Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


Avtomobilin idarə edilməsi



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə54/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   50   51   52   53   54   55   56   57   ...   117
texniki istismar

Avtomobilin idarə edilməsi

 dedikdə onun yol hərəkətinin qaydaları əsasında optimal hərəkət 

rejimlərinin  seçilməsi  başa  düşülməlidir.  Bundan  başqa  yolda  profilaktik  və  təmir  xarakterli 

texniki təsirləri  yerinə  yetirmək də (mexanizm və aqreqatlara texniki  qulluq, kiçik nasazlıqların 

aradan qaldırılması) bu anlayışa daxildir. 

    İdarə  edilmə  keyfiyyətindən  asılı  olaraq  avtomobilin  aqreqat  və  mexanizmləri  müxtəlif 

rejimlərdə işləməli  olur. Belə ki, güc ötürücü və hərəkət  hissələrinin detallarına düşən  dinamiki 

yüklərin qiyməti, mühərrikin istilik rejimi və s. dəyişir. Eyni markalı avtomobillər eyni istismar 

şəraitində  işlədikdə  (texniki  qulluq  və  saxlanma  üsulu  da  eynidir),  lakin  müxtəlif  səviyyəli 

sürücülər tərəfindən  idarə  edildikdə təmirlər arası yürüş 1,5-2 dəfə  fərqli alınır, texniki  sürət 9-

11% dəyişir. Buna  görə təcrübəli  sürücülər avtomobili  idarə  etdikdə ona  səlis sürətlənmə  verir, 

ilişmə muftasından, sürətlər qutusundan və tormoz sistemindən imkan daxilində az istifadə edir, 

mühərrikin işə düşməsi və qızdırılması qaydalarına riayət edir, həmçinin onun istilik və yağlama 

rejimlərini gözləyirlər. 

    Avtomobilin  idarə  edilmə  keyfıyyəti  idarə  edilmənin  üsulu  və  ustalığı  ilə  xarakterizə 

olunur. İstismar prosesində avtomobil aşağıdakı üsullarla idarə edilir:  

    1.  İmpulsiv  idarə  edilmə  (sürətlənmə-diyirlənmə)  üsulu  -  avtomobilə  düz  ötürmədə 

sürətlənmə  verilir,  sonra  sürətlər  qutusunun  dəstəyi  neytral  vəziyyətə  gətirilir,  avtomobil 

sürətlənmə  zamanı  aldığı  enerjinin  hesabına  ətalətlə  diyirlənir.  Bu  üsul  əsasən  enişlərdə  və 

avtomobili  dayandırmaq  lazım  gəldikdə  istifadə  edilir.  İmpulsiv  üsulun  müsbət  cəhəti  odur  ki, 

yanacağa 5-6% qənaət edilir. Lakin sürətlənmə rejimlərində detalların yeyilmə dərəcəsi 25-40% 

artır. 


    2.  Sabit  sürətlərdə  idarə  edilmə  üsulu  -  bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  yol 

şəraitinə  və  hərəkət  qaydalarına  müvafiq  olaraq  avtomobil  sabit  sürətlərdə  sürülür.  Bu  üsuldan 

enişli  yollarda  istifadə  edildikdə  mühərrik  transmissiyadan  ayrılmadığı  üçün  avtomobilin 



40 

 

mühərrik  hesabına  (xüsusən  kiçik  ötürmələrdə)  tormozlanma  zəruriliyi  yaranır.  Buna  görə  isə 



mühərrik detallarının yeyilmə tempi artır. 

  3.    Qarışıq  idarə  edilmə  üsulu  -  yolun  texniki  vəziyyətindən  asılı  olaraq  yuxarıdakı  iki 

üsulun müsbət cəhətlərini özündə birləşdirir. 

    İdarə  edilmə  ustalığı  avtomobilin  normal  yanacaq  sərfini  və  hərəkətin  təhlükəsizliyini 

gözləmək şərtilə yüksək texniki sürətlərdə sürülməsi ilə qiymətləndirilir. İdarə edilmə ustalığının 

əsas  göstəriciləri  bunlardır:  tormozlardan  istifadə  olunmanın  minimum  sayı,  sürət  və  yük 

rejimlərinin  düzgün  seçilməsi,  sürətlənmənin  səlis  yerinə  yetirilməsi  və  s.  İdarə  edilmə  ustalığı 

yüksək olduqda avtomobilin təmirlər arası yürüşü 60%,  yanacaq  qənaətliliyi 30%,  texniki  sürət 

20% artır. 

    Avtomobilin  müəssisə  ərazisində  texniki  vəziyyətinin  qorunub  mühafizə  edilməsi 




Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə