vibroakustik
diaqnostika üsulu da geniş tətbiq edilir.
Burada diaqnostik əlamətlər kimi həm zərbələrin enerjisindən və həm də səs
siqnallarının parametrlərindən. istifadə edilir. Bu halda mexanizmdəki rəqslərin
amplitudalarının dəyişmə qanunauyğunluğu xüsusi qurğu - spektrometr vasitəsilə qurulur.
Alınan amplituda qiymətləri öz nominal qiymətləri ilə müqayisə edilir və sistemin texniki
vəziyyəti haqqında mülahizə irəli sürülür.
Funksional
diaqnostika üsulu ilə avtomobilin texniki vəziyyətini müəyyən etmək üçün onun
işləmə qabiliyyətini qiymətləndirən parametrləri nəqliyyat prosesində və ya laboratoriya
şəraitində təyin edilir. Bu parametrlər özlərinin buraxıla bilən qiymətləri ilə müqayisə edilir,
nəticədə sistemin texniki vəziyyəti aydınlaşdırılır. Məsələn, ümumi halda tormoz sisteminin
texniki vəziyyəti təkərlərdəki tormozlama qüvvələrinə, sükan idarəsinin işləmə qabiliyyəti
sükan çarxının lüftünə, mühərrik detallarının yeyiilmə dərəcəsi karter yağınən tərkibinə görə
müəyyən edilir.
Qarışıq
diaqnostika üsulu yuxarıda göstərilən üsulların bir neçəsinin eyni zamanda istifadə
ediilməsinnə əsaslanır. Bu halda çıxış proseslərinin o diaqnostk parametrləri əsas qəbul
edilir ki, onlar sistemin texniki vəziyyətini daha düzgün qiymətləndirir və ölçülmə prosesi
sadədir.
Kombinələşmiş
diaqnostika üsuluna vibroakustik diaqnostika üsulunu misal göstərmək olar.
Bir sıra hallarda avtomobilin ətraf mühitə təsiri, mühərrikin güc-iqtisadi göstəricilərinin
təyini, tormoz sisteminin səmərəli işləməsinin yoxlanılması və s. xüsusiyyətlər
baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir.
Texniki diaqnostika həm də
subyektiv
və
obyektiv
olmaqla iki yerə bölünür. Subyektiv
diaqnostikada mexaniklərin, sürücülərin və ya fəhlələrin təcrübəsinə və vərdişlərinə
əsaslanmaqla sadə ölçmə metodları (stetoskop, manometer, xətkeş və s. köməyilə) istifadə
olunur. Obyektiv diaqnostikada diaqnostik simptompların aşkar edilməsi və diaqnostik
parametrlərin ölçülməsi üçün diaqnostika edilən obyektin texniki vəziyyətinin obyektiv
qiymətləndirilməsini təmin edən xüsusi avadanlıq və cihazlar istifadə olunur. Bu iki
diaqnostika növü əksər hallarda bir-birini tamamlayır.
Obyektiv diaqnostika
baxımından təsnifata görə texniki diaqnostikanın metod və üsulları 5
əsas qrupda toplanır.
1. Energetik metodlar; 2. Vibroakustik metodlar; 3.İstilik metodları; 4. Stroboskopik
metodlar; 5. Xüsusi metodlar.
Energetik
metodlar həm də yüklənmə-sürətlənmə və ya effektivlik parametrlərinə görə
diaqnostika metodları adlandırılır.Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur.
Stroboskopik
metodlar
stroboskopik effektin
(stroboskopik effekt- fırlanan detal onun
fırlanma tezliyinə bərabər və ya tam dəfə fərqlənən tezlikli qısa müddətli işıq parıltıları ilə
işıqlandırıldıqda insan gözünə tərpənməz görünür) istifadəsinə əsaslanır. Bu metodlar
detalların ( mühəırikdə- klapanların itələyiciləri, minik avtomobinin qabaq asqısı – yaylar,
ilişmə muftası - fırlanan disklər, kardan ötürməsi – kardan valı və s.) periodik hərəkəti baş
verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.
70
Xüsusi metodlara - avtomobilin konkret aqreqat və qovşaqlarında istifadə olunan
diaqnostika metodları aid edilir. Məsələn, 1)
Dostları ilə paylaş: |