Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


Etibarlılıq göstəricilərinin təyin olunma prinsipləri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə63/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   59   60   61   62   63   64   65   66   ...   117
texniki istismar

Etibarlılıq göstəricilərinin təyin olunma prinsipləri 

 

    Bilirik  ki,  istismar  zamanı  nəqliyyat  vasitəsinə  həddindən  çox  müxtəlif  xarakterli  amillər 



təsir  edir.  Bunun  nəticəsində  onun  aqreqat  və  mexanizmlərinin  etibarlılığı  da  müxtəlif  formada 

dəyişir.  Etibarlılıq  göstəricilərini  təyin  etdikdə  hərəkət  tərkibinin  işi  ilə  əlaqədar  olan  amillərin 

hamısının təsirini nəzər almaq mümkün deyil. Bu baxımdan hər hansı bir mürəkkəb sistem kimi 

nəqliyyat  vasitəsinin  də  etibarlılığı  ehtimal  xarakteri  daşıyır,  özü  də  aparılan  təcrübələrin 

(sınaqların) nəticə-sində alınan statistik məlumatlar əsasında təyin edilir. Bu isə böyük miqdarda 

statistik  məlumatların  olmasını,  onların  işlənilməsini  və  mürəkkəb  hesablamaların  yerinə 

yetirilməsini  tələb  edir.  Həqiqətdə  isə  (praktikada)  etibarlılıq  göstəriciləri  məhdud  sayda 

götürülmüş nəqliyyat vasitələrinin (bizim mi-salda avtomobillərin) sınağı nəticəsində əldə edilən 

statistik  məlumatlara  görə  təyin  edilir.  Bunun  üçün  əvvəlcə  təsadüfi  kəmiyyətlərin  (yürüşün) 

ədədi  xarakteristikaları hesablanır ki,  bunlar da paylanma  qanunlarının  parametrləridir. Bunlara 

aiddir:  

1.    Riyazi  gözləmə  -  təsadüfi  kəmiyyət  üçün  alınan  qiymətlərin  qruplaşma  mərkəzini 

xarakterizə edir, yəni, alınmış qiymətlərin orta qiymətidir. 



0

1



1

N

i

i

l

N

l

 

burada: 



0

N

-  sınaq  üçün  götürülmüş  elementlərin  sayı;



i

l



i

-ci  elementin  son  həddinə 

(imtinaya) qədər olan yürüşdür. 

2.  Dispersiya  və ya  orta kvadratik  meyllənmə  - alınmış  göstəricilərin  orta qiymət  ətrafında 

yayılma xüsusiyyətini xarakterizə edir. 

 

2





D

;    


1

)

(



0

1

2



0





N

l

l

N

i

i

 



 

3.  Variasiya  əmsalı  - ayrı-ayrı elementlərin  imtinaya  qədər  yürüşlərinin  yayılma  dərəcəsini 

qiymətləndirir. 

l

v



 

4.  Variasiya  amplitudası  -  təsadüfi  kəmiyyətlər  üçün  alınmış  göstəricilərin  maksimum  və 

minimum qiymətləri arasındakı fərq kimi təyin edilir: 

min


max

l

l

R



 

 

    Göstərilən parametrlərin təyin edilməsi üçün əvvəlcə yürüşün bir tərəfə dəyişməsi şərti ilə 



paylanma sırası cədvəli tərtib edilir. 

 

 



 

 

 



 

 

 



 

 

 




48 

 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə