Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 235,02 Kb.

səhifə1/6
tarix24.12.2017
ölçüsü235,02 Kb.
  1   2   3   4   5   6


Azərbaycan 

Tibb Universiteti 

üzrə 2013/2014-

cü tədris ilində 

Dövlət Attestasiya 

Komissiyası 

sədrlərinin hesabatı 

dinlənilmişdir

 

Universitetimizin tələbəsi şahmat 



üzrə Azərbaycan Çempionatının 

qalibi oldu

ATU-nun Tədris Cərrahiyyə 

Klinikasında unikal 

əməliyyat - 6 yaşlı uşağın 

sınmış qoluna ayaqdan 

damar köçürülüb

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 12 (1587) 25 iyun 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Prezident İlham Əliyev Azərbaycan 

səhiyyə işçilərinin “Tərəqqi” medalı 

ilə təltif edilməsi haqqında sərəncam 

imzalayıb.

* * *

Prezident İlham Əliyev Azərbaycan 

səhiyyə işçilərinə fəxri adların verilməsi 

haqqında sərəncam imzalayıb.

ÀÒÓ-íó ÿëà ãèéìÿòëÿðëÿ áèòèðÿí áöòöí ìÿçóí ëàðû  

ñÿìèìè ãÿëáäÿí òÿáðèê åäèð, ìöñòÿãèë ùÿêèìëèê 

ôÿàëèééÿòè ö÷öí âÿñèãÿ àëàí ýÿíúëÿðèìèçÿ áþéöê 

óüóðëàð äèëÿéèðèê!

3

3

Dövlət 

imtahanları başa 

çatdi, nəticələr 

qənaətbəxşdir

Azərbaycanın 

səhiyyə işçiləri peşə 

bayramlarını qeyd 

etmişlər

Bu sayımızda

2

4-5

 7

7

Bu gün ATU-da buraxılış günüdür!




http://www.amu.edu.az

25 iyun  2014-ъц ил

2

İyunun 

17-də 

Azərbaycanın 

səhiyyə 

işçilərinin  peşə  bayramı  münasibəti  ilə 

səhiyyə  naziri  Oqtay  Şirəliyevin  rəhbərliyi 

ilə geniş kollegiya iclası keçirilmişdir.

Səhiyyə  Nazirliyinin  mətbuat  xidmətindən 

AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə 

acan  nazir  O.Şirəliyev  tibb  işçilərini  bayram 

münasibətilə  təbrik  etmiş,  onlara  işlərində 

uğurlar arzulamışdır.

Tibb işçilərinin bu bayramı ulu öndər Heydər 

Əliyevin  2001-ci  il  4  iyun  tarixli  Sərəncamı 

əsasında  qeyd  etdikləri  diqqətə  çatdırılmış. 

Eyni  zamanda,  son  illərdə  səhiyyənin  idarə 

olunması,  tibb  müəssisələrinin  maddi-texni-

ki  bazasının  gücləndirilməsi,  yeni  tibbi  tex-

nologiyaların  tətbiqi,  köklü  kadr  islahatları 

istiqamətində həyata keçirilmiş tədbirlərdən da-

nışılmışdır. Qeyd edilmişdir ki, Prezident İlham 

Əliyevin diqqət və qayğısı nəticəsində 500-dən 

artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış 

tibb müəssisəsi ən müasir avadanlıqlarla təmin 

olunmuşdur.

Kollegiyada,  həmçinin  səhiyyənin  kardio-

cərrahiyyə, sümük iliyinin transplantasiyası, irsi 

qan xəstəlikləri kimi prioritet sahələrində qaza-

nılmış uğurlardan da danışılmışdır.

Daha  sonra  kollegiya  katibi  bir  qrup  səhiyyə 

işçisinin  “Tərəqqi”  medalı  və  fəxri  adlarla  təltif 

edilməsi  haqqında  Azərbaycan  Respublikası 

Prezidenti  İlham  Əliyevin  sərəncamlarını  oxu-

muşdur.


Tədbirin sonunda bir sıra tibb işçisinə mükafat 

və hədiyyələr təqdim edilmişdir.



İyunun  23-də  Bakıda  “Azərbaycan  və  Mərkəzi  Asiya” 

səhiyyə sammiti öz işinə başlamışdır.

AzərTAc  xəbər  verir  ki,  tədbirdə  Azərbaycan,  Qa-

zaxıstan,  Qırğızıstan,  Tacikistan  və  Gürcüstandan 

40-a yaxın mütəxəssis iştirak edir.

Sammitin  açılışında  çıxış  edən  “Oliver  Kinross” 

təşkilatının meneceri Maximilian Lejman təmsil etdi-

yi təşkilatın fəaliyyəti barədə məlumat vermişdir.

Sammitin həmsədri Nabil Seyidov Bakıda keçirilən 

bu  tədbirin  əhəmiyyətindən  danışmışdır.  Qeyd 

etmişdir  ki,  sammitin  məqsədi  müxtəlif  ölkələrin 

səhiyyə sahəsində peşəkarlarını bir araya gətirmək 

və ən yaxşı təcrübələri bölüşməkdir.

Bildirilmişdir  ki,  tədbir  iştirakçıları  təmsil  etdikləri 

ölkələrin  səhiyyə  nazirlikləri,  klinikaları,  tibb  işçiləri 

arasında  mövcud  əlaqələrin  genişləndirilməsi, 

yeni  əlaqələrin  yaradılması  məsələlərini  müzakirə 

edəcəklər.  Eyni  zamanda,  tibbi  xidmətlərin 

keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni texno-

logiyaların tətbiqi imkanlarının araşdırılması mövzu-

sunda fikir mübadiləsi aparmışlar.

Sonra  Səhiyyə  Nazirliyi  Elmi-Tədqiqat  Ağciyər 

Xəstəlikləri  İnstitutunun  direktor  müavini  İradə 

Axundova  Azərbaycanda  vərəm  xəstəliyinin 

müalicəsi  və  profilaktikası  istiqamətində  həyata 

keçirilən  layihələrdən  danışmışdır.  Bildirilmişdir 

ki,  Azərbaycanda  Vərəmlə  mübarizə  üzrə  Dövlət 

Proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin 

yayılmasının  qarşısının  alınması  məqsədilə  bir 

sıra  tədbirlər  həyata  keçirilmişdir.  Respublikanın 

şəhər  və  rayonlarında  vərəm  xəstəxanalarının  ti-

kintisi və təmiri aparılmışdır. Elmi-Tədqiqat Ağciyər 

Xəstəlikləri  İnstitutunda  yaradılmış  Milli  Referens 

Laboratoriyası  ilə  yanaşı  mikrobioloji  müayinələrin 

aparılması  Gəncə  və  İmişlidə  də  təşkil  edilmişdir. 

Bu laboratoriyalar müasir diaqnostik cihaz və ava-

danlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının 

yaxşılaşdırılması,  vərəmin  multirezistent  forma-

lı  xəstələrin  aktiv  müalicəyə  cəlb  olunması,  geniş 

miqyaslı  profilaktik  tədbirlərin  görülməsi,  vərəmli 

xəstələrin  birinci  və  ikinci  sıra  dərman  preparatla-

rı  ilə  tam  təmin  olunması  nəticəsində  epidemioloji 

vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bunun-

la yanaşı, bu xəstəlikdən ölüm göstəricisi son 10 il 

ərzində 2,6 dəfə azalmışdır.

Qırğız 

Respublikası 



Səhiyyə 

Nazirliyinin 

nümayəndəsi  Mederbek  İsmaılov  “Qırğız  Respub-

likasının  səhiyyə  sistemi”  mövzusunda  məruzə  ilə 

çıxış etmişdir.

Toplantıda digər ölkələrin tibb mütəxəssislərinin də 

məruzələri dinlənilmişdir.

Sammit iyunun 24-də başa çatmışdır.



Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər 

Əliyevin  2001-ci  il  4  iyun  tarixli  Sərəncamına 

əsasən,  hər  il  iyunun  17-si  ölkəmizdə  tibb 

işçilərinin peşə bayramı günü kimi qeyd olunur. 

Bununla  əlaqədar  səhiyyə  naziri  Oqtay  Şirəliyev, 

Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil 

Əliyev,  Azərbaycan  Tibb  Universitetinin  rektoru,  Milli 

Məclisin deputatı, akademik Əhliman Əmiraslanov və 

tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri 

xiyabana  gələrək  xalqımızın  ümummilli  lideri,  müasir 

müstəqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu 

Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı 

önünə əklil qoymuşlar.

Görkəmli  oftalmoloq  alim,  akademik  Zərifə  xanım 

Əliyevanın  məzarı  üzərinə  də  əklil  qoyulmuş,  gül 

dəstələri düzülmüşdür.

Tibb  işçiləri  görkəmli  ictimai  xadim,  böyük  səhiyyə 

təşkilatçısı  Əziz  Əliyevin  və  tanınmış  elm  xadimi  Ta-

merlan  Əliyevin  də  məzarları  üzərinə  tər  çiçəklər 

düzmüşlər.

Sonra  Şəhidlər  xiyabanına  gələn  səhiyyə  işçiləri 

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda 

mübarizədə canlarından keçmiş qəhrəman Vətən öv-

ladlarının xatirəsini ehtiramla yad etmiş, “Əbədi məşəl” 

abidəsinin önünə əklil qoymuşlar.



Səhiyyə işçiləri ümummilli lider Heydər Əliyevin məzarını 

və Şəhidlər xiyabanını ziyarət etmişlər

Azərbaycanın səhiyyə işçiləri peşə bayramlarını qeyd etmişlər

Bakıda “Azərbaycan və Mərkəzi Asiya” səhiyyə sammiti keçirilib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 

maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə 

aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Abbasova Nəcibə Ələkbər qızı

Abbasova Səidə Həbib qızı

Abdullazadə Əbülfəz Abdulla oğlu

Əliyeva Bəhriyə Cabbar qızı

Qafarov Lütfi Cəlal oğlu

Qəmbərova Məhəbbət İslam qızı

Mahmudov Elşad Müzəffər oğlu

Məmmədov Cavid Mahal oğlu

Zülfüqarov Vaqif Paşa oğlu



İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2014-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 

109-cu maddəsinin 32-ci bəndini rəhbər 

tutaraq qərara alıram:

Azərbaycan səhiyyəsinin inkişafındakı 

xidmətlərinə görə aşağıdakı şəxslərə 

Azərbaycan Respublikasının fəxri adları 

verilsin:

“Əməkdar Həkim”

Abbasova Pəri Mahmud qızı

Eyvazov Taryel Əli oğlu

Həsənov Bəxtiyar Əbdül Hüseyn oğlu

Həsənova Şirinnaz İsa qızı

Hüseynov Rüstəm Hüseyn oğlu

Mahmudov Rəşad Məmmədqulu oğlu

Məlikova Şərəbanı Höccət qızı

Rufullayeva Sadiqə Qiyas qızı

Rzayev Arif İsa oğlu

Rzayeva Elmira Şahsuvar qızı

Səfərova Pərvanə Əli qızı

Şıxəliyev Yavər Şıxəli oğlu

Xankişiyev Ramiz Səfər oğlu



“Əməkdar Müəllim”

Cümşüdov Cümşüd Həsən oğlu

Gəraybəyli Gəray Çingiz oğlu

Məmmədəliyeva Dilarə Əli qızı



“Əməkdar Tibb İşçisi”

Çobanova Ziyafət Məclum qızı

Həsənova Nişanə Qəşəm qızı

Məmmədova Leyla Mircəfər qızı

Məmmədova Validə Abbas qızı

Mövsumova Gülbacı Əli qızı

Muxtarova Roza İmran qızı

Seyidova Esmiralda Rafiq qızı

Urazina Svetlana Əzizovna

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyun 2014-cü il

Azərbaycan Respublikasının səhiyyə işçilərinin 

“Tərəqqi” medalı ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının səhiyyə işçilərinə 

fəxri adların verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı



: tebib qezeti
tebib qezeti -> BöYÜk elmi Şurada 2 Bakıda ikinci Azərbaycan- alman-türk tibb konqresi keçirilib
tebib qezeti -> S.ƏLİyev: “TƏDRİSİn yüKSƏk səVİYYƏDƏ aparilmasi müƏLLİMLƏRİn təLƏBƏLƏRƏ olan
tebib qezeti -> Qış semestr imtahan larına start verilib 20 yanvar faciƏSİ tariXİMİZİn qürur səHİFƏSİDİR
tebib qezeti -> Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir
tebib qezeti -> Tibb Universitetində beynəlxalq elmi konfrans keçirilib Kardiologiya Akademiyasının ilk toplantısı
tebib qezeti -> Atu-nun Tələbə Gənclər Təşkilatının sədri Fəxri Fərmanla təltif edilib
tebib qezeti -> Azərbaycan Tibb Universitetində Dünya Böyrək Günü qeyd edilib
tebib qezeti -> Atu-da “Düzgün kliniki Praktika” seminarı keçirilib
tebib qezeti -> Tələbələr robotlar üzərində təcrübə keçirlər Azərbaycan Tibb Universiteti rezidentlərinin
tebib qezeti -> Dünyanın tanınmış ekspertləri atu-nun qonağı olub Tibb Universitetində elmi-praktik konfrans


Dostları ilə paylaş:
  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə