Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası


Diaqnostikanın TQ və CT-in texnoloji prosesində yeri



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə95/117
tarix21.04.2022
ölçüsü2,47 Mb.
#85780
1   ...   91   92   93   94   95   96   97   98   ...   117
texniki istismar

Diaqnostikanın TQ və CT-in texnoloji prosesində yeri 

 

Texniki diaqnostika təyinatı, avadanlığı, aparılma rejimi və TQ-un texnolojiprosesində yeri və s. 



xüsusiyyətləri ilə xarakterizə edilir.Diaqnostikanın  ANM-də tətbiq edilməsi nöqteyi-nəzərindən 

onun TQ və CT zonalarında tutduğu yerinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. 

Diaqnostika  ilə  digər  istehsalat  zonaları  (TQ,  CT,  dayanacaq)  arasındakı  texnoloji  əlaqə 

diaqnostika  prosesinin  mahiyyətindən  irəli  gəlir.  Belə  ki,  diaqnostika  avadanlığı  ilə  yoxlanılan 

sistemin  texniki  vəziyyətini  qiymətləndirən  diaqnostik  parametr  (S)  ölçülür,  özünün  bııraxıla 

bilən sərhəd ([S]) və TQ-lar arası yürüş içərisindəki ııormativ qiyiməti ilə (



H

S

) müqayisə edilir, 

nəticədə avtomobilin hansı istehsal zonasına ehtiyacı olduğu aydınlaşdırılır (şəkil …). 

 



71 

 

 



 

Şəkil…. Müəssisənin istehsalat zonaları arasındakı texnoloji əlaqə 

 

Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yeri  müəyyən  edilərkən  istismar  şəraiti, 



müəssisədə  olan  diaqnostik  avadanlığın  miqdarı  və  xüsusiyyəti,  həmçinin  diaqnostika  işlərinin 

ixtisaslaşma dərəcəsi də nəzərdə tutulmalıdır (şəkil … ). 

 

 

Şəkil… Diaqnostikanın TQ və CT-in texnoloji prosesi ilə birlikdə 



təşkilinin universal sxemi 

 

Sxemdən  göründüyü  kimi  nəqliyyat  prosesini  başa  vurmuş  avtomobillər  müəssisəyə  gəldikdə 



əvvəlcə texniki nəzarət postunda (TNB) yoxlanılır və adətən gündəlik qulluq zonasına göndərilir. 

Bu  zonadan  keçmiş  avtomobillər    gözləmə  zonasına  (müxtəlif  texniki  təsirləri  gözlədikdə), 

yaxud da dayanacağa gedirlər. D-1-dən keçən avtomobillərdə nasazlıq aşkar edilərsə, onda onlar 

gözləmə zonası vasitəsilə CT-ə, avtomobillər texniki cəhətdən  sazdırsa,   bu   halda  dayanacağa   

yollanırlar.  Gözləmə  zonasindan  avtomobillər  TQ-1,  TQ-2,  CT,  D-l  və  D-2  zonalarına  gedə 

bilərlər. 

TQ-1          və        TQ-2-dən        keçəcək          avtomobillər  (əvvəlcədən  planlı  surətdə  tərtib  edilmiş 

qrafikə görə) uyğunolaraq  D-l və D-2 zonalarında yoxlanıldıqdaıı sonar dayanacağaa (avtomobil 

sazdırsa)  və  ya  gözləmə  zonasına  (cari  təmirə  ehtiyacı  varsa)  gedirlər.    Avtomobili  CT-ə 

hazırlamaq üçün TQ-2 keçəcək avtomobillər D-2-ni 1-2 gün qabaq keçirlər. 

TQ-1,  TQ-2  və  CT  zonalarından  keçən  avtomobillərdə  yerinə  yetirilən  texniki  təsirlərin 

keyfiyyətini yoxlamaqnəzarət   diaqnostikasından   (ND)   istifadə   edilir.Nəzarət diaqnostikası 

əvəzinə TQ və CT zonalarında yerləşdirilmiş diaqnostika stendlərindən və cihazlarından istifadə 

etməklə də görülən işlərin keyfiyyətini yoxlamaq olar. 




72 

 

ANM-dəki avtomobillərin  sayindan  və tipindən, diqnostik avadanlığın tərkibindən  və istehsalat 



sahəsindən asılı olaraq D-l-i TQ-1 ilə birlikdə təşkil etmək olar.Bu halda D-l-in avadanlığı TQ-l-

in axın xəttindəkİ postların arasındapaylanır. 

Şəkil…  -da  TXS-da  diaqnostikanın  TQ  və  CT  zonalarının  texnoloji  prosesində 

yerləşdirilməsinin funksional sxemi  (avtomobillərin  hansı  istehsalat   sahəsindən keçəcəklərini 

xarakterizə edir) verilmişdir. 

TXS-na daxil olan avtomobillər texniki nəzarətpostunda  yoxlanılır,   görüləcək  profilaktika   və   

təmir xarakterli   işlərin  həcmimüəyyən   edilir.    Avtomobil dayanacaqda saxlanılır və müştəri 

naryad-sifariş yazdırır.Sonra avtomobil yığışdırma-yuma işləri keçməklə (əgərehtiyacı varsa) və 

yaxud birbaşa gözləmə zonaşına gətirilir.Oradan isə müvafiq istehsalat zonasına verilir. Nəhayət,  

tələb olunan texniki təsirləri keçmiş avtomobil sahibinə qaytarılması üçün dayanacağa gətirilir. 

Müştərinin  sifarişi  ilə  avtomobilin  texniki  vəziyyətidiaqnostika  postlarında  (D-l  və  ya  D-2) 

yoxlanıldıqdan  sonra  təmir  ehtiyacı  meydana  çıxarsa,  bu  halda  avtomobil  CT  zonasma 

göndərilir. 

 

 



 

Şəkil … Fərdi minik avtomobilləri üçün diaqnostikanın, TQ-un və CT-in  

texnoloji prosesinin birlikdə təşkil edilmə sxemi 

 

Diaqnostikanın  TQ  və  CT-in  texnoloji  prosesində  yerinin  düzgün  təyin  ediiməsi  onun 



avadanlığına  veriləcək  tələbləri  müəyyənləşdirməyəimkan  verir.Hərəkət  təhlükəsizliyini  təmin 

edən  mexanizmlərin  diaqnostikası  (D-1)  üçün  yüksək  sürətli,  avtomatik  təsir  edən  texniki 

vasitələr  (avadanlıqlar)  lazımdır.Avtomobilin    aqreqatlarının  və  mexanizmlərinin  texniki 

vəziyyətlərini  hərtərəfli  yoxlamaq  üçün  (D-2)  onun  dinamiki,  texniki  -  iqtisadi  göstəricilərini 

təyin  etməyə  imkan  verən  və  qaçış  barabanları    olan  dinamometrik  diaqnostika  stendləri 

olmalıdır. 

Bu  tələblər  birinci  növbədə  diaqnostikanın  tətbiq  edilməsinin  iqtisadi 

səmərəliliyinimüəyyən  edir.  ANM-də  hərəkət  tərkibinin  texniki  vəziyyətinin  diaqnostikasının 

iqtisadi  səmərəliliyi  isə  tətbiq  edilən  üsuldan,  avadanlıqdan,  onların  istifadə  olunma 

dərəcəsindən,  optimal  diaqnostika  normalarından  və  rejimlərindən,  həmçinin  texnoloji  prosesin 

düzgün təşkil edilməsindən asılıdır. 


Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə