Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə35/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   31   32   33   34   35   36   37   38   ...   117
texniki istismar
2021-2022 Yaz Kollokviumların keçirilməsi qaydaları SON
mayeli  sürtünmə

  deyilir.  Mühərrikin  və  transmissiya 

aqreqatlarının detalları arasındakı sürtünmə mayeli sürtünməyə misaldır. 

Sərhəd sürtünməsi 

elə səthlər arasında əmələ gələn sürtünməyə deyilir ki, həmin səthlər bir-

birlərindən həddindən çox nazik yağ təbəqəsi ilə ayrılırlar. Bu yağ təbəqəsinin qalınlığı təxminən 

0,1  mkm-na  bərabər  olur  və  özü  də  sürtünən  səthlərin  materiallarının  molekulyar  ilişmə 

qüvvələrinin təsirindən detalların üzərinə hopdurulur. Bu sürtünməyə misal olaraq dişli çarxların 

dişləri arasındakı, kürəcikli  yastıqlardakı və ümumiyyətlə yüksək xüsusi təzyiqlərə  məruz qalan 

detallarda əmələ gələn sürtünmələri göstərmək olar. 

       Praktiki olaraq nəqliyyat vasitələrinin detallarında qarışıq sürtünmə (yarım mayeli, yarım 

quru) gedir. 



22 

 

      Sürtünmə  prosesinin  nəticəsində  yeyilmə  prosesi  əmələ  gəlir.

  Detalların  forma,  çəki  və 

ölçülərinin  tədricən  dəyişməsinə 



yeyilmə  prosesi 

deyilir.  Yeyilmə  prosesi  təbii  olaraq  bütün 

detallarda gedir. 

     Yeyilmə prosesinin məhsuluna (nəticəsinə) 



yeyilmə 

deyilir. Yeyilmə kəmiyyətcə sürtünən 

detalların çəkilərinin və ölçülərinin dəyişməsi ilə qiymətləndirilir. 

    Yeyilmə prosesi adətən yeyilmə sürəti və yeyilmə gərginliyi (tempi, şiddəti) ilə xarakterizə 

edilir. Yeyilmənin mütləq qiymətinin yeyilmə müddətinə olan nisbətinə 

yeyilmə sürəti 

deyilir və 

mk/saat, mq/saat, mm

3

/saat ilə ölçülür. Yeyilmənin mütləq qiymətinin vahid yürüşə və ya vahid 



nəqliyyat işinə düşən miqdarına 

yeyilmə tempi 

deyilir, mk/km, mk/t·km ilə ölçülür. 

     Yeyilmənin mütləq qiyməti dedikdə yeyilmə prosesi nəticəsində detalın sürtünmə səthinə 

perpendikulyar istiqamətdə xətti ölçüsünün dəyişməsi başa düşülməlidir. 

Ümumiyyətlə,  texnikada  yeyilmənin  müxtəlif  növlərindən  istifadə  edilir.  Nəqliyyat 

vasitələrinin texniki istismarında aşağıdakı yeyilmə növlərinə daha çox təsadüf edilir: 

1. Mexaniki yeyilmə. 

2. Molekulyar-mexaniki yeyilmə. 

3. Korrozion-mexaniki yeyilmə. 

       Mexaniki  yeyilmənin  özünün  aşağıdakı  növləri  mövcuddur:  a)  abraziv  yeyilmə;  b) 

plastik  deformasiya  nəticəsində  yaranan  yeyilmə;  v)  kövrək  dağılma  təsirindən  əmələ  gələn 

yeyilmə; q) sürtünmə səthinin yorğunluğundan törənən yeyilmə. 

   Sürtünmə  səthləri  arasına  düşmüş  kənar  materialın  (elementar  maddi  bərk  hissəciyin) 

kəsmə və ya cızma şəklində əmələ gətirdiyi yeyilməyə 



abraziv 

yeyilmə deyilir. Elementar kiçik 

hissəciklər  yeyilmə  tempini  sürətləndirir.  Abraziv  yeyilməyə  misal  olaraq  avtomobilin  toz  və 

palçıq  düşə  bilən  açıq  birləşmələrindəki  (şkvoren-oymaq,  ressor  barmağı-oymaq,  sükan 

dartqılarının kürəcikli oynaqlarını  və s.),  mühərrikin silindr-porşen qrupunda əmələ gələn (hava 

ilə birlikdə tozun sistemə daxil olması) yeyilmələri göstərmək olar. 

   Normadan  bir  neçə  dəfə  böyük  yüklər  altında  işləyən  detallarda  əmələ  gələn  yeyilməyə 

plastik  deformasiya 

təsirindən  yaranan  yeyilmə  deyilir.  Bu  yeyilmənin  xarakterik  xüsusiyyəti 

odur  ki,  burada  detalların  çəkisi  sabit  qalır,  lakin  ölçüləri  dəyişir.  Bu  növ  yeyilmə  yastıqlarda 

daha çox müşahidə olunur. Belə ki, yastıqların üzərinə çəkilmiş antifriksion qat yüksək qiyınətli 

yüklərin təsirindən sürüşmə istiqamətində öz yerini dəyişir.                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 

   Kövrək dağılmadan 

yaranan yeyilmənin mahiyyəti odur ki, sürtünmə nəticəsində detalların 

səthləri  kövrəkləşir,  daha  az  kövrəkliyə  malik  materialdan  hazırlanmış  detalın  səthi  ovulmağa 

başlayır. Bu proses təkrar edildiyi üçün səthlərin yeyilməsi şiddətlənir. Belə yeyilməyə kürəcikli 

və  diyircəkli  yastıqların  halqalarını,  klapanların  oturma  səthlərinin,  əsas  və  şatun  boyunlarının 

yastıqlarının  yeyilmələrini  misal  göstərmək  olar. Bu  növ  yeyilmə  zərbəli  yüklər altında işləyən 

detallarda daha çox baş verir. 

   Yorğunluq 

təsirindən  əmələ  gələn  yeyilmə  tez-tez  yüksək  gərginliklərə  məruz  qalan 

səthlərdə  müşahidə  edilir.  Bu  yeyilmə  sürtünən  səthlərdə  mikroçatlamaların  və  yarıqların 

törənməsi  ilə  xarakterizə  edilir.  Reduktorların  dişli  çarxlarının  işçi  səthlərində  əmələ  gələn 

yeyilmələr bu yeyilməyə misal ola bilər. 

   Sürtünmənin  səthlərində  detalların  materiallarının  molekulyar  ilişmə  qüvvələrinin 

təsirindən  yaranan  yeyilməyə 

molekulyar-mexaniki 

yeyilmə  deyilir.  Sürtünən  səthlər  tamamilə 

hamar  olmadıqlarından  çıxıntılar  vasitəsilə  yerli  kontakt  nöqtələrinə  malikdirlər.  Kontakt 

nöqtələrin  vasitəsilə  həddindən  çox  yüklər  ötürüldüyü  üçün  yüksək  nisbi  sürətlərdə  temperatur 

artır,  yağ  qatı  buxarlanır,  nəticədə  kontakt  nöqtələrində  metal  hissəciklərinin  ilişməsi  yaranır. 

Mexanizmin sonrakı işləmə anında bu əlaqə dağılır, səthlərin birində çökmə, digərində isə çıxıntı 

əmələ  gəlir,  yəni,  səthlərin  birindən  digərinə  metal  köçürülür.  Bu  proses  təkrar  edildiyi  üçün 

yeyilmə  artır.  Mexanizmlərin  uyuşma  dövrünə  xas  olan  yeyilməni  molekulyar-mexaniki 

yeyilməyə misal göstərmək olar. 

    Sürtünən  səthlərin  materialları  ilə  ətraf  mühitin  (oksigenin)  qasrşılıqlı  təsirindən  əmələ 

gələn  yeyilməyə 

korrozion-mexaniki 

yeyilmə  deyilir.  Havanın  oksigeni  təsirindən  detalların 

səthlərində oksid təbəqəsi əmələ gəlir ki, bu da mexaniki sürtünmə nəticəsində silinir. Bu proses 



23 

 

daim  təkrar  edilir.  Korrozion-mexaniki  yeyilmə  mühərrikin  silindr-porşen  qrupu  detallarında 



müşahidə  olunur  (yanacaqlarda  kükürdlü  və  üzvi  turşuların  olması  hesabına  korroziya  əmələ 

gəlir). 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


24 

 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə