Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə38/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   34   35   36   37   38   39   40   41   ...   117
texniki istismar

Yeyilmənin təyin olunma üsulları.Detallarda korroziya və köhnəlmə prosesi. 

Yeyilmənin təyin olunma üsulları 

 

    Detalların  yeyilmə  dərəcəsini  kəmiyyətcə  qiymətləndirmək  üçün  onun  ədədi  ölçüsünü 



aşağıdakı üsulların biri ilə təyin edirlər: 

1.  Mikrometr və birbaşa müşahidələr üsulları. 

2.  Yeyilmə məhsullarının yağda miqdarının təyin olunma üsulu. 

3.   Detalların çəkilərinin təyin olunma üsulu. 

4.    Spektral analiz üsulu. 

5.    Süni bazalar yaratmaq üsulu. 

6.     Radioaktiv izotoplar üsulu. 

      Bu  üsullar  içərisində 



mikrometr

  üsulu  öz  sadəliyi  ilə  fərqlənir.  Bu  üsulun  mahiyyəti 

ondan  ibarətdir  ki,  detalların  ölçüləri  sınaqdan  qabaq  və  sonra  ölçülür.  Təyin  edilmiş  ölçülər 

arasındakı  fərq  detalın  yeyilmə  dərəcəsini  göstərir.  Bu  üsulun  mənfi  cəhəti  odur  ki,  ölçülər 

yüksək  dəqiqliklə  təyin  edilə  bilmir,  çünki  mikrometr  dəqiq  cihaz  deyil,  həm  də  bu  üsul 

mexanizmlərin  sökülüb-yığılmasını  tələb  edir.  Mexanizmlər  hər  dəfə  yenidən  yığıldıqda  isə 

detallar  uyuşma  dövrünə  müvafiq  xarakterlə  yeyilir  ki,  bu  da  yeyilmənin  mütləq  qiymətinin 

təhrif olunmasına səbəb olur. 

     Bir  sıra  hallarda  mexanizm  və  aqreqatlarda  sökrmə-yığma  işlərini  aparmamaq  üçün 

mikrometr  üsulunun  təkmilləşdirilmiş  formasından  -  birbaşa  müşahidələr  üsulundan  istifadə 

edilir. Bu üsulda sınaqdan keçirilən (yeyilməsi təyin edilən) detalın üzərində nəzarət deşiyi açılır. 

İşləmə  prosesində  həmin  deşik  kip  bağlanır.  Detalın  yeyilmə  dərəcəsi  optik  cihazlar  vasitəsilə 

ölçülür. Bunun üçün nəzarət deşiyi vaxtaşırı açılır. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə