Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə115/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   109   110   111   112   113   114   115   116   117
texniki istismar

    Mübarizə  tədbirləri. 

Avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirini  azaltmaq  üçün 

müxtəlif  səpgili  (xarakterli)  mübarizə  tədbirləri  aparılır.  Bunların  içərisində  əsasən 

ikiistiqamətdə  aparılan  mübarizə  tədbirləri  daha  çox  təşəkkül  tapmışdır: 



hüquq  baxımından  və 

elmi-texniki  cəhətdən.

  Hüquq  baxımından  bu  məsələni  nizama  salmaq  üçün  daxili  yanma 

mühərriklərinin  atmosferə  buraxdıqları  zərərli  birləşmələrin  miqdarı  dövlət  tərəfindən 

normalaşdırılmışdır. 

       Axırıncı  standarta görə (1 yanvar 1997-ci ildən qüvvədədir)  zəhərli  maddələrin  miqdarı 

mühərrikin  iki  boş  işləmə  rejimində  təyin  edilir:  a)  dirsəkli  valın  minimum  dövrlər  sayında;  b) 

dirsəkli valın yüksəldilmiş fırlanma tezliyində. Yoxlamanın bu rejimlərdə aparılması onunla izah 

olunur ki, zərərli maddələr ətraf mühitə ancaq bu dövrlər sayında daha çox atılır. 

    İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarını azaltmaq üçün böyük sayda 

elmi-texniki  araşdırmalar  aparılır.  Bu  sahədə  yerinə  yetirilən  bütün  nəzəri  və  təcrübəvi  işlər 

əsasən üç istiqamətdə davam etdirilir: 

1.   Daxili yanma mühərriklərində işçi proseslərin təkmilləşdirilməsi. 

2.   İşlənmiş qazların içərisində zərərli birləşmələrin miqdarının azaldılması. 

3.  Yeni yanacaq növləri ilə (hidrogen, sintetik spirtlər, qazlar və s.) işləyəcək yeni konstruksiyalı  

mühərriklərin işlənməsi (layihə edilməsi). 

     Benzin mühərriklərindən atmosferə atılan zəhərli maddələrin miqdarını kompleks şəkildə 

qiymətləndirmək üçün  sınaqların vahid  metodika əsasında aparılması haqqında  Avropa  ölkələri 

tərəfındən  müvafıq  qərar  qəbul  edilmişdir.  Bu  məqsədlə,  avtomobilin  real  istismar 

xüsusiyyətlərini  maksimum  dərəcədə  özündə  əks  etdirən  işçi  tsiklləri  tərtib  edilmişdir.                                                                                                                                                                                                                                                                                                                                                   

Sınaqlar  laboratoriya  şəraitində  qaçış  barabanları  olan  stendlərdə  boş  işləmə,  sürətlənmə,  sabit 

sürət və yavaşıma rejimlərində I, II və III pillələr üçün aparılır. 

      Dizel mühərriklərinə gəldikdə isə bunlarda tüstülənmə dərəcəsi iki rejimdə yoxlanılır: 

  a)  sərbəst  sürətlənmə  və  b)  dirsəkli  valın  maksimum  fırlanma  tezliyində  (boş  gedişlərdə). 

Tüstülənmə dərəcəsi birinci rejimdə 60%, ikinci rejimdə isə 15%-dən çox olmamalıdır /11, 21/. 

     İşləmə  zamanı  avtomobildə  əmələ  gələn  səsin  gücünü  azaltmaq  üçün  əsasən  texniki 

tədbirlər  görülür.  Belə  ki,  daxili  yanma  mühərriklərinin  və  kuzovun  konstruksiyaları 

təkmilləşdirilir,  yaşayış  binalarının  optimal  layihə  edilmə  üsüllarından  istifadə  edilir  və  s. 

Bunlarla yanaşı hüquq baxımından da məsələ müəyyən qədər nizama salınır. Belə ki, normadan 

yüksək  səs  əmələ  gətirən  avtomobillərin  istismarı  qadağan  olunur,  yaşayış  yerlərində  müəyyən 

saatlardan  sonra  hərəkət  tərkibinin  işlədilməsinə  yol  verilmir,  səs  siqnalının  istifadə  edilməsi 

məhdudlaşdırılır və s. 

    Avtomobil  nəqliyyatı  tərəfindən  yaranan  səsin  gücünü  məhdudlaşdırmaq  üçün  (sanitar 

normalarına  müvafiq)  Dövlət  standartı  (QOST  12.1.003  -  74)  işlənilib  hazırlanmışdır.  Bu 



92 

 

standarta görə laboratoriya  şəraitində  səsin  gücü 80  dB, şöbələrdə (sexlərdə) isə 90 dB-ə  qədər 



normalaşdırılır. 

    Səslə  mübarizə  tədbirləri  kimi  mühərrikin  izolə  edilmə  dərəcəsinin  yüksəlməsini  onun 

kapotunun  örtüklə  əhatə  edilməsini,  kapotun  bir  neçə  qatdan  ibarət  səs  batıran  materiallardan 

hazırlanmasını və s.-ni göstərmək olar. Bunlardan başqa avtomobilin səs batıranı səsi söndürmək 

qabiliyyətinə  malik  poladlardan  hazırlana  bilər,  ikiqat  hazırlandıqda  qatların  arasına  narın  və 

elastik  polad  material  qoyula  bilər,  səs  batıranın  həcmi  (ölçüləri)  böyüdülə  bilər  və  s.  Belə 

tədbirlərin yerinə yetirilməsi hesabına səsin gücü (10...14) dB azaldılır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




93 

 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə