Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə12/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   8   9   10   11   12   13   14   15   ...   117
texniki istismar
2021-2022 Yaz Kollokviumların keçirilməsi qaydaları SON
texniki  vəziyyətini

təyin  edir.  Hərəkət  tərkibi  texniki 

cəhətdən 

sazdırsa

,  bu,  o  deməkdir  ki,  onun  bütün  parametrləri  texniki  sənədlərdə  verilmiş 

normativ qiymətlərinə uyğundur. 

 

Avtomobilin texniki vəziyyəti 

 

Avtomobilin  xətdə  məhsuldar  və  effektiv  işi,  həmçinin  onun  ətraf  mühit  üçün  təhlükəsiz 

hərəkəti yalnız saz texniki vəziyyətində mümkündür. Avtomobil, aqreqat, qovşaq və hər bir detal 

(müasir avtomobildə sayı 4000-dən çoxdur) istehsalçı-zavodda işlənib hazırlanmış cizgilər üzrə , 

ölçülərə  təyin  olunmuş  müşahidələrlə  və  müəyyən  texniki  şərtlərə  əməl  olunmaqla  hazırlanır. 

Bütün  bu  detallar  və  qovşaqlar  müəyyən  qayda  ilə  aqreqatlara  və  bütöv  avtomobilə  yığılaraq 



struktur

, yəni quruluş, konstruksiya – birgə işləyən detallar çoxluğu əmələ gətirir. 

Avtomobil aqreqatının və onun qovşaqlarının strukturu aşağıdakılarla xarakterizə olunur: 

1) detalların (struktur elementlərinin) qarşılıqlı yerləşməsi; 2) bu detalların forma və ölçüləri; 

3) detalların bir-birilə birləşməsi (qovuşması) növü; 4) bu detalların bir-birilə  qarşılıqlı təsirinin 

xarakteri. 

Məsələn,  minik  avtomobilinin  mexaniki  ötürmələr  qutusunun  strukturu  aşağıdakılarla 

xarakterizə  olunur:  karterdə  əsas  üç  valın  –  birinci,  ikinci  (  bir  oxda)  və  aralıq    (paralel  oxda) 

valların  qarşılıqlı  yerləşməsi  ilə;  valların  və  dişli  çarxların  ölçüləri  (diametrləri)  və  onların 

dişlərinin  forması  ilə;  dişli  çarxların  vallarla  qovuşma  (şlisli,  şponkalı),  valların  yastıqlarla 

qovuşma  (  diyirlənmə,  sürüşmə)  növü  ilə;  dişli  çarxların  qarşılıqlı  təsir  (  daimi  ilişmə, 

ötürmələrin dəyişdirilməsi) xarakteri ilə.  

Aqreqatın  strukturu  verilmiş  işçi  funksiyaların  yerinə  yetirilməsini  təmin  edir.  Məsələn, 

mühərrik  müəyyən  güc  yaradır,  diferensial-  burucu  momenti  aparan  körpünün  təkərləri  üzrə 

paylayır, dönmələrdə isə təkərlərin müxtəlif bucaq sürətləri ilə fırlanmasını təmin edir. 

Uzunmüddətli istismar prosesində makrostruktur dəyişmir, mikrostruktur isə bir sıra dağılma 

prosesləri nəticəsində tədricən dəyişir. 

 Avtomobil,  aqreqat  və  ya  qovşağın 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə