Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


asılı  və  asılı olmayan



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə18/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   14   15   16   17   18   19   20   21   ...   117
texniki istismar

asılı 

və 


asılı olmayan

 imtinalara da bölünürlər. 



Başqa bir imtinanın baş 

verməsi  nəticəsində  yaranan  imtinalara  asılı  olan  imtinalar  deyilir.Özünün  baş  verməsi  digər 

elementlərdə imtinalar əmələ gətirmirsə belə imtinalara asılı olmayan imtinalar deyilir.

 Porşen 


üzüyünün sınması nəticəsində mühərrikin silindr divarının cızılması asılı olan, şinlərin deşilməsi 

asılı  olmayan  imtinalara  misal  ola  bilər.  Texniki  istismarın  qarşısında  duran  əsas  məsələlərdən 

biri  də  nəqliyyat  prosesi  dövründə  (yəni  istismar  zamanı)  hərəkət  tərkibində  və  yaxud  onun 

aqreqatlarında  baş  verəcək  imtinaların  və  nasazlıqların  qarşısını  almaqla  bərabər  onları  aradan 

qaldırmıaqdır. 

Belə  profilaktik  və  bərpa  xarakterli  tədbirlər  texniki  qulluq  və  təmir  vasitəsilə 

yerinə yetirilir. 

    Yenidən  tormoz  mexanizminin  texniki  vəziyyətinin  dəyişməsinə  baxaq  (şəkil  1.3.). 

Yürüşlə  düz  mütənasib  olaraq  tormoz  mexanizminin  detalları  (tormoz  barabanı  və  qəliblər) 

yeyildiyi üçün araboşluq 

1

l

yürüşündə  buraxıla  bilən sərhəd  qiymətinə  çatır.  Buna uyğun  olaraq 

tormoz  yolu da artır. Tormoz  mexanizminin 

1

l

yürüşündən  sonra istismarı imtinaların,  yəni  yol-

nəqliyyat qəzalarının (tormoz yolunun normadan kənara çıxması hesabına) baş verməsinə səbəb 

olur.  Bunun  qarşısını  almaq  üçün  tormoz  mexanizmində  profilaktik  xarakterli  texniki  təsirlər 

(yuxanda  qeyd  edildiyi  kimi     

1

l

  yürüşündə  nizamlama  işləri)  yerinə  yetirilir.  Beləliklə, 

mexanizmin  işləmə  qabiliyyəti  hər  dəfə  uyğun  olaraq 

n

i

l

l

l

l

,...


,

2

1



yürüşlərindən  sonra  bərpa 

olunur. Bununla da mexanizmdə baş verəcək imtinaların və nasazlıqların qarşısı alınır. 

   Başqa  bir  misala  baxaq.  Bilirik  ki,  şkvoren-oymaq  birləşməsi  bir  qayda  olaraq  müəyyən 

yürüşdən  sonra  yağlanır.  Bu  proses  müəyyən  fasilə  ilə  təkrar  olunur.  Bu  onunla  izah  edilir  ki, 

şkvoren-oymaq  birləşməsi  açıq  birləşmə  olduğu  üçün  istismar  müddətində  ora  müxtəlif  zərərli 

mexaniki qarışıqlar (toz, palçıq, su) düşür, yağın yağlama qabililyyəti pisləşir, detalların yeyilmə 

dərəcəsi artır. 

Şkvoren  və  onun  oymaqlarının  ömüruzunluğu  yağlama  periodikliyi  kiçik  olduqca  yüksəlir. 

Şəkil  1.4-dən  göründüyü  kimi  yağlama  hər  1000  km.  yürüşdən  sonra  aparıldıqda  şkvorenin 




12 

 

resursu 110 min km., hər dörd min km.-dən bir aparıldıqda isə həmin resurs 74 min km.-ə enir, 



yəni şkvorenin ömür uzunluğu 32% azalır. 

 

 



                                 Şəkil 1.4. TQ-un periodikliyinin (

TQ

L

, min km.) detalın 

                                                 (şkvorenin) resursuna 

(L

r

, min km.) təsiri. 

 

     Beləliklə, birinci misalda nizamlama işi aparmaqla tormoz mexanizmində imtinaların baş 



verməsinin  qarşısı  alındığı  halda,  ikinci  misalda  yağlama  periodikliyini  dəyişməklə 

şkvoreninresursu  yüksəldi.  Buradan  bir  daha  aydın  olur  ki,  istismar  zamanı  müxtəlif  texniki 

tədbirlər  vasitəsilə  nəqliyyat  vasitəsinin 

texniki  vəziyyətini  idarə  etmək

  mümkündür,  texniki 

vəziyyətin  parametrlərinin  dəyişmə  gərginliyini  azaltmaq  olar,  imtinaların  və  nasazlıqların 

qarşısı  alına  bilər.  Kompleks  şəkildə  yerinə  yetirilən  və  avtomobilin  texniki  vəziyyətinin  tələb 

olunan səviyyədə saxlanılması məqsədi ilə görülən tədbirlər texniki qulluğu təşkil edir. 

     Istismar  dövründə  baş  verə  biləcək  nasazlıqların  və  imtinaların  qarşısını  almaq, 

detalların yeyilmə şiddətini azaltmaq və beləliklə, hərəkət tərkibinin işləmə qabiliyyətini normal 

səviyyədə saxlamaq üçün görülən kompleks texniki təsirlərin cəminə 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə