Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə92/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   88   89   90   91   92   93   94   95   ...   117
texniki istismar

vibroakustik

  diaqnostika  üsulu  da  geniş  tətbiq  edilir. 

Burada  diaqnostik  əlamətlər  kimi  həm  zərbələrin  enerjisindən      və      həm      də      səs   

siqnallarının  parametrlərindən.  istifadə  edilir.  Bu  halda  mexanizmdəki  rəqslərin 

amplitudalarının  dəyişmə  qanunauyğunluğu  xüsusi  qurğu  -  spektrometr  vasitəsilə  qurulur. 

Alınan  amplituda  qiymətləri  öz  nominal  qiymətləri  ilə  müqayisə  edilir  və  sistemin  texniki 

vəziyyəti haqqında mülahizə irəli sürülür. 

Funksional 

diaqnostika üsulu ilə avtomobilin texniki vəziyyətini müəyyən etmək üçün onun 

işləmə  qabiliyyətini  qiymətləndirən  parametrləri  nəqliyyat  prosesində  və  ya  laboratoriya 

şəraitində təyin edilir. Bu parametrlər özlərinin buraxıla bilən qiymətləri ilə müqayisə edilir, 

nəticədə  sistemin texniki  vəziyyəti aydınlaşdırılır. Məsələn, ümumi halda tormoz  sisteminin 

texniki  vəziyyəti  təkərlərdəki  tormozlama  qüvvələrinə,  sükan  idarəsinin  işləmə  qabiliyyəti 

sükan çarxının lüftünə, mühərrik detallarının yeyiilmə dərəcəsi karter yağınən tərkibinə görə 

müəyyən edilir. 



Qarışıq 

diaqnostika üsulu  yuxarıda  göstərilən üsulların bir neçəsinin eyni zamanda istifadə 

ediilməsinnə əsaslanır.   Bu  halda  çıxış  proseslərinin  o  diaqnostk  parametrləri əsas qəbul 

edilir  ki,  onlar  sistemin  texniki  vəziyyətini  daha  düzgün  qiymətləndirir  və  ölçülmə  prosesi 

sadədir. 

Kombinələşmiş

 diaqnostika üsuluna vibroakustik diaqnostika üsulunu misal göstərmək olar. 

    Bir  sıra  hallarda  avtomobilin  ətraf  mühitə  təsiri,  mühərrikin  güc-iqtisadi  göstəricilərinin 

təyini,  tormoz    sisteminin        səmərəli        işləməsinin      yoxlanılması        və      s.  xüsusiyyətlər 

baxımından texniki vəziyyətinin öyrənilməsi diaqnostika üsulu kimi qəbul edilir. 

    Texniki  diaqnostika  həm  də 



subyektiv 

və 


obyektiv

  olmaqla  iki  yerə  bölünür.  Subyektiv 

diaqnostikada  mexaniklərin,  sürücülərin  və  ya  fəhlələrin  təcrübəsinə  və  vərdişlərinə 

əsaslanmaqla  sadə  ölçmə  metodları  (stetoskop,  manometer,  xətkeş  və  s.  köməyilə)  istifadə 

olunur.  Obyektiv  diaqnostikada  diaqnostik  simptompların  aşkar  edilməsi  və  diaqnostik 

parametrlərin  ölçülməsi  üçün    diaqnostika  edilən  obyektin  texniki  vəziyyətinin  obyektiv 

qiymətləndirilməsini  təmin  edən  xüsusi  avadanlıq  və  cihazlar  istifadə  olunur.  Bu  iki 

diaqnostika növü əksər hallarda bir-birini tamamlayır. 



Obyektiv  diaqnostika

  baxımından  təsnifata  görə  texniki  diaqnostikanın  metod  və  üsulları  5 

əsas qrupda toplanır. 

1.  Energetik  metodlar;  2.  Vibroakustik  metodlar;  3.İstilik  metodları;  4.  Stroboskopik 

metodlar;  5. Xüsusi metodlar. 

Energetik

  metodlar  həm  də  yüklənmə-sürətlənmə  və  ya  effektivlik  parametrlərinə  görə 

diaqnostika metodları adlandırılır.Bu metodlar əsasən ümumi diaqnostikada istifadə olunur. 

   Stroboskopik

  metodlar 



stroboskopik  effektin

  (stroboskopik  effekt-    fırlanan  detal  onun 

fırlanma  tezliyinə  bərabər  və  ya  tam  dəfə  fərqlənən  tezlikli  qısa  müddətli  işıq  parıltıları  ilə 

işıqlandırıldıqda  insan  gözünə  tərpənməz  görünür)  istifadəsinə  əsaslanır.  Bu  metodlar 

detalların  (  mühəırikdə-  klapanların  itələyiciləri,  minik  avtomobinin  qabaq  asqısı  –  yaylar, 

ilişmə  muftası  -  fırlanan disklər,  kardan ötürməsi – kardan  valı  və s.) periodik hərəkəti  baş 

verən bütün qovşaqları stroboskop cihazı ilə diaqnostika etməyə imkan verir.  



70 

 

         Xüsusi  metodlara  -  avtomobilin  konkret  aqreqat  və  qovşaqlarında  istifadə  olunan 



diaqnostika metodları aid edilir. Məsələn, 1)


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə