Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə48/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   44   45   46   47   48   49   50   51   ...   117
texniki istismar

    Dizel  yanacaqları

.          Bu  yanacaqların  mühərrikin  detallarının  yeyilmə  şiddətinə  təsir 

edəm  əsas  istisrmar  parametrləri  aşağıdakılardır:  yanacağın  özlülüyü,  öz-özünə  alışma 



33 

 

qabiliyyəti,  fraksiya  tərkibi,  yanacağın  tərkibində  kükürdlü,  qatranlı,  mexaniki  qarışıqların 



olması, suyun miqdarı. 

Dizel  yanacaqlarının  istismar  keyfiyyətlərini  xarakterizə edən  əsas

  fiziki-kimyəvi  xassələri 

aşağıdakı kimi qruplaşdırmaq olar: 

а) yanacağın vurulmasını  müəyyən  edən  —  yanacağın özlülüyü, aşağı temperatur xassələri, 

mexaniki qarışıqların və suyun olması;  

b)  yanıcı  qarışıq  əmələ  gətirməni  müəyyən  edən  — özlülük, sıxlıq,fraksiya tərkibi,  doymuş 

buxarların təzyiqi, səthi gərilmə,  yanacaq buxarlarının ətraf  mühitə  diffuziya  etmə  qabiliyyəti, 

gizli buxarlanma istiliyi, istilik tutumu; 

c) yanmanı müəyyən edən —  öz-özünə alışma qabiliyyəti, setan ədədi. 

     Dizel mühərriklərində işçi qarışığının hazırlanmasında və yanmasında 



yanacağın özlülüyü

 

əsas rol oynayır. Özlülük yanacaq nasosunun və forsunkanın ömür uzunluğuna da təsir edir. 



Yanacağın  özlülüyü  normadan  kiçik  olduqda  şırnağın  konus  bucağı  artır,  yanacağın  yanma 

kamerasına  nüfuz  etmə  qabiliyyəti  azalır  (eyni  cinsli  işçi  qarışığı  hazırlanması  baxımından), 

forsunka  və  yanacaq  nasosunun  birləşmələrindən    sızmalar  meydana  çıxır,  detalların  yeyilməsi 

artır. Yüksək özlülüyə  malik dizel  yanacağından  istifadə  etdikdə  isə  onun  püskürmə  qabiliyyəti 

pisləşir,  müəyyən  hissəsi  qurumun  əmələ  gəlməsinə  səbəb  olur,  işçi  qarışığının  hazırlanma 

prosesi pisləşdiyi üçün yanacaq  sərfi artır, işlənmiş  qazlar tüstülü çıxır. Yanacağın  özlülüyü ilə 

əlaqədar  olan  zərərli  proseslərin  qarşısını  almaq  üçün  onun  kinematik  özlülüyü  normalaşdırılır. 

Müasir dizel yanacaqlarının kinematik özlülüyü (20°C-də) 1,5-6 sSt. arasında dəyişir. 

   Dizel yanacağının əsas istismar keyfiyyətlərindən biri onun 

öz-özünə alışma

 qabiliyyətidir. 

Alışdırma mənbələri olmadan yanacağın alışma (alovlanma) xüsusiyyətinə onun öz-özünə alışma 

qabiliyyəti  deyilir.  Mühərrikin  normal  işləməsi  üçün  yanacaq  vaxtında  alışmalı,  səlis  yanmalı, 

silindrlərdə təzyiq  müntəzəm artmalıdır.  Ancaq  bu halda  mühərrik yumşaq rejimdə işləyə  bilər. 

Yanacaq  vaxtında  alışmasa  (geciksə)  mühərrik  sərt  rejimdə  işləməli  olur  ki,  bu  da  benzin 

mühərriklərində  detonasiya  ilə  yanmanı  xatırladır.  Dizel  mühərriki  sərt  rejimdə  işlədikdə  onun 

detalları  həddindən  çox  yüklənir,  tez  sıradan  çıxır,  mühərrikin  gücü  aşağı  düşür,  yanacaq  sərfi 

artır. 

    Dizel yanacağının öz-özünə alışma qabiliyyəti setan ədədi ilə qiymətləndirilir. Setan ədədi 

bir  silindrli  mühərrikdə  sınaq  üsulu  ilə  (tədqiq  edilən  yanacaq  və  etalon  qarışıqda  işlətməklə) 

təyin edilir. Etalon yanacaq kimi iki karbohidrogenin qarışığı götürülür ki, bunlardan biri (setan  -  

)  asan,  digəri  isə  (α  -  metilnaftalin)  çətin  alışır.  Göstərilən  iki  karbohidrogen  qarışığındakı 

setanın %-lə  miqdarı  yanacağın  setan  ədədini göstərir ki,  bu da  verilmiş (etalon)  yanacağın  öz-

özünə alışma qabililyyətinə bərabərdir. 

   Setan  ədədi  yanacağın  tərkibində  olan  karbohidrogenlərin  sinfindən  asılıdır.  Parafin 

karbohidrogenləri olan yanacaqların setan ədədi ən böyük, aromatik karbohidrogenləri olan dizel 

yanacaqlarının  setan  ədədi  isə  kiçik  olur.  Naften  karbohidrogenləri  aralıq  hal  təşikl  edirlər. 

Mühərrikin  işə  salınma  anındakı  yeyilmələrini  azaltmaq  üçün  setan  ədədi  yüksək  olmalıdır  ki, 

soyuq havalarda mühərrik asanlıqla işə düşsün. Setan ədədi xüsusi aşqarlar vasitəsilə yüksəldilir. 

Yüksək  aşqar  kimi  ən  çox  izopropilnitrat  istifadə  edilir.  Lakin  setan  ədədinin  normadan  böyük 

olması həm texniki və  həm də iqtisadi  cəhətdən  əlverişli deyil. Belə ki,  setan ədədi 60-dan  çox 

olduqda,  yanacaq  silindrə  düşən  kimi  sürətlə  buxarlanaraq  hava  ilə  tam  qarışa  bilmir.  Bunun 

nəticəsində natamam yanma gedir, mühərrikin qənaətliliyi təmin edilmir.  

     Dizel  yanacaqlarının 

fraksiya  tərkibi

  onun  buxarlanma  qabiliyyətini  xarakterizə  edir. 

Yüngül  fraksiya  tərkibinə  malik  dizel  yanacaqlarının  buxarlanma  qabiliyyəti  yaxşı  olmadığı 

üçün  alışma  vaxtında  getmir,  mühərrik  aşağı  temperaturlarda  çətin  işə  düşür.  Dizel 

yanacaqlarının  fraksiya  tərkibini  xarakterizə  etmək  üçün  onların  10,  50,  90,  96  və  98%-nin 

qovulma temperaturları verilir. 

     Mühərrik  detallarının  yeyilməsinə  təsir  edən  əsas  amillərdən  biri  yanacağın  tərkibində 

kükürdün

 olmasıdır. Xüsusən soyutma sistemində temperatur aşağı olduqda bu xüsusiyyət özünü 

daha çox büruzə verir. Tədqiqatlar göstərir ki, soyutma sistemində suyun temperaturu 70°C-dən 

35°C-yə  düşdükdə  detalların  yeyilmə  dərəcəsi  təxminən  4  dəfə  artır.  Bu  cəhətdən  mühərrikin 




34 

 

optimal temperatur rejimi gözlənilməlidir ki, korrozion-mexaniki yeyilmələr azalsın. Kükürdün, 



qatranların,  mineral  və  üzvü  turşuların  yanacaqların  tərkibində  olmaları  yağın  köhnəlmə 

prosesini  sürətləndirir,  qurum  və  çöküntülər  əmələ  gətirir,  bir  cinsli  işçi  qarışığının  alınmasına 

müqavimət göstərir və ümumiyyətlə, mühərrikin normal işləməsini pozur. 

    Dizel  yanacaqlarında  suyun  və  mexaniki  qarışıqların  olması  mənfi  temperaturlarda  buz 

kristallarının  yaranmasına  (bununla  bir  sıra  elementlərin  maye  buraxma  qabiliyyəti  azalır), 

süzgəclərin tutulmasına səbəb olur, detalların yeyilmə səviyyəsini yüksəldir və s. bu kimi mənfi 

təsirlərə gətirib çıxarır. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə