Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə3/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   2   3   4   5   6   7   8   9   ...   117
texniki istismar

Mühazirə 2. 

 

Nəqliyyat vasitələrinin (NV)  Tİ-nin əsas problemleri. 

NV-nin sürətli artımı. 

Texniki istismarın təyinatı və əsas problemləri 

 

Nəqliyyat  vasitələri  istismarda  olarkən  onun  texniki  cəhətdən  saz  vəziyyətdə  olması  üçün 



böyük  miqdarda  əmək  və  material  xərcləri  (texniki,  iqtisadi  və  təşkilati  tədbirlərin  yerinə 

yetirilməsinə)  tələb  edir.  Bunu,  ümumi  xarakter  daşıyan  yük  avtomobilinin  misalında  nəzərdən 

keçirək.  Yük  avtomobilinin  son  həddinə  (silinənə)  qədər  sərf  olunan  bütün  xərcləri 

(layihələndirmə,  hazırlanma  və  istismar)  100%  qəbul  etsək,  onun  2%-i  konstruktiv-texnoloji, 

7%-i  əsaslı  təmir,  qalan  91%-i  isə  istismar  xərclərinin  payına  düşür.  Göründüyü  kimi  istismar 

prosesində  istər  əmək  və  istərsə  də  material  xərcləri  (xidmət,  ehtiyat  hissələri  yə  texniki 

materiallar)  başlanğıc  xərclərdən  dəfələrlə  çoxdur.  Ümumi  halda  istismar  xərclərini  minimuma 

endirmək  üçün  müxtəlif  xarakterli  və  təyinatlı  tədbirləri  (profilaktik  və  təmir  xarakterli  texniki 

təsirləri  mütəmadi  olaraq  keyfiyyətlə  təşkil  etmək,  hərəkət  tərkibinin  texniki  vəziyyətini 

saxlanılma  və  təyin  olunma  üsullarmı  tətbiq  etməklə,  yanacaq-enerji  resurslarından  düzgün 

istifadə  etməklə  və  s.)  yüksək  səviyyədə  təşkil  edib  həyata  keçirmək  lazımdır.  Ancaq  bu  halda 

nəqliyyat vasitələrinin texniki vəziyyəti səmərəli idarə edilə bilər. 

Beləliklə,  aydındır  ki,  nəqliyyat  vasitələrinin  istismar  dövründəki  keyfiyyət  göstəriciləri 

istehsalçılardan  çox  istismarçılardan  asılıdır.  Başqa  sözlə  desək,  nəqliyyat  vasitələrinin  texniki 

vəziyyətini  qiymətləndirən  bu  göstəricilər  nəqliyyat  prosesinin  bütün  mərhələlərində  texniki 

istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin texniki vəziyyəti 

tələb  edilən  səviyyədə  olmalıdır.  Müxtəlif  avadanlıqlar  və  üsullar  vasitəsilə  nəqliyyat  parkının 

texniki vəziyyətinin səmərəli şəkildə idarə edilməsi ilə məşğul olan elmə nəqliyyat vasitələrinin 

texniki istismarı deyilir. 

Texniki istismarın əsas məqsədi: 

- yük və sərnişin daşımalarmı müntəzəm və təhlükəsiz təmin etmək; 

-  nəqliyyatın  konstruksiyasından  nəzərdə  tutulmuş  texniki  imkanlardan  maksimum  istifadə 

etmək; 

- müxtəlif istismar şəraitində nəqliyyatın etibarlığını tələb olunan səviyyədə saxlamaq; 

-material və əmək xərclərini optimal qiymətə gətirmək; 

-hərəkət  tərkibinin,  xüsusilə  avtomobilin  ətraf  mühitə  olan  mənfi  təsirini  minimuma 

endirmək və s.-dir. 

Bir  praktiki  fənn  kimi  nəqliyyat  vasitələrinin  texniki  istismarı  minimum  əmək  və  material 

xərcləri  sərf  etmək  şərtilə  nəqliyyat  parkını  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlamaq  üçün 

texniki, iqtisadi və təşkilati tədbirlərin kompleks şəkildə yerinə yetirilməsinə deyilir. 

Texniki  vəziyyətin  tələb  olunan  səviyyədə  saxlanılması  üçün  bu  tədbirlərin  həyata 

keçirilməsində  həm  sənayeçilər  (layihəçilər  və  istehsalçılar),  həm  də  nəqliyyatçılar 

(istismarçılar)  birlikdə  iştirak  edirlər.  Əgər  sənaye  işçiləri  bu  məsələni  yüksək  etibarlılığa, 

rahatlığa,  məhsuldarlığa,  yanacaq  qənaətliliyinə  və  s.  istismar  keyfiyyətlərinə  malik  yeni 

konstruksiyalı  hərəkət  tərkibi  istehsal  etməklə  həll  edirlərsə,  istismarçılar  hərəkət  tərkibinin 

normal  texniki  vəziyyətini  texniki  istismarın  mütərəqqi  üsullarından  istifadə  etməklə 

yaxşılaşdırırlar. 

Texniki  istismarın  qarşısında  duran  problemlərin  həlli,  yəni  kompleks  texniki,  iqtisadi  və 

təşkilati  tədbirlərin  həyata  keçirilməsi,  başqa  sözlə  desək,  sürətlə  artan  nəqliyyat  parkının 

saxlanılması  böyük  xərclər  tələb  edir.  Bu  xərclərin  əksəriyyəti  TQ  və  CT  işlərinin  yerinə 

yetirilməsinə sərf edilir. Bunu avtomobil nəqliyyatınm misahnda nəzərdən keçirək. Avtomobilin 

layihələndirilməsinə  başlanan  andan  silinənə  qədər  sərf  olunan  xərcləri  100%  qəbul  etsək,  25-

35%-ni TQ və CT xərcləri (əsaslı təmir və şin xərcləri də bura daxildir), 15-30%-ni TQ və CT-in 



 

aparılma keyfiyyəti ilə əlaqədar olan xərclər təşkil edir. Göründüyü kimi avtomobilin ancaq TQ 



və  CT-i  ilə  əlaqədar  olan  xərcləri  40-65%-ə  çatır.  Əgər  texniki  istismarın  digər  tədbirlərinin 

(gələcək bölmələrində nəzərdən keçirilir) həyata keçirilməsi üçün tələb olunan xərcləri də nəzərə 

alsaq bütün xərclərin təxminən 75-85%-i texniki istismarın payına düşür. 

İstismar xərclərinin konstruktiv-texnoloji xərclərdən dəfələrlə yüksək olması onun mürəkkəb 

xarakterli  problemlərə  malik  olması  ilə  izah  edilir.  Nəqliyyat  vasitələrinin  sürətli  inkişafı  həll 

edilməsi  tələb  olunan  bir  sıra  ciddi  problemlərin  yaranmasına  səbəb  olur.  Bunlardan,  texniki 

istismarla əlaqədar olan bir neçəsinə baxaq. 

1.  İstismar  prosesində  nəqliyyat  vasitəsinin  mürəkkəb biı  sistem kimi  etibarlı və təhlükəsiz 

işinin  təmin  edilməsi üçün  böyük  miqdarda  material və əmək  xərclərinin tələb  etməsi [istismar 

prosesində  iştirak  edən  bir  nəqliyyat  növünü  texniki  cəhətdən  saz  vəziyyətdə  saxlamaq  üçün 

tələb  edilən  orta  illik  xərclər,  bir  ildə  ehtiyat  hissələri  və  aqreqatlara  sərf  olunan  xərclər,  bir 

nəqliyyat  vasitəsinin  istehsalına  və  istismar  dövründəki  əmək  tutumu  (əsasən  TQ  və  CT) 

normalan (adam-saat və ya norma-saatla) arasındakı münasibət]. 

2.      Nəqliyyatın,  xüsusilə  avtomobil  nəqliyyatının  ətraf  mühitə  mənfi  təsirləri  (atmosfer 

havasının  işlənmiş  qazların  tərkibində  xaricə  buraxılan  zərərli  birləşmələrin  hesabına 

zəhərlənməsi, hərəkət tərkibinin işinin səslə əlaqədar və yol-nəqliyyat hadisələrinin - qəzalarının 

törənməsində iştirakı). 

3.    Hərəkət  sürətinin  və  gərginliyinin,  yük  götürmə  qabiliyyətinin  və  tutumunun,  xalq 

təsərrüfatının müxtəlif sahələrində (sənayedə, kənd təsərrüfatında və s.) işlətmək üçün nəqliyyat 

növlərinə  (tipinə,  modifikasiyasına)  olan  tələbatın  artması  ilə  əlaqədar  olaraq  nəqliyyat 

vasitələrinin  konstruksiyalarının  təkmilləşdirilmə  zəruriyyəti  (daşman  yüklərin  siniflərinə 

müvafiq olaraq ixtisaslaşdırlmış hərəkət tərkiblərinin layihələndirilməsi). 

4.    Nəqliyyatın  məhsuldarlığına,  yanacaq  qənaətliliyinə,  rahatlığına,  istismar  xərclərinə, 

ümumiyyətlə  onun  texniki-istismar  göstəricilərinə  (keyfiyyətlərinə)  müsbət  təsir  edən  yeni 

qurğuların,  aqreqatların  və  sistemlərin  yaranması  hesabına  konstruksiyanın  mürəkkəbləşməsi. 

Bunlara  misal  olaraq avtomatik  və yarım avtomatik  sürətlər  qutusunu, yük avtomobillərində  və 

avtobuslarda  pnevmatik  asqıları  və  avtomatik  yağlama  sistemlərini,  işlənmiş  qazların  tərkibini 

neytrallaşdıran  qurğuları,  ventilyasiya  sistemlərini  və  s.  elementləri  göstərmək  olar. 

Konstruksiyanın mürəkkəbləşməsi nəqliyyat vasitələrinin istismar keyfiyyətlərini yaxşılaşdırdığı 

halda onun TQ və CT xərclərini yüksəldir. 

5.    Nəqliyyat  prosesində  iştirak  edən  nəqliyyat  parkının  köhnəlmə  dərəcəsinin  müəssisənin 

yeni  hərəkət  tərkibi  ilə  təchiz  edilmə  səviyyəsinə  görə  sürətlə  getməsi.  Göstərilən  və  digər 

problemlərin həll edilməsi üçün texniki istismar prosesində müxtəlif texniki, iqtisadi və təşkilati 

tədbirlər həyata keçirilir. Nəticədə  son illər texniki qulluğun və təmirin  əmək tutumları 15-25% 

azalmış, nəqliyyat vasitələrinin, xüsusən avtomobillərin əsaslı təmir resursları yüksəlmişdir. 

Ümumiyyətlə,  texniki  istismarın  qarşısında  duran  problemlərin  həll  edilməsi  üçün 

«Nəqliyyat vasitələrinin texniki istismarın»da aşağıdakı bölmələr öyrənilir. 

I. Texniki istismarın nəzəri əsasları. Burada nəzərdən keçirilir: 

1.

 

Hərəkət tərkibinin texniki vəziyyəti və istismar prosesində onun dəyişrnəsi. 



2.

 

Nəqliyyat vasitələrinin etibarlılığı. 



3.

 

Nəqliyyatın texniki vəziyyətinin təyin olunma üsulları (o cümbdon diaqnostika). 



II.  Nəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanılma üsulları. 

1.

 



Texniki qulluq və təmir sistemi. 

2.

 



Nəqliyyat  vasitələrinin  istismar  və  texniki  materialları  ilə  təchiz  edilmə 

xüsusiyyətləri. 

3.

 

İstehsalat sahələrində işlədilən texnoloji avadanlıqlar.  



III.  Nəqliyyatın ekologiyası. 

Texniki istismarın 



ən vacib problemlərindən biri

 istismar prosesində nəqliyyat vasitələrinin 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə