Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə117/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   109   110   111   112   113   114   115   116   117
texniki istismar

Daşımalarda elektromobillərin istifadə edilməsi.

 Bu nəqliyyat  növü ətraf  mühitin təmiz 

saxlanılması  baxımından ən  səmərəli  nəqliyyat vasitələrindən  biridir. Çünki,  neft  yanacaqlarına 

ehtiyacı yoxdur və istismar edildikdə zəhərli komponentlər yaratmır. Elektromobillər şəhər daxili 

daşımalar üçün istifadə olunur. Buna görə isə böyük şəhərlərdə akkumulyatorlarla işləyən kifayət 

qədər elektromobillərin olması tələb edilir. Kompleks nəqliyyat problemləri institutunun apardığı 

hesablamalara  görə  böyük  şəhərlər  üçün  gündəlik  yürüşü  65...70  km  olan  100...  120  min  ədəd 

elektromobil  (yük  daşımaları  üçün)  lazımdır.  Bu  avtomobillərin  kiçik  ehtiyat  yürüşlərinə  malik 

olması  onların  tətbiq  sahəsini  məhdudlaşdırır.  Ehtiyat  yürüşünü  artırmaq  üçün  isə 



94 

 

akkumulyatorları dolduran və ya batareyaların dəyişdirilməsinə imkan verən xüsusi stansiyaların 



olması  lazım  gəlir.  Bütün  bunlar  texniki  və  iqtisadi  cəhətdən  sərfəli  deyil.  Buna  baxmayaraq  5 

minə  qədər  kiçik  tonnajlı  avtomobillərin  elektromobillərlə  əvəz  edilməsi  ətraf  mühitin  təmiz 

saxlanılması ilə bərabər ildə 3 min ton benzinə qənaət etməyə imkan verir. 

   5. 


Avtomobil  nəqliyyatında  dizel  mühərriklərinin  tətbiq  sahəsinin  genişləndirilməsi.

  Bu 


mühərriklərin əsas  üstün cəhətləri odur ki, yüksək yanacaq qənaətliliyinə malikdirlər və işlənmiş 

qazların içərisində zəhərli tullantıların miqdarı azdır. Dizel mühərriklərində vahid nəqliyyat işinə 

düşən  neft  məhsullarının  miqdarı  benzinlə  işləyən  mühərriklərə  nisbətən  aşağıdır,  dizel 

mühərrikindən atmosferə atılan zəhərli maddələrin miqdarı 2...7 dəfə azdır. Onlardan başqa dizel 

mühərriklərinin  digər  üstünlüklərinə  baxmayaraq  (istehsalının  maya  dəyəri,  istismar  dövründə 

etibarlı işi və s.) nədənsə, onların bütün avtomobillərdə tətbiq edilməsi məsələsi ləngiyir.  

    6. 

Yanacaq  kimi  benzin  -  su  qarışığının  (emulsiya),  metanolun, hidrogenin  (ammonyakın 

və qaz kondensatının istifadə edilməsi. 

   Benzin - su qarışığı ilk dəfə avtobuslarda işlədilmişdir. Burada su benzinə əlavə aşqar kimi 

daxil edilmişdir. Bunun üçün su və benzin həddindən çox kiçik zərrəciklərə parçalanır ki, qarışıq 

son anda eyni cinsli alınsın. Emulsiyanın tərkibində suyun həcmi 10...30% arasında dəyişir. Belə 

qarışıq  nəinki  yanacaq  sərfinə  qənaət  edir,  həm  də  oktan  ədədini  yüksəldir,  yanmanı 

yaxşılaşdırır,  tullantı  kimi  atılan  dəm  qazının  və  azot  oksidlərinin  miqdarını  xeyli  azaldır.  Bu 

xüsusiyyətləri  nəzərə  alaraq  benzin-su  qarışığı  istehsal  edən  sənaye  qurğusu  layihə  edilib 

hazırlanmışdır. Bu qurğu saatda 3 tona qədər emulsiya istehsal edir. Bu isə tərkibində 500...600 

avtobusu olan avtonəqliyyat  müəssisəsinin yanacaqla təmin  edilməsi üçün  kifayətdir. Benzin-su 

qarışığının  geniş  istifadə  edilməsinin  qarşısını  alan  əsas  səbəb  onda  aşağı  temperaturlarda  buz 

kristallarının əmələ gəlməsidir. Buna görə emulsiyanın qış aylarında (0°C-dən aşağı) işlədilməsi 

qeyri - mümkündür. 

    Benzin və dizel yanacaqlarının əvəzinə sintetik spirtlərin işlədilməsi mütəxəssisləri çoxdan 

düşündürürdü. Neft  məhsullarına  olan tələbatın yüksəlməsi  bu yanacaqların (əsasən  metanol və 

etanolun) istifadə edilməsini sürətləndirdi. Yanacaq kimi metanolun (metil spirti) tətbiq edilməsi 

daha  münasib  hesab  olunur.  Çünki,  onun  detonasiyaya  davamlılığı  və  işçi  prosesinin  f.i.ə. 

yüksəkdir, işlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarı azdır. Benzin əvəzinə təmiz 

metanolun işlədilməsi azot  oksidlərini 1,5...2,0  dəfə, karbohidrogenləri 1,3..-1,7  dəfə aşağı  salır 

(dəm  qazının  miqdarı  demək  olar  ki,  dəyişmir).  Bu  göstərilən  müsbət  xüsusiyyətlərinə 

baxmayaraq  metanolun  tətbiqi  avtomobilin  konstruksiyasında  dəyişikliklərin  edilməsini  tələb 

edir.  Belə  ki,  yanacaq  bakının  həcmi  artmalı,  jiklyorların  en  kəsik  sahələri  böyüməli,  ətraf 

mühitin istənilən temperaturunda  mühərriki  sərbəst (asanlıqla) işə salmaq  üçün  əlavə  qurğunun 

qoyulması  lazım  gəlir.  Buna  görə,  hazırda  neft  yanacaqlarının  ehtiyatı  tükəndiyi  bir  dövrdə 

metanoldan  benzinə  əlavə  qarışıq  kimi  istifadə  etmək  daha  məqsədəuyğundur.  Aparılan  elmi-

tədqiqat  işləri  göstərir  ki,  yanacaq  kimi  benzometanol  qarışığı  istifadə  edildikdə  (15%  metanol 

və  7%  stabilizator  -  izobutil  spirti)  avtomobilin  dinamiki  keyfiyyətləri  6%,  mühərrikin  gücü 

3...5%  yüksəlir,  hava  hövzəsinə  atılan  azot  oksidlərinin  və  karbohidrogenlərin  miqdarı  uyğun 

olaraq 30...35%  və 20% azalır,  benzinə 14%-ə  qədər qənaət  edilir. Bununla belə  benzometanol 

qarışığının da istifadə edilmə sərhəddi məhduddur. Birinci ona görə ki, soyuq mühərriki havanın 

temperaturu  26°C-yə  qədər  olduqda  işə  salmaq  olur,  ikinci  isə  odur  ki,  metanol  zəhərlidir,  onu 

birləşmələri yüksək dərəcədə kipləşdirilmiş qida sistemində saxlamaq mümkündür. 

   Elmi məqsədlər üçün bir sıra elmi-tədqiqat institutlarında və ali məktəblərdə benzin-etanol 

qarışığından  da  istifadə  edilmişdir.  Qeyd  edək  ki,  avtomobil  yanacağı  kimi  etanol  bir  sıra 

istismar  xüsusiyyətlərinə  görə  (istilik  törətmə  qabiliyyəti,  oktan  ədədi  və  s.)  metanoldan 

üstündür. 

   Son illər avtomobil yanacağı kimi hidrogenin işlədilməsi sahəsində geniş elmi və təcrübəvi 

araşdırmalar  yerinə  yetirilir.  Digər  yanacaq  növlərinə  görə  hidrogen  bir  çox  fiziki-kimyəvi 

üstünlüklərə  malikdir:  yüksək  yanma  sürəti,  həmçinin  temperaturu  var,  alovlanma  sərhədləri 

genişdir, yanma məhsullarının tərkibində CO, NOx və CH kimi zəhərli maddələr yoxdur və s. 



95 

 

   Hidrogen  - hava qarışığının istilik törətmə qabiliyyəti aşağı olduğu üçün (benzinə nəzərən) 



mühərrikin  gücü  15...20%  azalır.  Bu  halda  (xüsusən  mühərrikin  kiçik  və  orta  boş  işləmə 

rejimlərində) tullantıların içərisində dəm qazının və azot oksidlərinin miqdarı uyğun olaraq 13 və 

5 dəfə, karbohidrogenlərin miqdarı isə 30% azalır. 

    Hidrogenin istifadə edilməsinin əsas çətinliyi odur ki, maye halında saxlanılması üçün ona 

enerji cəhətdən ekvivalent olan benzinin saxlanılması üçün lazım olan tutumdan 3,5 dəfə böyük 

həcm  lazımdır.  Elə  bu  xüsusiyyətinə  görə  avtomobil  nəqliyyatında  hidrogenin  geniş  istifadə 

edilməsi  mümkün  deyil  (partlayış  yaratma  qabiliyyəti  var).  Buna  görə  avtomobillərdə 

hidrogendən  yüksək  qaynama  xassəsinə  malik  kimyəvi  yanacaqların  tərkibində  istifadə  olunur. 

Belə  yanacaq  növlərindən  biri  ammonyakdır.  O,  sadə  istehsal  texnologiyasına,  təmin  edici 

termodinamiki  göstəricilərə  malikdir,  nisbətən  ucuz  başa  gəlir.  Normal  şəraitdə  ammonyak 

xarakter  iyi  olan  rəngsiz  qazdır,  normal  temperaturda  və  0,6...0,7  MPa  təzyiqdə  ammonyak 

mayeləşir. Enerji tutumu baxımından o, benzin, metanol və hidrogendən uyğun olaraq 2,4; 1,1 və 

6,4 dəfə geri qalır. Bununla belə ammonyak yüksək detonasiyaya davamlılığı ilə fərqlənir (oktan 

ədədi  100-dən  çoxdur).  Ammonyakın  əsas  mənfi  xüsusiyyətləri  korroziya  aqressivliyinə  malik 

olması  və  tullantıların  içində  azot  monooksidinin  (zəhərli  element)  olmasıdır.  Vahid  nəqliyyat 

işinə  düşən  və  atmosferə  buraxılan  zəhərli  birləşmələrin  xüsusi  çəkisi  ammonyak  üçün 

hidrogendən 1,6 dəfə, benzindən isə 2,8 dəfə azdır. 

    Son  zamanlar  avtomobil  yanacağı  almaq  üçün  qaz  kondensatlarından  əlavə  xammal 

mənbəyi  kimi  istifadə  edilir.  Qaz  kondensatları  normal  şəraitdə  təbii  qazlardan  alınan  maye 

şəklində karbohidrogenlərdən ibarətdir. Qaz kondensatlarının  fiziki  - kimyəvi göstəriciləri  dizel 

yanacaqlarının  istismar  xüsusiyyətlərinə  yaxın  olduğundan  onlar  dizel  mühərriklərində  tətbiq 

edilir.  Qaz  kondensatı  istifadə  edildikdə  işlənmiş  qazların  tüstülənmə  dərəcəsi  təxminən  10% 

aşağı düşür. 

     7. 


Avtomobillərdə  havaya  atılan  işlənmiş  qazların  tərkibini  neytrallaşdıran  qurğuların 

(sistemlərin) istifadə edilməsi.

 Bu qurğular avtomobilin konstruksiyasına əlavə  olunur və xaricə 

buraxılan  tullantıların  tərkibini  zəhərli  birləşımələrdən  təmizləyir.  Belə  sistemlərin  iş  prinsipi 

zəhərli  maddəbrin  fiziki-kimyəvi  işlənilməsinə  əsaslanır.  Bunun  üçün  istifadə  edilən 

katalizatorlar baha başa  gələn  palladium  və  platindən  hazırlanır. Bu kimyəvi  elementlər yüksək 

selektiv  xüsusiyyətə  və  ömür uzunluğuna  malikdirlər. Neytrallaşdırıcı  qurğularda adları  çəkilən 

az tapılan metallardan istifadə edildiyi üçün onların istehsal dəyəri yüksəkdir.  

   8. 


Yük  və  sərnişin  daşımalarında  qaz  balonlu  avtomobillərin  istifadə  edilməsi.

  Bu 


avtomobillərin  konstruktiv  xüsusiyyətləri  imkan  verir  ki,  ANM-nin  müvafiq  bölmələrində  heç 

bir texniki dəyişiklik aparmadan onların istismarı, saxlanılması, texniki qulluğu və təmiri yerinə 



yetirilsin. 

 

 

 

 

 

Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə