boş işləmə rejimində təyin edilir: a) dirsəkli valın minimum dövrlər sayında; b)
dirsəkli valın yüksəldilmiş fırlanma tezliyində. Yoxlamanın bu rejimlərdə aparılması onunla izah
olunur ki, zərərli maddələr ətraf mühitə ancaq bu dövrlər sayında daha çox atılır.
İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarını azaltmaq üçün böyük sayda
elmi-texniki araşdırmalar aparılır. Bu sahədə yerinə yetirilən bütün nəzəri və təcrübəvi işlər
əsasən üç istiqamətdə davam etdirilir:
1. Daxili yanma mühərriklərində işçi proseslərin təkmilləşdirilməsi.
2. İşlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarının azaldılması.
3. Yeni yanacaq növləri ilə (hidrogen, sintetik spirtlər, qazlar və s.) işləyəcək yeni konstruksiyalı
mühərriklərin işlənməsi (layihə edilməsi).
Benzin mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını kompleks şəkildə
qiymətləndirmək üçün sınaqların vahid metodika əsasında aparılması haqqında Avropa ölkələri
tərəfındən müvafıq qərar qəbul edilmişdir. Bu məqsədlə, avtomobilin real istismar
xüsusiyyətlərini maksimum dərəcədə özündə əks etdirən işçi tsiklləri tərtib edilmişdir.
Sınaqlar laboratoriya şəraitində qaçış barabanları olan stendlərdə boş işləmə, sürətlənmə, sabit
sürət və yavaşıma rejimlərində I, II və III pillələr üçün aparılır.
Dizel mühərriklərinə gəldikdə isə bunlarda tüstülənmə dərəcəsi iki rejimdə yoxlanılır:
a) sərbəst sürətlənmə və b) dirsəkli valın maksimum fırlanma tezliyində (boş gedişlərdə).
Tüstülənmə dərəcəsi birinci rejimdə 60%, ikinci rejimdə isə 15%-dən çox olmamalıdır /11, 21/.
İşləmə zamanı avtomobildə əmələ gələn səsin gücünü azaltmaq üçün əsasən texniki
tədbirlər görülür. Belə ki, daxili yanma mühərriklərinin və kuzovun konstruksiyaları
təkmilləşdirilir, yaşayış binalarının optimal layihə edilmə üsüllarından istifadə edilir və s.
Bunlarla yanaşı hüquq baxımından da məsələ müəyyən qədər nizama salınır. Belə ki, normadan
yüksək səs əmələ gətirən avtomobillərin istismarı qadağan olunur, yaşayış yerlərində müəyyən
saatlardan sonra hərəkət tərkibinin işlədilməsinə yol verilmir, səs siqnalının istifadə edilməsi
məhdudlaşdırılır və s.
Avtomobil nəqliyyatı tərəfindən yaranan səsin gücünü məhdudlaşdırmaq üçün (sanitar
normalarına müvafiq) Dövlət standartı (QOST 12.1.003 - 74) işlənilib hazırlanmışdır. Bu
92
standarta görə laboratoriya şəraitində səsin gücü 80 dB, şöbələrdə (sexlərdə) isə 90 dB-ə qədər
normalaşdırılır.
Səslə mübarizə tədbirləri kimi mühərrikin izolə edilmə dərəcəsinin yüksəlməsini onun
kapotunun örtüklə əhatə edilməsini, kapotun bir neçə qatdan ibarət səs batıran materiallardan
hazırlanmasını və s.-ni göstərmək olar. Bunlardan başqa avtomobilin səs batıranı səsi söndürmək
qabiliyyətinə malik poladlardan hazırlana bilər, ikiqat hazırlandıqda qatların arasına narın və
elastik polad material qoyula bilər, səs batıranın həcmi (ölçüləri) böyüdülə bilər və s. Belə
tədbirlərin yerinə yetirilməsi hesabına səsin gücü (10...14) dB azaldılır.
|