Azərbaycan Texniki Universiteti “Avtomobil texnikası” kafedrası



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə7/43
tarix17.10.2017
ölçüsü1,09 Mb.
#5254
1   2   3   4   5   6   7   8   9   10   ...   43

13 

 

Əməliyyat  −  avtonəqliyyat  vasitəsinin  aqreqat,  qovşaq,  mexanizm  və  sistemlərinin  texniki 

xidmətlərinin  yerinə  yetirilməsi  üzrə  ardıcıl  hərəkətlər  kompleksidir  (məsələn,  mühərrikin 

karterində yağın dəyişdirilməsi, tormoz mexanizminin nizamlanması və s.). 



Texniki  qulluq  −  nasazlıqların  yaranmasının  qarşısını  almaq  (etibarlılığı  yüksəltmək)  və 

hissələrin  yeyilməsini  azaltmaq  (ömüruzunluğunu  artırmaq),  bununla  da,  avtomobili  uzun 

müddət texniki saz və işləməyə hazır vəziyyətdə saxlamaq məqsədilə yerinə yetirilən profilaktik 

əməliyyatların (yığışdırma, yuma, bərkitmə, nizamlama, yağlama və b.)  məcmusudur. 



Təmir  −  işləmə  qabiliyyətini  itirmiş  avtomobilin  texniki  vəziyyətinin  bərpasına  yönəlmiş 

texniki təsirlərin (sökmə-yığma, mexaniki, termiki, qalvanik və s. üsullarla emal) məcmusudur. 



Avtonəqliyyat  vasitəsinin    cari  təmiri  −  onun  istismarı  prosesində  baş  verən  imtina  və 

nasazlıqların aradan qaldırılmasıdır. 



İşləmə qabiliyyəti − avtonəqliyyat vasitəsinin (aqreqat, qovşaq, mexanizm və sistemlərinin) elə 

bir  vəziyyətidir  ki,  o,  öz  funksiyalarını  texniki  sənədlərin  tələbləri  ilə  müəyyən  olunmuş 

parametrlərlə yerinə yetirməyə qabildir. 

İmtina − avtonəqliyyat vasitəsinin işləmə qabiliyyətinin tam və ya qismən itirməsi ilə baş verən 

hadisədir. İmtina zamanı avtonəqliyyat vasitəsinin işi dayandırılır. İmtinanın baş verməsi həmişə 

nasazlığın  yaranması  ilə  əlaqədardır.  Nasazlığın  yaranması  heç  də  həmişə  imtinanın  baş 

verməsinə səbəb olmur.  



Sazlıq - avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, onun bütün parametrləri  baxılan zaman 

anında  texniki  sənədlərdə  (standartlar,  texniki  şərtlər  və  b.)  verilmiş    tələblərə  (normativ 

qiymətlərə)  uyğundur. 

Nasazlıq  −  avtonəqliyyat  vasitəsinin  elə  bir  vəziyyətidir  ki,  o,  baxılan  vaxt  anında  texniki 

sənədlərdə  (standartlar,  texniki  şərtlər  və  b.)  müəyyən  olunmuş  tələblərin  heç  olmasa  birinə 

cavab vermir və ya uyğun deyildir. 

Avtoservis  müəssisəsində  avtomobil  yerləri  texnoloji  təyinatına  görə  işçi  və  köməkçi 

postlara, gözləmə avtomobil-yerlərinə bölünür. 

Avtonəqliyyat  vasitəsinin   texniki  qulluğu   və  cari təmiri aparılan  işçi  post − avtonəqliyyat 

vasitəsinin    üzərində  bir  və  bir  neçə  bircins  işlərin  yerinə  yetirilməsi  üçün  istehsalat  sahəsinin 

texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş  bir hissəsidir. İşçi postda bir və ya bir 

neçə işçi yer ola bilər. 

Resurs – obyektin istismara başladığı andan  son həddinə (silinənə)  qədər  işləmə  müddətinə 

(yürüşünə)  deyilir.  Obyektin  baxılan  cari  andan  son  həddinə  (silinənə)  qədər  işləmə  müddətinə 

onun qalıq resursu (yürüşü) deyilir.  

İşçi yer − işçinin (fəhlənin) konkret işi (texnoloji əməliyyatı) yerinə yetirmək üçün istehsalat 

sahəsinin  texnoloji  avadanlıqla,  tərtibatlarla,  alətlərlə  təchiz  edilmiş  bir  hissəsi  olan  əmək 

fəaliyyəti zonasıdır. 

Texnoloji  avadanlıq  −  texnoloji  prosesin  müəyyən  hissəsini  yerinə  yetirmək  üçün  tələb 

olunan istehsalat vasitələridir (dəzgahlar, stendlər, yuma qurğuları, rəngləmə kameraları və s.). 



Köməkçi  post  −  avtomobilin  texniki  vəziyyətini  və  xarici  görünüşünü  saz  saxlamaq  və  ya 

bərpa  etmək  üçün  lazım  olan  texnoloji  köməkçi  əməliyyatların  bilavasitə  avtomobildə  yerinə 

yetirilməsi  üçün  avtomobil-yerdir.  Köməkçi  postlara  aid  edilir:  avtomobilin  qəbulu-təhvili, 

rəngləməyə  hazırlıq,  rəngləmə  və  yumadan  sonra  qurutma  (əgər  bu  postlar  stasionar  texnoloji 

avadanlıqla  təchiz  edilməmişsə  və  rəngləmə  və  yuma  postları  ilə  vahid  aqreqat  kimi  əlaqəli 

deyillərsə) postları. 



Gözləmə  avtomobil-yeri

  qəbul-təhvilə  gözləmə  zamanı,  işçi  posta  növbə  zamanı, 



avtomobildən  çıxarılmış  aqreqatın,  qovşağın,  cihazın  təmiri  zamanı  avtomobillərin  qoyulması 

(saxlanması) üçün nəzərdə tutulmuş avtomobil-yerdir. 

Avtonəqliyyat  vasitələrinin  texniki  qulluq  və  cari  təmirinin  istehsalat  prosesi  əsas  texnoloji 

proseslərdən və köməkçi işlərdən ibarətdir, bunların əsasında isə vahid texnoloji marşrut durur  

Avtomobillərin  texniki  qulluq  və  təmir  işlərinin  yüksək  keyfiyyətlə  yerinə  yetirilməsi  üçün 

avtoservis müəssisəsi zəruri sayda postlarla, müasir texnoloji avadanlıqla, qurğularla, cihazlarla, 

tərtibatlarla, alətlərlə və ləvazimatlarla, texniki sənədlərlə təchiz edilir. 



14 

 

Mühazirə 5. 



Nəqliyyat vasitələrinin istismar keyfiyyətləri 

Keyfiyyət anlayişı və NV-nin istismar xüsusiyyətləri. 

 

Keyfiyyət  -  müəyyən  istismar  şəraitində  təyinatına  görə  istifadə  olunduqda  obyektin 

(avto-mobil,  aqreqat,  mexanizm,  sistem,  material)  verilmiş  funksiyaları  yerinə  yetirməyə 

yararlılıq dərəcəsini müəyyən edən xassələrin məcmusudur. İstismar xüsusiyyətləri (keyfiyyəti) - 

nəqliyyat  vasitəsınin    konsruksiyasının  mükəmməlliyinin  və  tələblərə  uyğunluğunun,  habelə 

onun texniki vəziyyətinin meyarıdır. 



İstismar  xüsusiyyətləri  –  nəqliyyat  vasitəsinin  istifadə  prosesindəortaya  çıxan  və  onun 

istismar imkanlarını müəyyən edən texniki göstəricilərdir. 

           Ümumi  halda  keyfiyyət  dedikdə,  təyinatına  müvafiq  verilmiş  funksiyanı  yerinə 

yetirmək  üçün  konstruksiyanın  yararlılıq  dərəcəsini  qiymətləndirən  xüsusiyyətlərin  cəmi  başa 

düşülür.  Nəqliyyat  vasitəsi  istismar  prosesində  iştirak  edərkən  onun  texniki  imkanlarından  nə 

dərəcədə səmərəli istifadə edilməsi texniki göstəricilərlə təyin edilir. İstismar əsnasında meydana 

çıxan  və  hərəkət  tərkibinin  texniki  imkanlarını  (işləmə  qabiliyyətini)  müəyyən  edən  texniki 

göstəricilərə istismar keyfiyyətləri deyilir. 

Nəqliyyat  vasitələrinin  istismar  keyfiyyətləri  konstruksiyanın  layihələndirilməsi  zamanı 

nəzərdə tutulur, istehsal prosesində (zavodda hazırlandıqda) isə təmin edilir. Mövcud olan bütün 

nəqliyyat vasitələri üçün əsas istismar keyfiyyətləri aşağıdakılardır: 

1.  Dinamikliyi və yanacaq qənaətliliyi; 

2.  Hərəkətin təhlükəsizliyi; 

3. Nəqliyyatın dəyanətliyi və keçiriciliyi; 

4. Yük götürmə qabiliyyəti və tutumu; 

5. Etibarlılığı və ömür uzunluğu; 

6.  İmtinasızlığı və rahatlığı; 

7.  Məhsuldarlığı və təmirə yararlılığı. 

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə