Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 235,02 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix24.12.2017
ölçüsü235,02 Kb.
#17504
1   2   3   4   5   6

http://www.amu.edu.az

25 iyun  2014-ъц ил

4

Əhmədli Nərmin Cəfər qızı

 

 

Bakı şəhərində 

anadan olub. Nəsimi 

rayonunda yerləşən 

42 saylı orta məktəbi 

2008-ci ildə bitirərək 

601 balla ATU-nun     

I müalicə-profilaktika 

fakültəsinə daxil 

olub. Orta məktəbdə 

rayon və şəhər 

üzrə keçirilən olim-

piadalarda kim-

ya fənni üzrə iştirak edib və II yerə çıxıb.                                                                                                 

Daxili xəstəliklərin propedevtikası kafedrasın-

dan “Arterial Hipertenziya” mövzusunda elmi 

tədqiqat işi aparıb və diploma layiq görülüb.                                                                                                       

Universitetdə keçirilən Alman Azərbaycan 

Əməkdaşlıq Cəmiyyətində (GAMCA) 

də ümumi cərrahiyyə istiqamətində iş-

tirak edib və diplomla təltif olunub.                                                                                                    

Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi 

ginekologiya ixtisası üzrə yüksək səviyyəli 

mütəxəssis kimi yetişərək anaların və dünyaya 

göz açan körpələrimizin sağlamlığı keşiyində 

dayanmaqdır.



Əhmədova Ülkər Eldar qızı

 

2008-ci ildə Bakı 



şəhərindəki 207 

saylı orta məktəbi 

əla qiymətlərlə 

bitirərək 610 balla 

Azərbaycan Tibb 

Universitetinin (ATU) 

II Müalicə-profilaktika 

fakültəsinə daxil 

olub.  Universitetlərdə 

təhsil aldığı 

müddətdə müxtəlif 

elmi konfranslarda 

iştirak edib. 2009-cu ildə Tələbə Elmi 

Cəmiyyətinin (TEC) 77-ci yekun elmi 

konfransında qalib olduğu üçün diploma 

layiq görülüb. II Mamalıq və ginekologiya 

kafedrasında “Preeklampsiya və eklampsiya 

perinatal nəticələr” mövzusunda elmi iş 

götürüb və 2012-ci ildə TEC-in fakültə 

konfransında qalib olub. 2012-2013-cü illərdə 

Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq 

Cəmiyyətinin (GAMCA) təşkil etdiyi 

radiologiya, laparoskopiya üzrə keçirilən 

treyninq kurslarında iştirak edərək müvafiq 

sertifikatlara layiq görülüb. ATU-nun Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkil 

etdiyi “5 günlük rezident ol” layihəsində 

iştirak edib və ATU TTK-nın Daxili xəstəliklər 

kafedrasında tələbə-rezident olub. 2013-

cü ilin avqust ayında GAMCA-nın Summer 

Medical School layihəsi çərçivəsində 

Almaniyanın Mannhaym Universitet 

Klinikasının damar cərrahiyyəsi şöbəsində 

bir aylıq hospitasyon keçib. Bundan başqa 

bir sıra nüfuzlu kurslarda iştirak edərək 

sertifikatlar almışdır. 

Arzusu Almaniyanın yüksək ixtisaslı 

nüfuzlu klinikalarının birində rezidentura 

təhsilini davam etdirməkdir. İnterventional 

kardiologiya üzrə ixtisaslaşıb və ölkəmizdə 

yeni inkişaf edən bu sahədə yaxşı 

mütəxəssis kimi formalaşmaq və Hippokrat 

andını rəhbər tutaraq doğma Vətənimizdə 

insanların sağlamlığı keşiyində durmaq 

niyyətindədir.

Fərzəlibəyova Mədinə Səlim qızı 

 

1988-ci ildə Bakı 

şəhərində anadan olub. 

1995-2006-cı  illərdə 

Səbail rayonunun 160 

nömrəli orta məktəbini 

bitirib. 2006-cı ildə ATU-

ya qəbul olub və universi-

teti fərqlənmə diplomu ilə 

başa vurur.

Rus, ingilis, italyan dillərini bilir. Bir sıra 

beynəlxalq və ölkə daxilində keçirilmiş 

tədbirlərdə, o cümlədən elmi simpozium və 

tələbə düşərgələrində Azərbaycanı təmsil 

edib.

2009-cu ildə AR üzrə Tədbirlər proqramı 



çərçivəsində keçirilmiş “Reproduktiv sağlam-

lıq, o cümlədən HİV / AİDS təlimatçılarının 

təlimi” kursunda iştirak edərək müvafiq ser-

tifikata yiyələnib. Bir sıra elmi nəşrlərdə və 

mətbuat orqanlarında məqalələri dərc olunub.

 Əfəndiyeva Günel Mustafa qızı 

 

Bakı şəhərində ana-



dan olub. 2008-ci ildə 

Nizami rayonundakı  

N.Həmzəyev adına 

238 saylı orta məktəbi 

bitirərək 610 balla 

ATU-nun  I Müalicə-

profilaktika fakültəsinə  

daxil olub. Orta 

məktəbdə oxuduğu 

zaman bir sıra olim-

piadalarda iştirak edərək müvəffəqiyyət qaza-

nıb. 2013-cü ildə Fransada Hematologiya üzrə 

keçirilən konfransda iştirak edib və sertifikatla 

təltif olunub. Universitetdə oxuduğu illərdə ATU-

nun Tələbə Elmi Cəmiyyətinin üzvü olub. Patoloji 

fiziologiya kafedrasından “Şəkərli diabet və onun 

qara ciyərə təsiri”, Daxili xəstəliklərin propedevti-

kası kafedrasından “Miokard infarktı” mövzusun-

da elmi işlər işləyib və diplomlarla təltif olunub.                                                               

ATU tələbə birliyinin hazırladığı “5 gün rezident 

ol” layihəsində onkologiya üzrə rezident işləyib 

və ATU-nun rektoru, akademik Ə.Əmiraslanov 

tərəfindən sertifikatla təltif olunub.

Arzusu ATU-nu bitirdikdən sonra seçdiyi ixtisas 

üzrə xalqına və vətəninə layiqli oftalmoloq-həkim 

kimi xidmət etməkdir. 



İbrahimli Ülkər İsaq qızı

 

Cəlilabad rayonunda ana-

dan olub. Nizami rayonundakı  

214 saylı orta məktəbi 2008-ci 

ildə bitirərək 630 balla ATU-

nun I MPF-nə daxil olub. Orta 

məktəbdə kimya, xarici dil və 

tarix fənni üzrə olimpiadaların 

rayon və şəhər turlarında iştirak 

edərək I və II yerə layiq görülüb. 

2012-ci ildə Türkiyə Respubli-

kasında kardiologiya üzrə konfransda iştirak edib. 

2012-ci ilin avqust ayında İstanbul Universitetinin 

Tibb fakültəsində iş təcrübəsi keçib.                                   

 Universitetdə oxuduğu illərdə TEC-in üzvü 

olub. ATU-nun tələbə birliyinin hazırladığı “5 

gün rezident ol” layihəsində  onkologiya üzrə 

rezident işləyib və ATU-nun rektoru, akademik  

Ə.Əmiraslanov tərəfindən sertifikata layiq görülüb.                                                                                             

Məqsədi ATU-nu bitirdikdən sonra təhsilini Alma-

niyada davam etdirmək, bacarıqlı mütəxəssis kimi 

yetişməkdir.  



Ahu Müjgan Onk 

 

1990-cı ildə ziyalı 

ailəsində anadan olub. 

1997-2008-ci illərdə 

T.İsmayılov adına 6 

saylı məktəb-liseyi  əla 

qiymətlərlə başa vurub. 

2008-ci ildə 580 balla  

Azərbaycan Tibb Uni-

versitetinin Pediatriya 

fakültəsinə daxil olub. 

2008-ci ildə  “Respub-

lika Olimpiadası”nda 

biologiya fənni üzrə I yerə çıxıb.                                                                                                  

Uşaqları sevdiyindən uşaq ixtisasını seçən 

Müjgan ATU-da oxuduğu illərdə dərsdən 

kənar bir çox ictimai fəaliyyətlərlə məşğul olub. 

Məqsədi Tələbə Qəbulu üzrə Dövlət Komissi-

yasının keçirtdiyi rezidentura pilləsində keçirilən 

imtahanları uğurla keçməkdir.



Qaçaylı leyla Nofəl qızı

 

1



991-ci il dekabrın 26-da 

Bakı şəhərində anadan 

olub. 1998-ci ildə Bakı 

şəhərindəki 176 saylı orta 

məktəbin I sinfinə gedib. 

2000-ci ildə isə II sinfi 

bitirdikdən sonra imtahan 

verərək birbaşa  IV sinfə 

keçib. Məktəbdə oxuyarkən 

dəfələrlə fənn olimpiadala-

rında iştirak edib, riyaziyyat 

fənni üzrə I yeri qazanıb-

dır. 2008-ci ildə Heydər Əliyevin 85 illiyinə həsr 

olunmuş məktəblərarası olimpiadada I yeri tutub.                                                                                     

2008-ci ildə 685 balla ATU-nun I MPF-nə daxil olub  

və Prezident təqaüdünə layiq görülüb.

Arzusu təhsilini davam etdirmək, savadlı həkim 

olmaqdır. 



Nağızadə Bilqeyis Elmir qızı

 

2008-ci ildə 



Gəncə şəhərindəki  

M.Mehdizadə adına 

4 saylı orta məktəbi 

bitirərək 590 balla 

ATU-nun II Müalicə işi 

fakültəsinə daxil olub. 

Məktəbdə oxuduğu 

illərdə olimpiadalarda 

iştirak edib. Ingilis dili 

üzrə keçirilən FLEX 

müsabiqəsində və III kursda TEC-in konfran-

sında iştirak edib.

Bilqeyis rus, ingilis, türk dillərində sərbəst 

danışır. Arzusu rezidenturaya qəbul olduqdan 

sonra insanların sağlamlığı keşiyində dayan-

maqdır.


Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà 

Àzəðáàéúàí Òèáá Óíèâåðñèòåòèíè əëà 


Yüklə 235,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə