Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə73/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   69   70   71   72   73   74   75   76   ...   117
texniki istismar

  diaqnostik  parametrin 

müvafiq 

olaraq başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur. 

Diaqnostika sistemləri. 

Obyekt kimi nəzərdən keçirilən avtomobilin, yaxud onun hər hansi aqreqat və mexanizminin 

diaqnostiıkası texniki sənədlərdə verilmiş xüsusi alqoritm (ardıcıl yerinə yetirilən əməliyyatların 

məcmuu)  əsasında  icra  edilir.  Bu  vaxi  müxtəlif  təyinatlı  texniki  vasitələrdən  istitadə  edilir 

(diaqnostika prosesinin əsas elementlərindən biri kimi). 

Obyekt,  diaqnostika  vasitələri  (texnoloji  avadanlıq)  və  alqoritm  birlikdə  (kompleksi) 

diaqnostika sistemini təşkil edir (şəkil 1.). 

Diaqnostika  obyektinin  işləmə  qabiliyyətinin  öyrənilmə 



mümkünlüyü

  onıın  istismar 

prosesində  lexniıki  vəziyyətinin  dəyişmə  qanunayğunluğundan  asılıdır.  Yəni  avtomobilin 

konstruksiyasında  elə  xarici  əlamətlər  (təzahürlər)  yaranmalıdır  ki,  onlara  əsasən  obyektin 

texniki  vəziyyəti  haqqında  mülahizə  yürüdülə  bilsin  və  texniki  vəziyyətin  parametrləri  sökmə-

yığma işləri aparılmadan bilavasitə ölçülə bilsinlər. 

Şəkil  1.-dən  göründüyü  kimi  diaqnostikada  işlədilən  texniki  vasitələr  iki  qrupa  bölünür 

(avtomobilin  konstruksiyasına  mövqeyi  baxımından):  xarici  (avtomobilin  konstruksiyasına  aid 

olmayan və laboratoriya şərailində  sərbəst istifadə  edilən)  və daxili (hərəkət tərkibinin üzərində 

quraşdırılan və onun tərkib hissəsi olan) avadanlıqlar. 

Obyektin işləmə xarakterinə göro funksional və test sislemli diaqnostikaları fərqləndirirlər. 

Funksional

  sistem  obyekt  özü  işlədiyi  zaman, 



test

  sistemli  isə  obyekt  müxtəlif  qurğular 

vasitəsilə (imitasiya avadanlığı ilə) işlədilən zaman aparılan diaqnostikaya deyilir.  

Bir neçə diaqnostika prosesi üçün olan sistem 



universal

, bir diaqnostika prosesi nəzərdə tutan 

sistem isə 

xüsusi

 diaqnostika sistemi adlanır. 




52 

 

Ümumi

  diaqnostika  sistemində  element  (avtomobil)  bütövlükdə  diaqnostika  obyekti  kimi 

qəbul  edilir  və  onun  texniki  vəziyyəti  istismara  yararlığı  baximindan  təyin  edilir. 



Lokal

  (fərdi) 

diaqnostika  sistemində  isə  elementin  tərkib  liissələri  (aqreqat,  sisteıw,  mexanizm)  diaqnostika 

edilir. 


Diaqnostik avadanlığın idarə olunma xarakterinə görə diaqnostika sistemi 

avtomatik 

və 


əl ilə

 

idarə edilən tipli olurlar.  



Diaqnostika  prosesi 

periodik

  və 


fasiləsiz

  aparıla  bilər.Birincisi,  müəyyən  yürüşlərdən  sonra 

texniki  qulluqdan,  həmçinin  avtomobilin  cari  təmirindən  əvvəl  xarici  avadanlıqla,  ikincisi  isə, 

hərəkət tərkibinin istismarı prosesindo daxili texniki vasitələrlə yerinə yetirilir. 

 

 

Elmi-texniki  tərəqqinin  nailiyyətlərinin  avtomobil  sənayesinə  tətbiqi  ilə  əlaqədar  müasir 



avtomobillərin konstruksiyalarının təkmilləşdirilməsi nəticəsində onların dinamikliyi, etibarlılığı, 

məbsuldarlığı  və  digər  istismar  xüsusiyyətləri  kəskin  yüksəlmişdir.Bununla  yanaşı  müasir 

avtomobillərin  konstruksiyaları  kifayət  qədər  mürəkkəbləşib,  onların  qiyməti  artıb  və  eyni 

zamanda  hərəkət  təhlükəsizliyi  tələbləri  yüksəlib.Bütün  bunlar  müasir  şəraitdə  avlomobillərin 

texniki  vəziyyətinin  daha  səmərəli  idara  edilməsinin  təşkil  edilməsi  üçün  operativ  nəzarətin 

tətbiqini  aktuallaşdırır.Avtomobillərin  texniki  vəziyyətinə  operativ  nəzarəti  texniki  qulluq  və 

təmir  sahələrindəki  diaqnostika  avadanlıqları  vasitəsi  ilə  təşkil  etmək  iqtisadi  və  təşkilati 

cəhətdən  səmərəli  deyil  və  mürəkkəb  prosesdir.Ona  görə  də  avtomobilin  texniki  vəziyyətinə 



operativ  nəzarəti

  təmin  etmək  məqsədi  ilə  konstruksiyada  quraşdırılan  diaqnostika  vasitələri 

daha geniş tətbiq edilir. 

Bu səbəbdən hal-hazırda dünyanın aparıcı avtomobil firmaları avtomobil konstruksiyalarında 

quraşdırılan diaqnostika vasitələrinin tətbiqinə yüksək diqqət yetirirlər. 

Funksional  tələbatına  görə  diaqnostika  vasitələri 



iki  qrupa

  bölünürlər.Birinci  qrup 

bütövlükdə  avtomobilin  və  ya  onun  bir  sıra  aqreqatlarının  diaqnostika  ediilməsi  üçün  nəzərdə 

tutulan diaqnostik  vasitələr kompleksindən ibarətdir.İkinci qrupa isə avtomobilin elementlərinin 

diaqnostikası üçün olan işçi və xüsusi diaqnostika vasitələri daxildir. 

Avtomobilin  diaqnostika  avadanlığı  ilə  əhatə  edilmə  dərəcəsi  baxımından  diaqnostika 

vasitələri 

üç  hissəyə

  bölünür:  avtomobilin  bütövlükdə  diaqnostikasının  ümumi  sisteminə  daxil 

olan vasitələr; avtomobilin ayrı-ayrı aqreqat, sistem, mexanizm və qovşaqlarınm lokal sisteminə 

daxil olan vasitələr; ayrılıqda tətbiq edilən diaqnostika vasitələri. 




53 

 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə