Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə80/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   76   77   78   79   80   81   82   83   ...   117
texniki istismar

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


59 

 

Mühazirə 22. 



Diaqnostika prosesləri 

Diaqnostikanın növləri və üsulları 

 

Diaqnostika prosesinin mahiyyəti müəyyən miqyasda sistemin struktur parametrlərini təyin edən, 

diaqnostik  əlaqələri  qiymətləndirən  diaqnostik  parametrlərin  qəbul  edilməsindən  və 

ölçülməsindən,  bu  parametrlərin  buraxıla  bilən  sərhəd  qiymətləri  ilə  müqayisə  edilməsi 

nəticəsində obyektin texniki və-ziyyəti haqqında mühakimə yürütməkdən ibarətdir. 

Diaqnostika  proseslərinə  daxildir:obyektə  testlə  təsir  etmə;  diaqnostik  parametrlərin 

ölçülməsi;alınmış informasiyanın emal edilməsi; diaqnozun qoyulması. 

Obyektə  testlə  təsir  etmə  obyektin  verilmiş  qüvvə,  sürət  və  istilik  (



P,V,t

)  rejimlərində  öz 

funksiyalarını  yerinə  yetirməsi  yolu  ilə  və  ya  stendlərin,  səyyar  qurğuların  köməyilə  həyata 

keçirilir. 



n

X

X

X

...,


,

,

2



1

  parametrləri  taxılıb-çıxarıla  bilən  və  ya  obyektdə  quraşdırılmış  vericilər-

çeviricilər (

V

) vasitəsilə, sadə hallarda isə vizual təyin edilir.  

İnformasiyanın  emalı    diaqnostik  parametrlərin 

(D)

  həm  növünə,  həm  də  qiymətinə 

(hüdudları  müəyyənləşdirən  qurğular  vasitəsilə)  görə  çevrilməsindən,  gücləndirilməsindən, 

analizindən və süzgəcdən keçirilməsindən ibarətdir. 

Diaqnozun qoyulması ən sadə halda, alınmış siqnalın ( diaqnostik parametrin  kəmiyyətini 

ifadə  edən)  normativ  qiymətlə  müqayisəsindən    ibarətdir.  Mürəkkəb  hallarda  məntiqi  qurğular 

(diaqnostik matritsalar və ya  təsvirləri tanıyan cihazlar) tətbiq edilir. Diaqnostika prosesində iki 

növ  diaqnostika  etmədən  istifadə  olunur:  geniş  informasiyalı  diaqnostik  siqnalın  (  məsələn, 

akustik) 

analizi

  əsasında  və  dar  çərçivədə  informasiya  daşıyan  lokal  (yerli,  fərdi)  siqnalların 



sintezi

 əsasında.  Hər iki növün birləşdirilməsi mümkündür. Sintez metodu əsasında diaqnostika 

lokal, nisbətən sadə vericilərin köməyilə aparılır. Metodun çatışmayan cəhəti məntiqi sintez edən 

qurğunun tətbiqinin zəruriliyi, mürəkkəb olması və vericilərin quraşdırılıb-çıxarılmasının böyük 

əmək tutumlu olmasıdır. Analiz metodu ilə diaqnostikada  bu çatışmayan cəhətlər yoxdur. Lakin 

onun  tətbiqi  üçün  diaqnostik  siqnalların  bölünməsini  təmin  edən  xüsusi  analiz  edici  qurğular 

tələb olunur. 



60 

 

 



Şəkil  …İnformasiyanın    alınması  və  emalının  müxtəlif  metodlarını  istifadə  etməkləmürəkkəb 

obyektin texniki vəziyyətinin diaqnostika prosesi: analiz metodu. 

 

Diaqnostika  prosesləri  texniki  qulluq  növləri  ilə  uzlaşdırıldıqda  bu  proseslərin  sonradan 



texnoloji hazırlanması alqoritmlərin və diaqnostik texnoloji xəritələrin köməyilə yerinə yetirilir. 

Diaqnostika prosesinin 



alqoritmi

 diaqnostik, nizamlama və təmir əməliyyatlarının rasional 

ardıcıllığının  struktur  təsviridir.  Bu  alqoritmlə  müəyyən  edilir:  diaqnostika  obyektinin  test 

rejiminə  çıxarılması;  ilkin  diaqnozun  qoyulması;  növbəti  elementə  keçid;  nizamlama  və  təmir 

əməliyyatları;  təkrar  və  yekun  yoxlamalar.  Belə  alqoritm  ümumi  diaqnostika  alqoritmindən  və 

TQ-u  müşayiət  edən  elementlər  üzrə  diaqnostikanın  ―yan‖  alqoritmlərindən  ibarət  ola  bilər. 

Alqoritm  qurulduqda  diaqnostika  obyektinin  və  vasitələrinin  xüsusiyyətləri  nəzərə  alınır  və 

iqtisadi meyara görə ( digər variantlarla müqayisə etməklə) optimallaşdırılır. 

Diaqnostik texnoloji xəritə diaqnostika prosedurunun istehsaıat üçün yararlı çəkildə yekun 

təsvirini  verir.  Texnoloji  xəritədə  göstərilir:  əməliyyatların  və  keçidlərin  sıra  nömrələri; 

əməliyyatların  əmək tutumları; istifadə  olunan avadanlıq  və  materiallar; icraçılar (işçilər  barədə 

məlumat); təkrarlanma əmsalları. 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə