Azərbaycan texniKİ universiteti NƏQLİyyat müHƏNDİSLİYİ qrup: 101A1 FƏNN:İSTİLİk texnikasi və Hİdravlikasi


Molekulyar kütlə və sıxlıq haqqında ümumi məlumat



Yüklə 338,33 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü338,33 Kb.
#82241
1   2   3   4
Laboratoriya işi 1 (4) (1)

Molekulyar kütlə və sıxlıq haqqında ümumi məlumat.

Maddənin fiziki və kimyəvi xassələrini özündə daşıyan ən kiçik hissəciyə molekul deyilir.Elementin kim­yəvi xassəsini daşıyan ən kiçik hissəciyinə atom deyilir.Ve­rilmiş maddədəki molekulların sayının Avaqadro sabitinə olan nisbətinə maddə miqdarı deyilir. Maddə miqdarının va­hi­di 1 mol adlanır və əsas vahiddir. Kütləsi 0.012 kq olan karbondakı atomların sayı qədər molekullardan təşkil olun­muş maddə miqdarına bir mol deyilir.İstənilən mad­də­nin bir molunda eyni sayda molekul (və ya atom ) var­dır. Bu say Avaqadro sabiti adlanır.




Burada m istənilən maddənin kütləsidir, N isə m küt­lə­li maddədə olan molekulların sayıdır.

Bir mol miqdarında götürülmüş maddənin kütləsinə mol­yar kütlə deyilir. Molyar kütlə molekulun kütləsi ilə Ava­qadro sabitinin hasilinə bərabərdir.



(1)

Molyar kütlənin vahidi

Burada - bir molekulun (və ya atomun ) kütləsidir.

Molekulları arasındakı təsir nəzərə alınmayacaq də­rə­cədə kiçik olan qaza ideal qaz deyilir. İdeal qazın mole­kul­larının enerjisi ancaq onların kinetik enerjisindən iba­rət­dir. Seyrəldilmiş real qazlar özlərini ideal qaz kimi aparır.

Qaz halının parametrləri arasındakı əlaqəni ifadə edən tənliyə ideal qazın hal tənliyi və ya Mendeleyev-Kla­peyron tənliyi deyilir.

və ya (2)

Burada:


P- təzyiq

V- həcm


m-havanın kütləsi

µ-molyar kütlə

R-universal qaz sabiti

T- mütləq (termodinamik) temperatur

(2) düsturu ilə molyar kütlənin təyin olunması üçün ha­va­nın kütləsi ölçülməlidir. Bu da mövcud olan qurğuda müm­­kün deyil. Bunun üçün kolbadan havanın tamamilə so­r­u­l­­ma­sı­na ehtiyac yoxdur, yalnız qazın kütləsini bir qədər də­yişmək ki­fayətdir.


Yüklə 338,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə