Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə53/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   49   50   51   52   53   54   55   56   ...   117
texniki istismar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


37 

 

Mühazirə 14. 



İstismar şəraitinin təsiri.Nəqliyyat vasitəiərinin saxlanma üsulları. Texniki qulluq və 

təmirin yerinə yetirilmə keyfiyyəti. 

İstismar şəratinin təsiri 

 

    Nəqliyyat  vasitələrinin  istismar  şəraiti  bir  çox  amillərlə  xarakterizə  edilir.  Bunların  hər 

birinin ayrılıqda NVTV-nə təsirini öyrənmək üçün bütün amilləri şərti olaraq aşağıdakı qruplara 

bölmək olar: 

1.  Yol şəraiti. 

2.  İqlim şəraiti. 

3.  İdarə edilmə üsulu (avtomobil nəqliyyatında). 

4.  Müəssisə ərazisində saxlanma üsulu. 

    Hərəkət  tərkibinin  istismar  edildiyi 

yol  şəraiti

  dedikdə  yolun  tipi,  yol  örtüyünün  texniki 

vəziyyəti, yolun mailliyi, havanın tozlanma dərəcəsi və hərəkətin gərginliyi nəzərdə tutulur. Yol 

şəraitindən asılı olaraq dirsəkli valın dövrlər sayı, mühərrikin gücündən və burucu momentindən 

istifadə  dərəcəsi  dəyişir.  Yol  şəraiti  həmçinin  güc  ötürücü  aqreqatların,  hərəkət  hissələrinin  və 

asqıların elastik elementlərinin işləmə rejimlərinə də çox təsir edir. 

   Təcrübələr  göstərir  ki,  yaxşı  vəziyyətdə  olan  torpaq  yollarda  avtomobilin  texniki  sürəti 

asfalt-beton  yollardakı  sürətindən  1,3-1,4  dəfə  azdır  (avtomobil  nəqliyyatı  üçün).  Pis  yollarda 

avtomobilin texniki  sürətinin aşağı düşmə səbəbləri onun dinamiki keyfiyyətlərinin tam istifadə 

edilə bilməməsi ilə izah olunur. 

   Mühərrikin  işləmə  rejiminin  onun  detallarının  yeyilməsinə  böyük  təsiri  var  (şəkil  3.4). 

Qrafikdən  görünür  ki,  minimum  yeyilmə  dərəcəsi  dirsəkli  valın  1200-2000  dövrlərində  əldə 

edilir.  Yuxarı  dövrlərdə  yeyilmənin  artması  mühərrikin  temperatur  rejiminin  və  yağlama 

şəraitinin  pozulması  ilə  izah  edilir.  Aşağı  dövrlərdə  yeyilmənin  yüksək  olması  isə  onunla 

əlaqədardır  ki,  yağın  hissələr  arasına  vurulma  sürəti  kiçik  olduğundan  sürtünən  səthlərdə  tam 

mayeli sürtünmə təmin edilmir. 

   Yol şəratinin avtomobilin texniki vəziyyətinə təsirini nəzərdən keçirək.  

 

 



Şəkil 2. Mühərrikin yeyilmə dərəcəsinin (J, mq./l000 km.) 

dövrlər sayından (n, d/dəq.) asılılığı 

 

    Avtomobilin  müxtəlif  yol  şəraitində  işlədilməsi  dirsəkli  valın  dövrlər  sayının  tez-tez 



dəyişməsinə  səbəb  olur.  Bu  isə  benzin  mühərrikləinrdə  işçi  qarışığının  hazırlanma 

texnologiyasını pozur, sorma borusunun divarlarında maye yanacaq qatı çökür. Əgər mühərrikin 



qərarlaşmış rejimində

 yanacaq qatının miqdarı verilən benzinin 1-2%-ni təşkil edirsə, bəzi xoşa 

gəlməyən  rejimlərdə  isə  bu  rəqəm  15-20%-ə  çatır.  Bu  yanacağın  müəyyən  hissəsi  silindrlərə 

keçir,  buxarlana bilmir,  silindr  divarlarından  yağı  sıyırır, karterə tökür, yağı durulaşdırır. Yağın 

keyfiyyəti pisləşdiyi üçün detallar yeyilir, onların ömür uzunluğu azalır. 

    Avtomobilin  pis  yollarda  (karyerlərdə,  daşlıq,  dağlıq  və  nahamar  yerlərdə)  istismarı  ilə 

əlaqədar  olaraq  detallarının  yeyilmə  dərəcəsinin  yüksək  olması  onunla  izah  edilir  ki, 

qeyri-

müntəzəm  iş  rejiminin

  təsirindən  zərbəli  yüklər  meydana  çıxır,  sürtünən  səthlərin  yağlanma 




38 

 

rejimi  pozulur,  aqreqatlar  tez-tez  dəyişən  rejimlərdə  işləməli  olur,  mexanizmlərdə  səslər  əmələ 



gəlir  və  s.  Məsələn,  silindr-porşen  qrupunun  detallarının  yeyilməsinin  əsas  səbəbi  sürtünən 

səthlərin üzərinə hava ilə daxil olan tozun ən kiçik hissəciklərinin  - kvarsın düşməsidir. Dirsək-

sürgüqolu  və  qazpaylama  mexanizmlərinin  yeyilmə  şiddətinin  artmasına  səbəb  abraziv 

hissəciklərin göstərdiyi təsirdir. 

    Yol  şəraiti  avtomobilin  elastik  elementlərinin  işləmə  müddətinə  də  böyük  təsir  göstərir. 

Tədqiqatlar  göstərir  ki,  asfalt-beton  yollarda  istismar  edilən  avtomobil  ressorunun  ömür 

uzunluğu  150-160  min  km.  olduğu  halda  nahamar  torpaq  və  daşlı  yollarda  ressorun  xidmət 

yürüşü  15-16  min  km-ə  enir.  Göründüyü  kimi  ressorun  işləmə  müddəti  orta  hesabla  10  dəfə 

azalır. Bu fərq ressor lövhələrində tez-tez dəyişən xarakterli gərginliklərin təsiri ilə izah edilir. 

Yolun  texniki  vəziyyəti  transmissiya  aqreqatlarının  işləmə  qabiliyyətinə  də  mənfi  təsir 

göstərir.  Avtomobil  çətin  keçilən  yol  şəraitində  istismar  edildikdə  onun  kiçik  ötürmələrdə 

işlədilmə  müddəti  yüksəlir,  tez-tez  ilişmə  muftasından  və  sürətlər  (ötürmələr)  qutusundan 

istifadə  edilir ki, bunun nəticəsində aqreqatların ömür uzunluğu qısalır. Yol şəraiti transmissiya 

detallarının  yeyilməsinə  də  öz  təsirini  göstərir.  Avtomobilin  asfalt-beton  yoldakı  yeyilmələrini 

vahid  qəbul  etsək,  onda  bir  sıra  tədqiqatlara  görə  çınqıllı  yollardakı  yeyilmələri  2,41,  torpaq 

yollardakı qiyməti isə 1,98-ə bərabər olur. 

   Yol şəraiti avtomobilin tormoz sisteminə və sükan idarəsinə, aparan təkərlərin yastıqlarına, 

hərəkət  hissələrinə  də  öz  təsirini  göstərir.  Burada  zərərli  halların  qarşısını  almaq  üçün  imkan 

daxilində  optimal  hərəkət  sürəti  seçməli,  normal  yağlama  şəraiti  təmin  etməli,  detalların 

normadan çox yüklənməsinin qarşısını almalı və s. bu kimi tədbirlər yerinə yetirilməlidir. 



İqlim  şəraiti

  ətraf  mühitin  orta  illik  temperaturu,  onun  minimum  və  maksimum  qiymətləri, 

yağıntıların miqdarı, havanın rütubətliyi və barometrik təzyiqi ilə xarakterizə edilir. İqlim şəraiti 

nəinki nəqliyyat vasitəsinin texniki vəziyyətinə hətta yolun xarakterinə də təsir edir. 

     Aşağı  temperaturlarda  konstruksiyada  baş  verən  imtinaların  və  nasazlıqların  sayı  artır. 

Tədqiqatlar  göstərir  ki,  qış  aylarında  avtomobilin  aqreqat  və  mexanizmlərində  baş  verən 

imtinaların sayı yay aylarına nisbətən 1,5-2 dəfə çoxdur. 

   Avtmombillərin yüksək temperatur şəraitində istismar edilməsi də çətinliklərlə əlaqədardır . 

Belə  ki,  havanın  temperaturu  40-50°C-yə  çatdıqda  avtomobilin 

istilik,  yük  və  sürət  rejimləri

 

dəyişir.  



    İqlim  şəraitinin  avtomobilin  texniki  vəziyyətinə  təsiri  onunla  xarakterizə  edilir  ki, 

temperaturun  təsirindən  konstruksiya  poladlarının,  metal  ərintilərin,  plastik  kütlələrin,  rezin  və 

digər  materialların  fiziki-kimyəvi,  həmçinin  mexaniki  keyfiyyətləri  dəyişir.  Bunlardan  əlavə 

avtomobillərdə  işlədilən  istismar  materiallarının  tərkibi  və  istismar  xüsusiyyətləri  iqlim 

şəraitindən  asılı  olaraq  müxtəlif  sərhədlərdə  dəyişir.  Havanın  temperaturunun  aşağı  düşməsi 

detalların kövrəkləşməsinə (xüsusən plastik kütlələrin), rezin materialların işləmə qabiliyyətinin 

itirilməsinə,  soyuducu  mayenin  (suyun)  donmasına,  mühərrikin  çətin  işə  düşməsinə  və  s.  xoşa 

gəlməyən hallara səbəb olur. 

Havanın  rütubətliliyinin  yüksək  olması  detalların  korroziyaya  uğramalarına  səbəb  olur. 

Nəticədə  metalların  yorğunluq  həddi  aşağı  düşür,  onların  elastikliyi  və  möhkəmliyi  azalır, 

detalların yeyilmə dərəcəsi yüksəlir və s. zərərli proseslər yaranır. 

    Hərəkət  tərkibinin  texniki  vəziyyətinə  təsir  göstərən  əsas  amillərdən  biri  də  mühərrikin 



istilik  rejimidir.

  Bu  rejim  havanın  temperaturu,  avtomobilin  yüklənmə  dərəcəsi  və  sürəti,  onun 

yük  altında  boş  dayanma  müddəti,  texniki  qulluğun  aparılma  keyfiyyəti  ilə  müəyyən  edilir. 

İstilik rejimindən asılı olaraq mühərrikin yeiylmə dərəcəsi dəyişir (şəkil 3.5). Qrafikdən görünür 

ki, temperatur 80°C-dən aşağı düşən kimi silindr divarlarının yeyilmə şiddəti kəskin surətdə artır. 

Bu, aşağı temperaturlarda silindrlərdə yağlama rejiminin dəyişməsi ilə izah edilir. Belə ki, istilik 

rejiminin  pozulması  yanacağın  fraksiya  tərkibinə  (tozlanmaya)  təsir  etdiyi  üçün  normal  işçi 

qarışığı  alınmır,  maye  şəklində  qalan  yanacaq  silindrin  divarlarındakı  yağı  sıyırır,  yeyilmələrin 

miqdarını  artırır.  Mühərrikin  silindrlərini  korrozion  -  mexaniki  yeyilmədən  qorumaq  üçün 

onların yuxarı hissələrinə gilizlər qoyulur. 




39 

 

    Aparılan  elmi  tədqiqatlar  göstərir  ki,  ümumi  şəkildə  mühərrikin  detallarının  yeyilmə 



dərəcəsi  soyutma  sistemində  suyun  və  karterdə  yağın  temperaturu  50°C-dən  aşağı  düşdükdə 

böyük sürətlə artır. 

 

Şəkil . Silindr divarlarının yeyilmə tempinin (J, mm./l000km.) 



temperaturdan (t, °C) asılı olaraq dəyişməsi. 

 

   Ətraf  mühitin  temperaturu  aşağı  düşəndə  avtomobilin  güc  ötürücü  mexanizmlərində 



müqavimətlər  yüksəlir.  Bu  müqavimətlərin  qiymətinə  əsasən  transmissiyanın  aqreqatlarındakı 

yağların düzgün seçilməsi detalların yeyilməsini azaltmaqla bərabər yanacaq sərfini aşağı salır. 

   Mühərrikin optimal istilik rejimini saxlamaqla avtomobilin ömür uzunluğunu artırmaq olur. 

Benzin  mühərriklərində  bu  rejim  soyutma  sistemində  suyun  temperaturu  80-85°C,  dizel 

mühərriklərində  isə  85-90°C  olduqda  əldə  edilir.  Bununla  həm  də  temperatur  rejimi  saxlanılır. 

Termostatın tətbiq edilməsi mühərrikin qızma vaxtını və detalların yeyilmə gərginliyini azaldır. 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə