Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə34/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   30   31   32   33   34   35   36   37   ...   117
texniki istismar

Diyirlənmə  sürtünməsi

  iki  səth  arasında  əmələ  gələn  elə  sürtünməyə  deyilir  ki,  həmin 

səthlərin toxunma nöqtələrindəki sürətlərin qiymət və istiqaməti eyni olsun. Bu sürtünmə ən çox 

kürəli və diyircəkli yastıqlar üçün xarakterikdir. 

    Sürtünmədə  iştirak  edən  səthlərin  toxunma  nöqtələrindəki  sürətləri  qiymət  və  yaxud 

istiqamətcə  fərqlənərsə  belə  səthlərin  arasında  əmələ  gələn  sürtünməyə  sürüşmə  sürtünməsi 

deyilir.  Sürüşmə  sürtünməsi  dirsəkli  valın  əsas  və  şatun  boyunlarında,  paylayıcı  valın 

yastıqlarında daha çox müşahidə edilir. 



Mürəkkəb  sürtünmədə

  həm  diyirlənmə  və  həm  də  sürüşmə  sürtünməsi  eyni  zamanda  baş 

verir.  Buna  görə  bu  sürtünməyə  bəzən  qarışıq  sürtünmə  də  deyilir.  Belə  sürtünmə  dişli  çarx 

ötürmələrində meydana çıxır. 

    İstər  sürtünmə  prosesi  və  istərsə  də  detalların  yeyilməsi  bir  sıra  amillərdən 

(deformasiyaların  növündən  və  xarakterindən,  sürtünən  səthlərin  texniki  vəziyyətindən,  işləmə 

rejimindən, şəraitindən və s.) asılıdır. 

     Sürtünmənin kəmiyyətcə xarakteristikası sürtünmə əmsalı 



f

 ilə qiymətləndirilir ki, bu da 

sürtünmə  qüvvəsinim  (

F

)  detalların  səthinə  təsir  edən  xarici  qüvvələrin  normalına  (



N

)  nisbəti 

kimi təyin edilir: 

f = F/N

 

     Sürtünmə  əmsalının  qiyməti  materialın  keyfiyyətindən,  səthlərin  yerdəyişmə  sürətindən, 



onlara  düşən  yükləri,  yağların  fiziki-kimyəvi  xüsusiyyətlərindən,  verilmə  üsulundan  və  s.-dən 

asılıdır.  Sürtünmə  əmsalının  (o  cümlədən  sürtünmə  qüvvəsinin)  qiymətini  aşağı  salmaq  üçün 

sürtünmə  səthlərinin  arasına  yağ  vurulur.  Sürtünən  səthlərin  arasında  yağın  iştirakına  görə 

detallarda 



üç növ

 sürtünmə müşahidə edilir: a) quru; b) mayeli və v) sərhəd sürtünmələri. 

     Əgər  sürtünmə  qarşılıqlı  əlaqədə  detalların  bilavasitə  materialları  arasında  gedirsə 

(sürtünən səthlər arasında üçüncü element yoxdur) belə sürtünməyə 



quru sürtünmə

 deyilir. Quru 

sürtünnməyə ilişmə muftasındakı, tormoz sistemindəki sürtünmələri misal göstərmək olar. 

    Əgər  sürtünmə  detalların  səthləri  arasında  olan  yağın  layları  (molekulları)  arasında 

gedirsə, yəni, yağ qatının qalınlığı sürtünən səthlərin çıxıntılarının hündürlüyündən böyükdürsə, 

bu  halda  əmələ  gələn  sürtünməyə 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə