Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


Avtonəqliyyat  vasitəsinin    cari  təmiri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə22/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   18   19   20   21   22   23   24   25   ...   117
texniki istismar

Avtonəqliyyat  vasitəsinin    cari  təmiri

  −  onun  istismarı  prosesində  baş  verən  imtina  və 

nasazlıqların aradan qaldırılmasıdır. 

İşləmə qabiliyyəti

 − avtonəqliyyat vasitəsinin (aqreqat, qovşaq, mexanizm və sistemlərinin) elə 

bir  vəziyyətidir  ki,  o,  öz  funksiyalarını  texniki  sənədlərin  tələbləri  ilə  müəyyən  olunmuş 

parametrlərlə yerinə yetirməyə qabildir. 



İmtina

 − avtonəqliyyat vasitəsinin işləmə qabiliyyətinin tam və ya qismən itirməsi ilə baş verən 

hadisədir. İmtina zamanı avtonəqliyyat vasitəsinin işi dayandırılır. İmtinanın baş verməsi həmişə 

nasazlığın  yaranması  ilə  əlaqədardır.  Nasazlığın  yaranması  heç  də  həmişə  imtinanın  baş 

verməsinə səbəb olmur.  

Sazlıq -

 avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, onun bütün parametrləri  baxılan zaman 

anında  texniki  sənədlərdə  (standartlar,  texniki  şərtlər  və  b.)  verilmiş    tələblərə  (normativ 

qiymətlərə)  uyğundur. 



Nasazlıq

  −  avtonəqliyyat  vasitəsinin  elə  bir  vəziyyətidir  ki,  o,  baxılan  vaxt  anında  texniki 

sənədlərdə  (standartlar,  texniki  şərtlər  və  b.)  müəyyən  olunmuş  tələblərin  heç  olmasa  birinə 

cavab vermir və ya uyğun deyildir. 

Avtoservis  müəssisəsində  avtomobil  yerləri  texnoloji  təyinatına  görə  işçi  və  köməkçi 

postlara, gözləmə avtomobil-yerlərinə bölünür. 

Avtonəqliyyat  vasitəsinin   texniki  qulluğu   və  cari təmiri aparılan 

işçi  post

 − avtonəqliyyat 

vasitəsinin    üzərində  bir  və  bir  neçə  bircins  işlərin  yerinə  yetirilməsi  üçün  istehsalat  sahəsinin 

texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş  bir hissəsidir. İşçi postda bir və ya bir 

neçə işçi yer ola bilər. 

Resurs

 – obyektin istismara başladığı andan  son həddinə (silinənə)  qədər  işləmə  müddətinə 

(yürüşünə)  deyilir.  Obyektin  baxılan  cari  andan  son  həddinə  (silinənə)  qədər  işləmə  müddətinə 

onun 


qalıq resursu

 (yürüşü) deyilir.  



İşçi yer

 − işçinin (fəhlənin) konkret işi (texnoloji əməliyyatı) yerinə yetirmək üçün istehsalat 

sahəsinin  texnoloji  avadanlıqla,  tərtibatlarla,  alətlərlə  təchiz  edilmiş  bir  hissəsi  olan  əmək 

fəaliyyəti zonasıdır. 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə