Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə39/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   35   36   37   38   39   40   41   42   ...   117
texniki istismar

       Çəki üsulu

 kiçik detalların (məsələn, avtomobil nəqliyyatında üzüklər, içliklər) yeyilmə 

dərəcəsinin  təyin  edilməsində  istifadə  edilir.  Bunun  üçün  detallar  sınaqdan  qabaq  və  sonra 

çəkilir. 



Yeyilmə  məhsullarının  yağda  miqdarının  təyin  olunma

  üsulu

  yüksək  keyflyyətli  yağlama 

materiallarının  seçilməsində  daha  çox  istifadə  edilir.  Bu  üsulun  köməyi  ilə  aqreqatların  və 

mexanizmlərin  maksimum  yeyilmə  dərəcəsi  təyin  olunur.  Hər  hansı  aqreqat  işlədikdə  yeyilmə 

məhsulları  (əsasən  dəmir)  yağın  içərisində  yayılmış  vəziyyətdə  olur.  Yağlama  sistemində  dövr 

edən  yağın  və  onun  vahid  həcmindəki  yeyilmə  məhsullarının  miqdarını  bilərək,  detallardan 

qopan  metalın  (yeyilmə  məhsulunun)  çəkisini  hesablayırlar.  Bu  miqdara  görə  də  aqreqatın 

yeyilmə  tempi  haqqında  mühakimə  yürüdülür,  daha  doğrusu,  aqreqatın  yeyilmə  şiddəti 

qiymətləndirilir.  Bü  üsul  yüksək  dəqiqliyə  malik  olsa  da  aqreqatı  təşkil  edən  detalların  ümumi 

yeyilmə  dərəcəsini  (detalın  materialından  asılı  olmayaraq)  təyin  etməyə  imkan  verir.  Burada 

müxtəlif  materiallardan  hazırlanmış  detalların  ayrı-ayrılıqda  yeyilmə  miqdarını  təyin  etmək 

mümkün  deyil.  Buna  görə  də  göstərilən  üsulun  digər  variantından  -  spektral  analiz  üsulundan 

istifadə edilir. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə