Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə5/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   ...   43

 

yaxud  onun  hər  hansı  bir  elementinin  istismara  başladığı  andan  son  həddinə  (silinənə)  qədər 



işləmə müddətinə (yürüşünə) onun resursu deyilir. 

    Göstərilən  hər  iki  halda  elementin  texniki  vəziyyəti  təyin  edilir.  Sadə  mexanizmlərin 

texniki  vəziyyəti  bir,  mürəkkəb  konstruksiyaların  texniki  vəziyyəti  isə  kompleks  parametrlərlə 

qiymətləndirilir. 

    Hərəkət  tərkibinin  texniki  imkanlarını  qiymətləndirən  paramelrlərin  texniki  istismarın 

normalarına  müvafiq  gəlmə  dərəcəsi  onun  texniki  vəziyyətinitəyin  edir.  Hərəkət  tərkibi  texniki 

cəhətdən  sazdırsa,  bu,  o  deməkdir  ki,  onun  bütün  parametrləri  texniki  sənədlərdə  verilmiş 

normativ qiymətlərinə uyğundur. 



 

Avtomobilin texniki vəziyyəti 

 

Avtomobilin  xətdə  məhsuldar  və  effektiv  işi,  həmçinin  onun  ətraf  mühit  üçün  təhlükəsiz 

hərəkəti yalnız saz texniki vəziyyətində mümkündür. Avtomobil, aqreqat, qovşaq və hər bir detal 

(müasir avtomobildə sayı 4000-dən çoxdur) istehsalçı-zavodda işlənib hazırlanmış cizgilər üzrə , 

ölçülərə  təyin  olunmuş  müşahidələrlə  və  müəyyən  texniki  şərtlərə  əməl  olunmaqla  hazırlanır. 

Bütün  bu  detallar  və  qovşaqlar  müəyyən  qayda  ilə  aqreqatlara  və  bütöv  avtomobilə  yığılaraq 



struktur, yəni quruluş, konstruksiya – birgə işləyən detallar çoxluğu əmələ gətirir. 

Avtomobil aqreqatının və onun qovşaqlarının strukturu aşağıdakılarla xarakterizə olunur: 

1) detalların (struktur elementlərinin) qarşılıqlı yerləşməsi; 2) bu detalların forma və ölçüləri; 

3) detalların bir-birilə birləşməsi (qovuşması) növü; 4) bu detalların bir-birilə  qarşılıqlı təsirinin 

xarakteri. 

Məsələn,  minik  avtomobilinin  mexaniki  ötürmələr  qutusunun  strukturu  aşağıdakılarla 

xarakterizə  olunur:  karterdə  əsas  üç  valın  –  birinci,  ikinci  (  bir  oxda)  və  aralıq    (paralel  oxda) 

valların  qarşılıqlı  yerləşməsi  ilə;  valların  və  dişli  çarxların  ölçüləri  (diametrləri)  və  onların 

dişlərinin  forması  ilə;  dişli  çarxların  vallarla  qovuşma  (şlisli,  şponkalı),  valların  yastıqlarla 

qovuşma  (  diyirlənmə,  sürüşmə)  növü  ilə;  dişli  çarxların  qarşılıqlı  təsir  (  daimi  ilişmə, 

ötürmələrin dəyişdirilməsi) xarakteri ilə.  

Aqreqatın  strukturu  verilmiş  işçi  funksiyaların  yerinə  yetirilməsini  təmin  edir.  Məsələn, 

mühərrik  müəyyən  güc  yaradır,  diferensial-  burucu  momenti  aparan  körpünün  təkərləri  üzrə 

paylayır, dönmələrdə isə təkərlərin müxtəlif bucaq sürətləri ilə fırlanmasını təmin edir. 

Uzunmüddətli istismar prosesində makrostruktur dəyişmir, mikrostruktur isə bir sıra dağılma 

prosesləri nəticəsində tədricən dəyişir. 

 Avtomobil,  aqreqat  və  ya  qovşağın  texniki  vəziyyəti  strukturparametrlərinin  ədədi 

qiymətləri ilə qiymətləndirilir: 

-

 



strukturparametrinin nominal və ya başlanğıc qiyməti; 

-

 



strukturparametrinin buraxılabilən  qiyməti; 

-

 



strukturparametrinin həddi  qiyməti; 

Avtomobil, aqreqat və ya qovşaq üç texniki vəziyyətdən birində ola bilər: 

   - saz və işləmə qabiliyyətli

   - nasaz, lakin hələ işləmə qabiliyyətli; 

   - nasaz və işləmə qabiliyyətsiz. 

    Sonuncu texniki vəziyyət aqreqat və ya qovşaqda imtina baş verdikdə yaranır. 

    Digər  maşın  və  mexanizmlər  kimi  nəqliyyat  vasitəsinin  də  texniki  vəziyyəti  istismar 

prosesində  sabit  qalmır,  yürüş  (işləmə  müddəti)  artdıqca  müxtəlif  amillərin  təsirindən  pisləşir. 

Bunun  qarşısını  almaq  üçün  texniki  istismarda  müxtəlif  vasitələrdən  (texniki  qulluğu  planlı 

surətdə  yerinə  yetirməklə,  diaqnostikanı  geniş  tətbiq  etməklə,  bir  çox  praktiki  məsələləri 

etibarlılıq  nəzəriyyəsinin  köməyi  ilə  həll  etməklə  və  s.)  istifadə  edilir.  Bu  cəhəti  avtomobilin 

tormoz mexanizminin misalında nəzərdən keçirək (şəkil   ). 




10 

 

 



 

Şəkil    . Texniki qulluğun aparılma sxemi. y - texniki vəziyyətin parametri; 



l - yürüş, km. ilə; A -   imtina oblastı; B - işləmə oblastı. 

 

     Sxemdən  görünür  ki,  avtomobilin  yürüşü  artdıqca  (0-dan 



1

l

  -ə  qədər)  tormoz 

mexanizminin  texniki  vəziyyətini  qiymətləndirən  parametr  -  araboşluq  böyüyür,  çünki  detallar 

yeyilir. 

1

l

  yürüşündə  araboşluq  maksimum  buraxıla  bilən  qiymətinə  çatır.  Mexanizmin  sonrakı 

istismarı  qəzaların  baş verməsinə  səbəb olur. Deməli, tormoz  mexanizmi  öz  funksiyasını ancaq 

1

...



l

  intervalında  yerinə  yetirə  bilir.  Mexanizmin  işini  bərpa  etmək  üçün  onda  profilaktik 

xarakterli  texniki  təsirlər  (bizim  misalda  nizamlama  işləri)  yerinə  yetirilir,  yəni  texniki  qulluq 

aparılır (

1

l

 yürüşündən sonra). 

      Deməli,  müxtəlif  xarakterli  texniki  təsirləri  yerinə  yetirməkləhər  hansı  mexanizmin 

işləmə  qabiliyyətini  bərpa  etmək  olur  (əgəronun  konstruksiyası  imkan  verirsə).  Bizim  misalda 

araboşluğun Y

n

 - 

b

Y

qiymətlərində tormoz mexanizmi işləmə qabiliyyətinə malikdir. 

    Parametrləri  texniki  sənədlərdə  göstərilmiş  qiymətlər  hüdudunda  olmaq  şərtilə  nəqliyyat 

vasitəsinin öz funksiyasmı yerinəyetirə bilmə qabiliyyətinə onun işləmə qabiliyyətideyilir. 

    Hərəkət tərkibinin işləmə qabiliyyətini həmişə tələb olunansəviyyədə saxlamaq üçün onun 

TQ  və  CT  işlərini  yüksək  keyfiyyətlə  yerinə  yetirmək  lazımdır,  xüsusən  təmirə  olan  ehtiyacı 

vaxtında  müəyyən  olunmalıdır.  Bunun  üçün  isə  avtomobilin  və  onun  aqreqatlannm  istismar 

zamanı  texniki  vəziyyətlərinin  dəyişmə  qanunauyğunluqları  öyrənilməli,  texniki  vəziyyətin 

parametrlərinin  buraxıla  bilən  maksimum  qiymətləri  düzgün  təyin  edilməli,  imtinaların  və 

nasazlıqların fiziki mahiyyətləri aydınlaşdırılmalı, profilaktik və təmir xarakterli texniki təsirləri 

keyfiyyətlə  yerinə  yetirmək  üçün  istehsalat  elmin  yeni  nailiyyətləri  əsasında  qurulmalı  və  s. 

məsələlər geniş planda həll edilməlidir. 

     Hərəkət  tərkibinin  texniki  vəziyyətinin  yürüşdən  (işləmə  qabiliyyətindən)  asılı  olaraq 

dəyişməsinin (pisləşməsinin)  əsas  səbəbi onun konstruksiyasında müxtəlif  xarakterli imtinaların 

və nasazlıqların yaranmasıdır. 

    «Nəqliyyat  vasitələrinin  texniki  istismarı»nda  (xüsusən  etibarlılıq  nəzəriyyəsinin  tətbiqi 

bölməsində)  imtina  əsas  texniki  anlayışlardan  biridir.  Sistemin  (aqreqatın,  mexanizmin)  işləmə 

qabiliyyətinin tam və yaxud natamam itirilməsinə imtinadeyilir. 

    İmtina və nasazlıq anlayışları müxtəlif məna kəsb edirlər. Nasazlıq dedikdə istismar edilən 

kosntruksiyanın elə texniki halı  başa düşülür ki, onu qiymətləndirən göstəricilərin (ona  qoyulan 

tələblərin)  ən  azı  biri  texniki  sənədlərdə  verilmiş  qiymətlərinə  uyğun  gəlməsin.  Nasazlıq  ilə 

imtina  arasındakı  fərq  ondan  ibarətdir  ki,  avtomobil  (mürəkkəb  konstruksiya  kimi)  texniki 

cəhətdən  nasaz  olduğu  halda  işləmə  qabiliyyətinə  malik  ola  bilər.  Məsələn,  kuzovun  (banın) 

müəyyən  hissəsində  rəngin  olmaması,  ya  da  batığın  olması,  cihazlar  lövhəsini  işıqlandıran 

lampanın  sıradan  çıxması,  yan  şüşələrdən  hər  hansının  sınması  avtomobilin  texniki  cəhətdən 

nasaz  olduğuna dəlalət edir. Lakin  bununla belə avtomobil işləmə  qabiliyyətinə  malikdir.  Odur 



ki,  hərəkət  tərkibinin  işləmə  qabiliyyətinə  təsir  etməyən  nasazlıqlar  imtinalar  sırasına  daxil 

edilmir. 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə