Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə4/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   ...   43

 

Mühazirə 3. 



 

Texniki istismarın elmi və praktiki anlayışları, əsas məsələsi 

 

Nəqliyyat vasitələrinin texniki istismarı (NV Tİ) – onların texniki vəziyyətinin dəyişmə 

səbəblərini  və  qanunauyğunluqlarını  öyrənir,  nəqliyyat  vasitələrinin  istismar  xüsusiyyətləri 

göstəricilərinin  ədədi  qiymətlərini  müəyyən  edən  texniki  sənədlərin  tələblərinə  cavab  verən  

işləmə  qabiliyyətini  saxlamaq  üçün  (texniki  qulluğun,  təmirin  və  qorunmanın)  metodlar  və 

vasitələr işləyib hazırlayır.  

«Nəqliyyat  vasitəlrinin  texniki  istismarı»  bir  elm  kiminəqliyyat  vasitələri  parkının  texniki 

vəziyyətinin  daha  da  səmərəli  idarə  edilməsinin  yollarını  və  metodlarını  müəyyən  edir  və  bu 

zaman aşağıdakı məqsədlər qoyulur: 

-

 

nəqliyyat  vasitələrinin  istismar  etibarlılığının  verilmiş  səviyyəsinin  saxlanması  və 



konstruksiyasının 

texniki 


imkanlarının 

tam 


reallaşdırılması 

ilə 


daşımaların 

müntəzəmliyinin və təhlükəsizliyinin təmin edilməsi; 

-

 

maddi və əmək məsrəflərinin optimallaşdırılması; 



-

 

hərəkət  tərkibinin  texniki  vəziyyətinin  personala  və  ətraf  mühitə  mənfi  təsirinin 



minimuma endirilməsi. 

«Nəqliyyat  vasitələrinin  texniki  istismarı»    praktiki  fəaliyyət  sahəsi  kimi  texniki, 

sosial,  iqtisadi  və  təşkilati  tədbirlər  kompleksi  olub  maddi  və  əmək  resurslarının  rasional 

istifadəsi  və personalın  normal  əmək və  məişət  şəraitinin təmin  edilməsi ilə nəqliyyat vasitələri 

parkının texniki saz vəziyyətdə saxlanmasını təmin edir. 

Nəqliyyat vasitələrinin xidmət müddətlərinin ildən ilə  yüksəldilməsi onunla izah edilir 

ki,  onların  konstruksiyaları  təkmilləşdirilir,  yüksək  keyfiyyətli  istismar  materiallarından 

istifadə  edilir,  istismar  şəraiti  (xüsusən  yol  şəraiti)  yaxşılaşdırılırvə  s.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  texniki  istismarın  yerinə  yetirdiyi  tədbirbr  o  halda  müsbət  nəticələr  verir  ki, 

istehsal  edibn  nəqliyyat  vasitələrinin,  aqreqatların  və  ehtiyat  hissələri nin  keyfiyyətləri 

yüksək  olsun.  Belə  ki,  sənaye  işçiləri  istismarçıları  yüksək  istismar  keyfiyyətlərinə  malik 

olan  hərəkət  tərkibi  ilə  təmin  etməlidirlər.  Bu  baxımdan  keyfiyyətli  texniki  istismar 

arasındakı əlaqəni aydınlaşdırmaq üçün nəqliyyat vasitələrinin istismar keyfiyyətləri ilə tanış 

olaq. 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

Mühazirə 4. 

 

Texniki istismarda əsas anlayışlar 

 

 «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»nda  bir  çox  texniki  terminlər  (işləmə  qabiliyyəti, 



texniki  qulluq,  imtina,  təmir  və  s.)  işlədilir.  Bu  fəndə  nəzərdən  keçirilən  məsələlərin 

öyrənilməsinə başlamazdan əvvəl həmin texniki anlayışlarla tanış olaq. 

    Nəqliyyat  vasitəsi  mürəkkəb  sistem  olub  işləyən  elementlərin-  sistemin  funksiyalarının 

yerinə yetirilməsini təmin edən yığım vahidlərinin və detalların toplusudur. Nəqliyyat vasitəsinə 

nəzərən  sistemin  elementləri  aqreqatlar,  qovşaqlar,  mexanizmlər,  sonunculara  nəzərən  isə-

detallardır. 

İstismar  prosesində  nəqliyyat  vasitəsi  ətraf  mühitlə,  onun  elementləri  isə  öz  aralarında 

qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsirdə detallar yüklənir. Buradan nəqliyyat vasitəsınin texniki 



vəziyyətinin  bilavasitə  asılı  olduğu  obyektlər  (avtomobil,  aqreqat,  mexanizm,  sistem)  üzrə 

məlumatların vacibliyi aydındır. 



Nəqliyyat  vasitəsınin  və  ya  onun  elementinin  texniki  vəziyyəti  -  onun  istismar  prosesində 

dəyişən,  baxılan  zaman  anında  ölçülmüş  və  kəmiyyətcə  qiymətləndirilmiş  istismar 

xüsusiyyətlərinin toplusu ilə təyin olynan (xarakterizə olunan) vəziyyətdir.  Nəqliyyat vasitəsınin 

texniki imkanlarını qiymətləndirən parametrlərin texniki istismarın normalarına müvafiq gəlmə 

dərəcəsi onun texniki vəziyyətini təyin edir. 

Bu  xüsusiyyətlər  konstruktiv  parametrlərin  kəmiyyət  göstəriciləri-  cari  qiymətləri  ilə 

xarakterizə olunur. Məsələn, detalların ölçüləri, onlar arasında araboşluqları və s. Bir çox aqreqat 

və  mexanizmləri  tam  və  ya  qismən  sökmədən    onların  konstruktiv  parametrlərinin  bilavasitə 

ölçülməsi  imkanı  məhduddur.  Belə  obyektlər  üçün  texniki  vəziyyəti  təyin  etdikdə  dolayı  və  ya 

(xarici) diaqnostika parametrləri istifadə olunur. Bunlar konstruktiv  parametrlərlə  əlaqəlidir  və 

onlar  haqqında  bu  və  ya  digər  informasiyanı  verir.  Məsələn,  mühərrikin  texniki  vəziyyəti 

haqqında  onun  gücünün,  mühərrik  yağı  sərfinin,  kompressiyanın,  karter  yağında  yeyilmə 

məhsullarının miqdarının dəyişməsinə görə mühakimə yürütmək olar. Dolayı xarakterizə edən və 

fiziki kəmiyyətlərlə (mm, V, A və s.) ölçülən ədədi göstəricilərdir. 



Aşağıdakı parametrlər fərqləndirilir: 

-  obyektin  əsas  funksional  xassələrini  təyin  edən  işçi  proseslərin  çıxış  parametrləri  (məs., 

mühərrikin gücü, yanacaq sərfi və s.); 

- müşayiət edən proseslərin parametrləri (qızma, titrəyiş, səs-küy və s.); 

-  detallar  arasında  və  ayrı-ayrı  aqreqatlar  və  mexanizmlər  arasında  əlaqələri  müəyyən  edən 

həndəsi parametrlər (araboşluğu, lüft, pedalın gedişi və s.). 



Nəqliyyat vasitəsınin iş prosesində onun texniki vəziyyətinin struktur parametrləri başlanğıc 

qiymətlərdən  həddi  qiymətlərə  qədər  dəyişir,  bu  isə  diaqnostika  parametrinin  müvafiq  olaraq 

başlanğıc qiymətlərdən həddi qiymətlərə qədər dəyişməsinə səbəb olur. 

Məlumdur  ki,  hər  hansı  bir  mexanizm  (texniki  qurğu)  bir-birilə  qarşılıqlı  hərəkətdə  olan 

elementlərdən  ibarətdir.  Elementlərin  arasındakı  əlaqə  müəyyən  həndəsi  kəmiyyətlərlə 

qiymətləndirilir.  Həndəsi  kəmiyyətlər  (araboşluqlar,  yerdəyişmələr  və  s.)  ümumi  halda  texniki 

qurğunun, xüsusi halda isə onun hər bir elementinin normal işləmə qabiliyyətini xarakterizə edir. 

Bu  həndəsi  kəmiyyətlərə  texniki  vəziyyətin  parametrləri  və  yaxud  sadəcə  qurğunun  struktur 

parametrləri deyilir. Struktur parametrlər müvafiq fiziki kəmiyyətlərlə ölçülürlər. 

 Mürəkkəb  konstruksiya  kimi  nəqliyyat  vasitələri  də  bir-birinə  nəzərən  müəyyən  texniki 

şərtlər  əsasında  yerləşdirilmiş  və  qarşılıqlı  əlaqədə  olan  elementlərdən  ibarətdir  ki,  bu  əlaqə  də 

struktur  parametrlərlə  qiymətləndirilir.  İstismar  zamanı  aqreqat  və  mexanizmlərin  struktur 

parametrləri özlərinin nominal qiymətlərindən (Y

n

) buraxıla bilən sərhəd qiymətlərinə qədər (



b

Y

dəyişirlər.  Struktur  parametrlərin  cari  və  nominal  qiymətləri  arasındakı  fərq  nəzərdən  keçirilən 



elementin  işləmə  keyfiyyətinin  nominala  görə  dəyişməsini  göstərir,  yəni  sazlıq  dərəcəsini  əks 

etdirir.  Struktur  parametrin  cari  qiyməti  ilə  buraxılan  sərhəd  qiyməti  arasındakı  fərq  isə  həmin 

elementin qalıq resursunu (ehtiyat  xidmət  müddətini)  müəyyənləşdirir. Nəqliyyat vasitəsinin  və 



Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə