Mühazirə 26.
TQ –da görülən işlərin xarakteristikası. CT işlərinin xarakteristikası.
TQ-1
və
TQ-2
işlərinin aparılmasında məqsəd avtomobilin aqreqat və mexanizmlərinin
texniki vəziyyətlərini qiymətləndirən parametrlərin dəyişmə gərginliyini aşağı salmaqdır. Bunun
üçün müəyyən yürüşlərdən sonra avtomobildə nəzarət-nizamlama (diaqnostika), bərkitmə,
yağlama, elektrotexniki, şin, qida sistemi üzrə və s. profilaktik xarakterli texniki təsirləri yerinə
yetirməklə gələcəkdə baş verəcək imtinaların və nasazlıqların qarşısı qabaqcadan alınır,
detalların yeyilmə gərginliyi aşağı salınır. Burada avtomobilin texniki vəziyyətinin diaqnostikası
texniki qulluğun əsas elementlərindən biri olduğu üçün onun yerinə yetirilməsi imtinaların və
nasazlıqların vaxtında aşkar edilib aradan qaldırılması baxımından mühüm rol oynayır. TQ-1
işləri GQ kimi növbələr arası vaxtda yerinə yetirilir. TQ-2 isə aparılma üsulundan asılı olaraq
günün müxtəlif vaxtlarında planlaşdırıla bilər.
TQ-2 işlərinin həcmi TQ-1 işlərinin həcmindən xeyli böyükdür. Bir çox hallarda TQ-2
işlərini yerinə yetirmək üçün avtomobil xəttə buraxılmır. Belə olan halda təmirə ehtiyacı olan
bəzi sistem və mexanizmlərin (qida sistemi, elektrik avadanlığı elementlərinin və s.) işləmə
qabiliyyəti istehsalat sexlərində bərpa olunaraq yenidən avtomobilin üzərinə qoyula bilər. TQ-2-
də avtomobilin aqreqat və mexanizmlərinin texniki vəziyyəti hərtərəfli (D-2-nin köməyi ilə)
yoxlanılır.
Mövsümi texniki qulluğun aparılmasında məqsəd avtomobili iqlim şəraitinə uyğun olaraq
istismara hazırlamaqdır.
MTQ
ildə iki dəfə aparılır. Həddindən çox soyuq və isti iqlim zonaları
üçün MTQ sərbəst şəkildə planlaşdırılır. Digər rayonlar üçün isə MTQ TQ-2 ilə birləşdirilir. Bu
halda TQ-2-nin əmək tutumu 20-50% artırılır.
TQ-1 və TQ-2 işlərinin aparılma periodikliyinə müvafiq olaraq avtomobillərdə ümumi (D-
l) və elementlər üzrə (D-2) diaqnostika işlərinin də yerinə yetirilməsi planlaşdırılır. D-l TQ-l-dən
qabaq, D-2 isə TQ-2-nin aparılmasından 2-3 gün qabaq yerinə yetirilir. D-l-də hərəkətin
təhlükəsizliyini təmin edən elementlərin, D-2-də isə avtomobilin bütün mexanizm və
elementlərinin texniki vəziyyəti müayinə edilir.
Əsasnaməyə görə avtomobil nəqliyyatı üçün
əsaslı və cari təmir
(xüsusi hallarda orta
təmir) növləri nəzərdə tutulur.
Əsaslı təmir
avtomobilin və aqreqatların itirilmiş işləmə qabiliyyətinin bərpa edilməsi
məqsədi ilə aparılır. Əsaslı təmir keçmiş avtomobilin resursu təzə avtomobil üçün verilmiş əsaslı
təmir yürüşünün (normasının) 80%-nə bərabər qəbul edilir. Əsaslı təmir olunacaq avtomobil
tamamilə sökülür. Onun detalları çeşidlənir: istismara yararlı, təmirə yararlı və tamamilə yararsız
detallar. Avtomobil yenidən yığıldıqda istismara yararlı, təmir edilmiş və tamamilə təzə
hissələrdən istifadə edilir.
Avtomobilin və onun aqreqatlarının əsaslı təmirə qoyulması onların texniki vəziyyətlərinin
hərtərəfli öyrənilməsi və təhlili əsasında aparılır. Bu halda avtomobilin yürüşü mütləq nəzərə
alınmalıdır.
Minik avtomobilləri və avtobuslar onların kuzovlarının əsaslı təmirə ehtiyacı olduqları
halda əsaslı təmirə saxlanılır. Yük avtomobilləri isə kabinənin, çərçivənin və əlavə üç əsas
aqreqatın əsaslı təmirə tələbatı olduqda avtomobil təmir müəssisəsinə göndərilir. Əsas
aqreqatlara aiddir: mühərrik, ötürmələr qutusu, paylayıcı qutu, qabaq və arxa körpü, sükan
idarəsi və tormoz sistemi. Aqreqatlar əsaslı təmirə o halda göndərilir ki, onların
baza və əsas
detallarının əsaslı təmirə ehtiyacı olsun.
Baza detalı dedikdə aqreqatın elə hissəsi başa düşülür ki, onun bütün detalları həmin əsas
hissənin üzərinə quraşdırılır. Mühərrik üçün silindrlər bloku, sürətlər və paylayıcı qutu üçün
onların karteri, qabaq körpü üçün onun tiri, kabinə üçün onun karkası, kuzov üçün onun əsası və
s. baza detallarına aiddir. Əsas detallara misal olaraq mühərrikdə blok başlığını, dirsəkli valı,
nazim çarxı, paylayıcı valı, ötürmələr qutusunda valları, üst qapağı, arxa körpüdə yarım oxları,
80
reduktorun karterini, differensialı, təkərlərin toplarını, tormoz barabanını, kabinədə və ya
kuzovda qapıları, döşəmənin örtüyünü, yük yerinin qapağını və s.-ni misal göstərmək olar.
Baza detallarının texniki vəziyyəti cari təmir vasitəsilə bərpa oluna bilmədiyi üçün əsaslı
təmirə göndərilir. Əsas detallar isə aqreqatın əsas funksiyasını yerinə yetirdikləri üçün onların
istismar göstəriciləri ANM-inin istehsalat bazasına nisbətən qabaqcıl texnika və texnologiya
əsasında daha yaxşı təşkil edilmiş avtotəmir müəsisəsində yüksək keyfiyyətlə bərpa edilə bilir.
Dostları ilə paylaş: |