Azərbaycan Tibb Universiteti üzrə 2013/2014 cü tədris ilində



Yüklə 235,02 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix24.12.2017
ölçüsü235,02 Kb.
#17504
1   2   3   4   5   6

25 iyun   2014-ъц ил

http://www.amu.edu.az

5

Əhmədli Nərmin İslam qızı 

 

1991-ci ildə Şəki şəhərində 



anadan olub. 1997-ci ildə 

Şəki şəhərindəki 5 saylı orta 

məktəbə gedib. 2008-ci ildə 

Şəki şəhər fizika-riyaziyyat 

və humanitar təmayüllü 

liseyi bitirib. Həmin ildə  695 

balla ATU-nun I Müalicə-

profilaktika fakültəsinə daxil 

olub. 2014-cü ildə universiteti 

bitirərək fərqlənmə diplomu alıb. 



İsmayılov Surəddin Sədrəddin oğlu

 

1997-ci ildə 



Bakı şəhəri Xətai 

rayonundakı 

M.Hacıyev adına 116 

saylı orta məktəbin 

1-ci sinfinə gedib. Orta 

təhsil müddətində 

dəfələrlə məktəb 

olimpiadalarında iştirak 

edib, rayon, şəhər 

turnirlərinin qalibi 

olub.  2003-cü ildə Beynəlxalq Qırmızı Xaç 

Komitəsinin təşkil etdiyi “Humanitar Prinsiplər 

və Beynəlxalq Humanitar Hüququn əsasları” 

üzrə bilik müsabiqəsinin birinci turunun qalibi 

olub və qurumun Azərbaycan bölməsinin 

rəhbəri Floran Korna tərəfindən sertifikatla 

mükafatlandırılıb. 2008-ci ildə həmin məktəbi 

əla qiymətlərlə bitirərək yüksək balla 

Azərbaycan Tibb Universitetinin pediatriya 

fakültəsinə daxil olub. Aşağı kurslardan 

Universitetin elmi-ictimai həyatında aktiv 

iştirak edib, müxtəlif tədbirlərin təşkilində rol 

oynayıb. III kursdan pediatriya fakültəsinin 

Tələbə Elmi Cəmiyyətinin üzvü, daha sonra 

bölmə sədri olub.  V kursdan universiteti 

bitirənə kimi həmin cəmiyyətin sədri 

vəzifəsində çalışıb. Bu müddətdə müxtəlif 

ölkədaxili və ölkəxarici elmi konfranslarda 

istər iştirakçı, istərsə də təşkilatçı kimi iştirak 

edib, diplom və sertifikatlara layiq görülüb. 

2014-cü ilin may ayında tələbələr və gənc 

həkimlər üçün keçirilən I Beynəlxalq Tibb 

Konqresinin koordinatoru olub. 

Başlıca məqsədi təhsilini xaricdə davam 

etdirmək, Vətənə döndükdən sonra qazandığı 

bilik və bacarıqlardan xalqın sağlamlığı 

naminə istifadə etməkdir.

Hüseynova Mehriban Rafael qızı

 

2008-ci ildə Gəncə 

şəhərində yerləşən 4 

saylı orta məktəbi əla 

qiymətlərlə başa vura-

raq 630 balla ATU-nun 

II Müalicə işi fakültəsinə 

qəbul olub. Orta 

məktəbdə oxuduğu illərdə 

kimya və biologiya üzrə 

keçirilən rayon olimpia-

dalarının qalibi olub. III 

kursdan TEC-nin fəal üzvü 

kimi fəaliyyət göstərib. 

O, 2013-cü ildə TEC-in 

yekun elmi konfransında diploma layiq görülüb.                                                                                      

Mehriban ingilis, türk və rus dillərində sərbəst 

danışır. Arzusu rezidenturaya qəbul olmaq, 

gələcəkdə yüksək səviyyəli mütəxəssis kimi 

yetişməkdir.



Quluzadə lalə Çingiz qızı

 

1997-ci ildə Suraxa-

nı rayonunda yerləşən 

xarici dillər təmayüllü 

gimnaziyasının I sinfinə 

daxil olub. Gimnaziya-

da oxuduğu müddətdə 

nümunəvi davranış və 

dərs müvəffəqiyyətinə 

görə fəxri fərmanlarla 

təltif olunub. 9-cu sinfi 

qırmızı şəhadətnamə 

ilə bitirərək Qubadlı 1 saylı tam orta məktəbinə 

daxil olub.  2008-ci ildə orta məktəbi bitirərək 647 

balla Azərbaycan Tibb Universitetinin Müalicə işi 

fakültəsinə daxil olub. 

2010-cu ilin aprelində Tələbə elmi Cəmiyyətinin 

keçirdiyi konfransda fəal iştirakına görə diplomla təltif 

olunub. 

2011-ci il iyulun 11-dən avqustun 8-ə dək 

Türkiyənin Qazi Universitetində istehsalat təcrübəsi 

keçərək bir sıra konfransların sertifikatları ilə təltif 

olunub.

Bayramova Nigar Qalib qızı

 

1991-ci ildə Gəncə 

şəhərində anadan olub. 

2008-ci ildə orta məktəbi 

əla qiymətlərlə bitirb. Elə 

həmin ildə ATU-nun MPF-

nə daxil olub, fərqlənmə 

diplomu ilə universiteti 

bitirib. Orta məktəbdə oxu-

duğu dövrdə bir neçə dəfə 

olimpiadalarda iştirak edib 

və diploma layiq görülüb.

Həyatda qazandığı nailiyyətlərə görə Allaha və 

anasına borclu olduğunu bildirir. Kariyerasını davam 

etdirmək arzusundadır.

Əhədova Tahirə Ceyhun qızı

 

2008-ci ildə 289 

saylı “Zəngi” liseyini 

bitirdikdən sonra yüksək 

balla Azərbaycan Tibb 

Universitetinin müalicə-

profilaktika fakültəsinə 

daxil olub. Orta məktəb 

illərində keçirilən bir 

neçə olimpida və 

müsabiqələrin qalibi 

olub. Oxuduğu müddətdə 

Prezident təqaüdü alıb. 

2014-cü il martın 30-da keçirilən rezidenturaya qəbul 

imtahanının I mərhələsində 75 bal toplayıb. 

Abduləlimova Xatirə Rəfail qızı  

  

1991-ci ildə Bakıda anadan 

olub. 1997-ci ildə Bakı şəhəri, 

Biləcəri qəsəbəsi 2 saylı orta 

məktəbin I sinfinə gedib. 2004-

cü ildə oradan Respublika 

İncəsənət Gimnaziyasına keçib. 

2008-ci ildə gimnaziyanın 

Fortepiano şöbəsini və tam orta 

məktəbi əla qiymətlərlə bitirib. 

Yüksək balla ATU-nun I Müalicə 

işi fakültəsinə daxil olub. Universitetin III kursunda 

Tələbə Elmi Cəmiyyətinin fəal iştirakçısı kimi “Pa-

tofiziologiya” kafedrasında işlədiyi elmi işinə görə 

universitet üzrə II yerə layiq görülüb. Universitetin 

“Daxili xəstəliklərin propedevtikası” kafedrasında 

işlədiyi elmi işinə görə II yeri, eləcə də VI kursda 

universitetin “Ginekologiya” kafedrasında “Biyan 

kökünün ginekoloji xəstəliklərin müalicəsində rolu” 

mövzusunda çıxış etdiyi elmi işinə görə I yeri qaza-

nıb. Rus və ingilis dillərini bilir. Bütün fənlərdən əla 

qiymət alaraq universiteti əlaçı kimi bitirir.

Arzusu həkim-kardioloq olmaqdır.

Rüstəmov Rizvan vilyam oğlu  

 

1991-ci ildə Bakıda mühəndis 

ailəsində anadan olub. 1997-ci ildə 

Sabunçu rayonundakı 192 saylı 

orta məktəbin I sinfinə gedib. Orta 

məktəbdə oxuduğu illərdə bir sıra 

olimpiadalarda iştirak edib.  2006-

ci ildə kimya olimpiadasında şəhər 

turunun qalibi olub. 2008-ci ildə 81 

sayli orta məktəbi əla qiymətlərlə 

bitirib. Elə həmin ildə Azərbaycan 

Tibb Universitetinin pediatriya 

fakültəsinə daxil olub. Aşağı kurs-

lardan etibarən universitetin elmi-ictimai fəaliyyətində 

aktivlik göstərib. Dəfələrlə universitetdaxili və universi-

tetxarici (İMESCON 2012, Samsun/Türkiyə) konfrans-

larda iştirak edib, sertifikatlara layiq görülüb. 2013-cü  

ildə Tələbə Gənclər Təşkilatının təşkil etdiyi Məntiq 

olimpiadasında fəxri fərmana layiq gorülüb. Eləcə də 

universitetdaxili müxtəlif tədbirlərin təşkilində fəaliyyət 

göstərib. Habelə 2-3 May 2014-cü ildə  keçirilən tələbə 

və gənc həkimlər üçün I Beynəlxalq Tibb Konqresi-

nin Təşkilat Komitəsində Elmi İşlər üzrə kordinator 

vəzifəsində çalışıb. 2014-cu ildə Azərbaycan Tibb Uni-

versitetini fərqlənmə diploma ilə bitirir. 

    Gələcək planı təhsilini xaricdə davam etdirmək,  

elmi-praktik vərdişlərə dərindən yiyələndikdən sonra  

Azərbaycan Səhiyyəsinin inkişafında üzərinə düşən 

vəzifəni layiqincə yerinə yetirmək və xalqa xidmət 

etməkdir.



Şirinova Səmra Mabud qızı

 Ağdaş rayonunda doğulub. 2008-

ci ildə Yasamal rayonu 199 saylı orta 

məktəbi bitirərək yüksək balla ATU-

nun II MPF  fakültəsinə daxil olub. 

681 bal topladığı üçün Prezident 

təqaüdü alıb. Məktəbdə oxuduğu 

illərdə biologiya, kimya fənləri üzrə  

olimpadalarda iştirak edib və I yer 

tutub. Universitetdə oxuyarkən Da-

xili xəstəliklər kafedrasında “Şəkərli 

diabet” üzrə elmi iş götürərək mövzu ilə əlaqəli çıxış 

edib. Arzusu gələcəkdə Almaniyada yüksək ixtisaslı 

xəstəxanalardan birində rezidentura təhsili keçməkdir.



Abasov Camal Naib oğlu

1991-ci il mayın 18-də Cəlilabad rayonunda anadan olub. 

1997-ci ildə Bakı şəhərindəki 164 saylı orta məktəbin I 

sinfinə gedib. 2008-ci ildə həmin məktəbi bitirərək ATU-

nun Hərbi Tibb Fakültəsinə daxil olub. Universitet TEC-nin 

konfranslarında fəal iştirakına görə diplom və sertifikatlarla 

təltif olunub.  Hazırda universiteti əla qiymətlərlə və tibb 

xidməti leytenantı hərbi rütbəsi ilə bitirir. 



ãèéìəòëəðëə áàşà âóðàí ìəzóíëàðûìûz

ãèéìəòëəðëə áàşà âóðàí ìəzóíëàðûìûz


Yüklə 235,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə